Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb. Məşhur "Ötüken" nəşriyyatı ədibin "Ədəbi düşüncələr" kitabını nəşr edib. Xatırladaq ki, türk oxucular "Ədəbi düşüncələr"lə ilk dəfə 2003-cü ildə tanış olublar. "DA yayınçılık" nəşriyyatında çapdan çıxmış həmin kitabı bir qrup universitet müəllimi türkcəyə uyğunlaşdırıb. Yeni nəşrdə isə "Ədəbi düşüncələr"i Azad Ağaoğlu və Mehdi İsmayıloğlu türkcəyə uyğunlaşdırıblar. Elçinin 456 kiçik essesini əhatə edən kitab elmi dəqiqliyi və şərhləri ilə seçilir. Türk oxucuların böyük marağına səbəb olmuş "Ədəbi düşüncələr" Elçinin "Ötüken" nəşriyyatında çapdan çıxmış doqquzuncu, ümumilikdə isə Türkiyədə nəşr edilmiş on səkkizinci kitabıdır.
Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkənSon 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik.
Simfonik orkestrin yeni festival ünvanlarıÜzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.
Teatr müsabiqə elan edirAzərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.