![]() |
çap et |
|
|||
Yaxın vaxtlarda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin ev muzeyi yaradılacaq. Artıq müxtəlif fondlarda dahi bəstəkara aid materialların siyahısı tutulub. Əldə olunan materialların toplandığı kataloq isə tezliklə işıq üzü görəcək. Bu barədə "Ayna" qəzetinə daxil olan məlumatda bildirilir.
Bəstəkarın ev muzeyinə təqdim olunacaq eksponatların sayı 1000-dən çoxdur. Bura sənətkarın əlyazmaları, məktubları, şəxsi kitabxanasından üzərində qeydləri olan kitabları, səs yazıları daxildir. Muzeydə Qara Qarayevin baletlərinə çəkilmiş eskizlər sərgilənəcək. Həmçinin muzeyin yaradılmasıyla əlaqədar respublikadan kənarda da bəstəkarın irsiylə bağlı araşdırma aparılıb. Xeyli materiallar toplanıb. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qarayevə aid sənədlər, bəzi əlyazmalar, sənətkarın çəkdiyi fotoşəkillər ölkəmizə gətirilib. Bu sənədlər bəstəkarın yaradıcılığı haqqında bizə yeni bilgilər verir. Bunlardan əlavə, bəlli olub ki, böyük bəstəkar Sankt-Peterburqda vaxtilə Puşkin adına, hazırda isə Aleksandra teatrında (Aleksandrinka) 3 səhnə əsəri üçün musiqi yazıb. Sankt-Peterburqun bu ünlü teatrından əldə olunan tamaşaların afişaları, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları, fotoşəkillər də Qara Qarayevin ev muzeyində öz yerini tutacaq. |