Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Dövlət büdcəsi tünd boyalarla
Milli Büdcə Qrupu son araşdırmanın yekunlarını təqdim edib
Şənbə, 17.07.2010

İ.Telmanoğlu mətn ölçüsü  

"Dövlət büdcəsinin tərtib edilməsi, təsdiqi və icrasının həyata keçirilməsi zamanı çoxsaylı qanun pozuntularına yol verilir, büdcə özü isə Azərbaycan cəmiyyətinin tələblərinə cavab vermir".

İyulun 16-da Bakıda büdcə ilə bağlı son araşdırmalarının yekunlarını təqdim edən Milli Büdcə Qrupunun (MBQ) ekspertləri belə bir iddia ilə çıxış etmişlər ("Turan").

"Dövlət büdcəsinin təhlili zamanı gəlinən əsas nəticələrdən biri hökumətin elə özü tərəfindən hazırlanmış büdcə qanununa riayət etməməsidir", - deyə 2009-cu il dövlət büdcəsinin icrası haqqında hazırladığı rəyi təqdim edən MBQ üzvü İnqilab Əhmədov bildirir. Onun sözlərinə görə, hesabat ilində səhiyyəyə ayrılan xərclər 21 faiz, təhsil xərcləri 15,2 faiz defisitlə və sair icra olunub. Eyni zamanda, "Mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclər" maddəsi üzrə xərclər, demək olar ki, 50 dəfə artıq yerinə yetirilib.

Ümumilikdə, ekspert hesab edir ki, qlobal iqtisadi böhran büdcənin icrasına mənfi təsir göstərib. Dünyada neftin qiymətinin ucuzlaşması ilə əlaqədar büdcənin gəlir hissəsi 85 faiz icra olunub ki, bu da onun neft amilindən yüksək asılılığını bir daha sübut edib. Əhmədov iri vergi ödəyicilərinə maddi yardım ayrılması təcrübəsinin davam etdirilməsi ilə bağlı da mənfi mülahizə yürüdüb:

"Dövlət şirkətlərini iri vergi ödəyicisi adlandırmaq olarmı? Bu, hələ məlum deyil, belə ki, bəzən onlar dövlət büdcəsindən ödədikləri vergidən daha çox yardım alır. Məsələn, Xəzər Gəmiçiliyi İdarəsi dövlətdən yardım kimi 18 mln. manat, Bakı Metropoliteni 33 mln. manatdan çox, "Bakıelektrikşəbəkə" 60 mln. manat, AZAL 88 mln. manatdan çox pul alıb".

Ötən il xəzinə xərcləri son beş ildə ilk dəfə olaraq azalıb. O cümlədən, sosial sahəyə ayrılan xərclər də azaldılıb.

Nəhayət, Azərbaycan Hesablama Palatasının (AHP) fəaliyyəti, o cümlədən palatanın 2009-cu il dövlət büdcəsinin icrası haqqında rəyi iqtisadçının narazılığına səbəb olub. "AHP-nin rəyi mahiyyətinə görə hökumətin informasiya nöqteyi-nəzərdən zənginləşdirilmiş hesabatıdır. Lakin palatanın apardığı yoxlamaların nəticələri haqqında, o cümlədən korrupsiya faktları haqqında məlumat rəydə yer almayıb", - deyə Əhmədov qeyd edib.

MBQ nümayəndəsi büdcə hesabatlılığının təkmilləşdirilməsi üzrə təkliflərdən də danışıb. Bu qisimdə o, büdcənin icrası haqqında illik hesabata yeni göstəricilərin, ehtiyat və məqsədli fondlardan istifadə istiqamətləri haqqında məlumatların əlavə edilməsini, Milli Məclisdə büdcə hesabatının müzakirəsi üzrə xüsusi prosedurun işlənib hazırlanmasını və s. təklif edib.

MBQ-nin digər mütəxəssisi - Qubad İbadoğlunun 2010-cu il büdcəsinə dəyişikliklər haqqında rəyi də kifayət qədər maraqlı olub:

"Konstitusiyanın 96-cı maddəsinə zidd olaraq, qanun parlamentə təqdim edilərkən büdcəyə yenidən baxılmasının hüquqi əsasları göstərilməyib.

REKLAM

Bundan başqa, sənəd parlamentarlara qanunvericiliyin tələb etdiyi kimi 3 gün deyil, cəmi 2 gün əvvəl təqdim edilib. İqtisadi komitələrin üzvləri isə dəyişikliklərlə onlar iclasda müzakirə olunmazdan 40 dəqiqə əvvəl tanış olublar"...

İbadoğlunun fikrincə, yanvar-aprel aylarına görə makroiqtisadi göstəricilər cari il büdcəsinin parametrlərinə təkrar baxış üçün əsas verməyib. Gözlənilən gəlir artımına gəlincə, bu, ölkədə iqtisadi vəziyyətin yaxşılaşması ilə deyil, 100 faiz neftin qiymətinin dəyişməsi ilə əlaqədardır. Əlavə 1,49 mlrd. gəlirin 1 mlrd. manatı Dövlət Neft Fondundan köçürmə kimi, 320 mln. manat Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin gəlir vergisi hesabına, 120 mln. manat Dövlət Neft Şirkətinin ixrac vergisi hesabına və sair təmin ediləcək. Ötən il də olduğu kimi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə ümumi daxilolmalar təkcə Neft Fondundan köçürmələrdən belə az olacaq. Bu zaman dövlət xəzinəsinin neft amilindən ümumi asılılığı 71 faizə çatacaq.

"Hökumətin büdcənin desentralizasiyası üzrə səylərinin uğursuzluğu da diqqət çəkir. Dəyişikliklərə əsasən, yerli gəlirlər 30,8 mln. manat, onların büdcənin gəlir hissəsində payı isə 3,7% azalacaq", - deyə ekspert qeyd edib.

Daha bir problem hökumətin infrastruktur layihələrinə hər il artmaqda olan investisiya xərclərini açıqlamamasıdır. "Kommunal və kommunikasiya sistemlərində islahatlara ayrılan xərclərin iki dəfədən də çox, 50 mln. manatdan 109,5 mln. manata qədər artırılması, İbadoğlunun fikrincə, əsassızdır. "Heç kimə bəlli deyil ki, hansı islahatlardan söhbət gedir və bu vəsait konkret olaraq nəyə sərf olunacaq?", - deyə iqtisadçı sual edir.

İbadoğlu qeyd edir ki, büdcə sahəsində vəziyyətin yaxşılaşması yalnız müvafiq normativ-hüquqi bazanın təkmilləşdiriləcəyi halda mümkündür. Onun tövsiyələri büdcənin profisitlə icrası zamanı büdcə qanununda dəyişikliklərin nizamlanmasına, büdcə göstəricilərinin dəyişdirilməsi üçün hüquqi əsasların təmin edilməsinə, büdcənin proqnozlaşdırılma prosesinin özünün təkmilləşdirilməsinə, uzunmüddətli tarazlaşdırılmış büdcə strategiyası formalaşdırmağa aiddir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Arılar qoruqda yerləşdirilə bilər

Büdcəyə vergi daxilolmaları arta bilər

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Bölmənin digər xəbərləri
 
İdxal məhsulları bahalaşacaq
Çünki avro dirçəlir

Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir
Son bir ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) rüblük 6% hesabından səhmdarlarına dividend ödəmək təklifini səsləndirdi.

Güzəştli ipoteka kreditlərinin şərtləri dəyişdi
MB kreditlərin verilməsinə limit müəyyənləşdirir

Bu il inflyasiyanın səviyyəsi 1,48% olub
Keçən ay ən çox bahalaşma toyuq yumurtasında qeydə alınıb

Manat əmanətlərində azalma
Əhali xarici valyutaya etibarını itirmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər