Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İdxal məhsulları bahalaşacaq
İdxal məhsulları bahalaşacaq
Çünki avro dirçəlir
Şənbə, 17.07.2010

A.Akif mətn ölçüsü  

Dünya valyuta bazarında 1 avro 1,6 dollara qədər yüksəlib. Son 2 ayda dollar avroya nisbətən ən aşağı məzənnəyə düşüb. Onu da xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 98,7 qəpiyə düşmüşdü. Bu, 2002-ci ildən bəri ən aşağı hədd idi. Avronun dollara nisbətən yüksəlməsi bu valyutanın manata nisbətən də məzənnəsinin yüksəlməsinə gətirib çıxarıb. Əgər ötən ay Mərkəzi Bank 1 avronu 95 qəpiyə alıb satırdısa, bu gün 1 avro almaq üçün 1 manat 1 qəpik ödəmək lazımdır.

Avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi ABŞ-da 5 aylıq iqtisadi yekunların elan edilməsi ilə bağlıdır. Belə ki, Amerikada iqtisadi yekunların elanından sonra bəlli oldu ki, son 5 ayda bu ölkədə işsizlik problemi dərinləşməkdədir. İqtisadi inkişafla bağlı proqnozlar, 5 aylıq yekun Amerikada böhranın başa çatması və dayanıqlı iqtisadi inkişafın bərqərar olması istiqamətində proqnozları alt-üst edib. Amerika iqtisadiyyatında müşahidə olunan problemlər dolların avroya nisbətən məzənnəsinin düşməsinə gətirib çıxarıb.

Avronun məzənnəsinin yüksəlməsi daha çox ABŞ-da elan olunan iqtisadi yekunlarla bağlı olsa da, bu həm də Avropa iqtisadiyyatında müəyyən canlanma meyillərinin müşahidə olunması, AB-nin avronun məzənnəsini möhkəmlətmək yönündə konkret addımlar atması ilə əlaqədardır. Ötən ayın sonunda AB avronun məzənnəsinin qorunub saxlanması, stabilləşməsi üçün xüsusi fondun yaradılması yönündə qərar qəbul etdi. Fonda yarım trilyon avroya yaxın vəsait yönəltmək nəzərdə tutuldu. Bu fonda vəsait cəlbetmə prosesi artıq başa çatmaq üzrədir.

AB-nin Estoniyanı avrozonaya daxil etməsilə bağlı qərarı da avroya inamdan irəli gəlir. Bu qərar avronun məzənnəsinin möhkəmlənməsinə psixoloji təsir göstərdi. Estoniya yanvarın 1-dən avrozonanın 17-ci üzvü olacaq.

Amerika iqtisadiyyatında müşahidə edilən problemlər, eləcə də Avropada müəyyən canlanma meyilləri, böhranın daha çox müşahidə olunduğu Yunanıstanda bir sıra dövlət müəssisələrini özəlləşdirmək qərarları və böhrandan çıxış üçün dövlət səhmlərinin buraxılması avronun mövqelərinin möhkəmlənməsinə pozitiv təsir göstərib.

Xatırladaq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi avronun məzənnəsinin iyul ayında müəyyən qədər möhkəmlənəcəyi yönündə "Ayna"ya proqnoz vermişdi. Əslində bu proqnoz Amerikanın 5 aylıq yekunlarında müəyyən iqtisadi problemlərin, o cümlədən bu ölkənin iqtisadiyyatı ilə bağlı narahatlıq meyillərinin üzə çıxacağı istiqamətində gözləntilərə əsaslanırdı. Eyni zamanda, valyuta bazarında müəyyən spekulyativ məzənnə salmalardan sonra təbii olaraq məzənnənin yüksəlməsi müşahidə edilir.

Avronun möhkəmlənməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Bu sualı cavablandıran iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, Azərbaycanın valyuta bazarında avronun manata nisbətən məzənnəsində son günlər ciddi artımlar müşahidə edilir. Onun fikrincə, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür:

"Əvvəla, bu, avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadədə artmasına səbəb olur. Ancaq bu heç də avronun dollara nisbətən məzənnəsinin aprel-may aylarındakı kəskin azalmasından dəyən ziyanın "kompensasiyası" anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avrozonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə "Avropa malları"nın Azərbaycanda daha baha satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin, eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq. Bu isə təbii ki, yay mövsümündə xaricdə dincəlmək istəyənlər üçün heç də xoş sürpriz olmayacaq".

İqtisadçı alimin fikrincə, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətini artırmaq üçün kifayət deyil. Əvəlla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi müvazinət deyil. Bu isə təbii ki, manatın dollara nisbətdə məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır:

"İkincisi, son dəyişikliklərdən sonra da avrozonada Azərbaycan məhsulları "bahalı məhsullar" statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır".

V.Bayramov hesab edir ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı, qeyri-neft sektorunun inkişafını əngəlləyir.

Bütövlükdə avronun məzənnəsinin dəyişməsi həm Birləşmiş Ştatlarda, həm AB-də elan edilən yarımillik yekunlardan asılı olacaq. Güman edilir ki, artıq iyulun sonunda avronun dollara nisbətən məzənnəsi ilə bağlı tam proqnoz vermək mümkün olacaq. Çünki yarımillik yekunlar avronun dollara nisbətən uzunmüddətli məzənnəsinin formalaşmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda avro indiki mövqeyini qoruyub saxlamağa çalışacaq. Bu isə o deməkdir ki, avronun manata nisbətən məzənnəsi son günlər indiki məzənnə ətrafında stabilləşəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Avropa Birliyinin gündəmində genişlənmə planı yoxdur"

Hökumət idxal edilən avtomobillərə "yaş senzi"ni götür-qoy edir

Nə "Qarabağ", nə "Bakı"

"Qarabağ" və "Bakı" Avropa ilə vidalaşdılar

Azərbaycan nağılları Avropa ölkələrində

Bölmənin digər xəbərləri
 
Beynəlxalq Bank dividendləri 2 dəfə azaltmaq istəyir
Son bir ildə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı (ABB) rüblük 6% hesabından səhmdarlarına dividend ödəmək təklifini səsləndirdi.

Dövlət büdcəsi tünd boyalarla
Milli Büdcə Qrupu son araşdırmanın yekunlarını təqdim edib

Güzəştli ipoteka kreditlərinin şərtləri dəyişdi
MB kreditlərin verilməsinə limit müəyyənləşdirir

Bu il inflyasiyanın səviyyəsi 1,48% olub
Keçən ay ən çox bahalaşma toyuq yumurtasında qeydə alınıb

Manat əmanətlərində azalma
Əhali xarici valyutaya etibarını itirmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər