Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Qara Qarayevin ev muzeyi yaradılır
Qara Qarayevin ev muzeyi yaradılır
Bəstəkara aid materialların siyahısı tutulur
Şənbə, 17.07.2010

Şəms mətn ölçüsü  

Yaxın vaxtlarda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin ev muzeyi yaradılacaq. Artıq müxtəlif fondlarda dahi bəstəkara aid materialların siyahısı tutulub. Əldə olunan materialların toplandığı kataloq isə tezliklə işıq üzü görəcək. Bu barədə "Ayna" qəzetinə daxil olan məlumatda bildirilir.

Bəstəkarın ev muzeyinə təqdim olunacaq eksponatların sayı 1000-dən çoxdur. Bura sənətkarın əlyazmaları, məktubları, şəxsi kitabxanasından üzərində qeydləri olan kitabları, səs yazıları daxildir. Muzeydə Qara Qarayevin baletlərinə çəkilmiş eskizlər sərgilənəcək. Həmçinin muzeyin yaradılmasıyla əlaqədar respublikadan kənarda da bəstəkarın irsiylə bağlı araşdırma aparılıb. Xeyli materiallar toplanıb. Belə ki, Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qarayevə aid sənədlər, bəzi əlyazmalar, sənətkarın çəkdiyi fotoşəkillər ölkəmizə gətirilib. Bu sənədlər bəstəkarın yaradıcılığı haqqında bizə yeni bilgilər verir.

Bunlardan əlavə, bəlli olub ki, böyük bəstəkar Sankt-Peterburqda vaxtilə Puşkin adına, hazırda isə Aleksandra teatrında (Aleksandrinka) 3 səhnə əsəri üçün musiqi yazıb. Sankt-Peterburqun bu ünlü teatrından əldə olunan tamaşaların afişaları, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları, fotoşəkillər də Qara Qarayevin ev muzeyində öz yerini tutacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan Milli Tarix Muzeyinin yubileyi qeyd ediləcək

Azərbaycan Milli Tarix Muzeyinin yubileyi qeyd ediləcək

Tarix Muzeyinin yubileyi noyabradək davam edəcək

Bölmənin digər xəbərləri
 
Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Bu həftə ədibin yubileyidir

Milli Kitabxana Dünya elektron kitabxanasında
Bu, 2009-cu ilin ideyası əsasında həyata keçirilib

Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır

Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik.

Mir Cəlal Paşayevin üçcildliyi Bişkekdə çap edilib
Toplunun Bakıda da təqdimatı keçiriləcək

Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub.

Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb

Simfonik orkestrin yeni festival ünvanları
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır.

Elçinin "Ədəbi düşüncələr"i Türkiyədə çap edilib
Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər