Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək. Bu barədə mətbuat işçilərinə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, orkestrin İtaliya və Almaniya səfərləri də planlaşdırılır. Bu səfərlərlə yanaşı, orkestrin dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar bir sıra konsert proqramları və çıxışları da nəzərdə tutulur. Hazırda orkestr bu tədbirlər üçün yeni proqram hazırlayır. Ə.Qarayev Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar musiqi festivalının keçiriləcəyini də bildirib. Bununla yanaşı, boyakarlıqla bağlı maraqlı bir layihənin də həyata keçirilməsi planlaşdırılır.