Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Şənbə, 17.07.2010

mətn ölçüsü  

 Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin APA-ya bildirdiyinə görə, foto Rasim Ocaqovla Kinematoqrafiya İnstitutunda birgə təhsil almış bir şəxsin oğlu tərəfindən verilib. Bu foto 50-ci illərin əvvəllərində çəkilib. Cəmil Quliyev onu da bildirib ki, Dövlət Film Fondu Azərbaycan Kinosu Günü ilə bağlı avqustun 2-də Muzey Mərkəzində nəzərdə tutulan plakat sərgisində nümayiş olunmaq üçün Rasim Ocaqovun filmlərinin plakatlarını bərpa edib. Bu plakatların bəziləri Rusiyadan gətirilib.

Niderland "Eurovision-2011" təmsilçisini indidən müəyyənləşdirdi Gələn ilin mayında Almaniyada "Eurovision- 2011" mahnı müsabiqəsinin ilk təmsilçisi açıqlanıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, təmsilçisini seçən ilk ölkə Niderlanddır. Bu ölkəni "Eurovision-2011" müsabiqəsində "3 Ys" qrupu təmsil edəcək. Qrup üçün ilin sonunadək beş mahnı yazılacaq. İlin sonunda həmin mahnılar arasından birinin seçilməsi üçün milli festival nəzərdə tutulur. Osloda keçirilən 55-ci "Eurovision" müsabiqəsində Niderlandı təmsil edən ifaçının zəif çıxışı və finala çıxa bilmədiyi səbəbindən bu il ölkə daha güclü təmsilçi seçmək qərarına gəlib. Qeyd edək ki, "3 Ys" qrupu 2002-ci ildən fəaliyyət göstərir, peşəkar səhnəyə isə 2007-ci ildə "Watermensen" albomu ilə çıxıb. Qrup üç üzvdən - Yan Dulles, Yaar Kvakman və Yaar de Vayttdan ibarətdir.

"Kabusun gözü ilə" filminin premyerası keçiriləcək

Heydər Əliyev Sarayında 2 avqust - Milli Kino Günü münasibətilə mərasim keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi kinematoqrafiya şöbəsindən APA-ya verilən xəbərə görə, həmin gün Rüstəm İbrahimbəyovun "Kabusun gözü ilə" filminin premyerası təşkil olunacaq. Azərbaycan və Fransanın ilk birgə layihəsi olan film bu yaxınlarda Parisdə təqdim edilmişdi. Baş rolları Mələk Abbaszadə, Şükufə Yusifova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev və fransız Rişar Marten ifa edirlər.

Rüstəm İbrahimbəyov "Kabusun gözü ilə" filminin rejissoru və ssenari müəllifidir. Filmdə fransız və azərbaycanlı gəncin məhəbbətindən danışılır. Çəkilişlər Bakı ilə yanaşı, Fransada da aparılıb. Premyera Heydər Əliyev Sarayının foyesində filmin çəkiliş meydançasından foto-sərginin nümayişi ilə başlanacaq.

Şabranda sərgi-seminar

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Şabran şəhərində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-seminar keçirilib. APA-nın Şimal bürosunun xəbərinə görə, sərgidə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan rəssam və tətbiqi sənət ustalarının 300-dən çox əl işi nümayiş olunub. Əsas məqsəd - xalq yaradıcılığının inkişaf etdirilməsi idi. Qaliblər Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif olunub. Zona sərgisinin qalibləri 2010-cu ilin sonlarında Bakı şəhərində respublika baxış sərgisində iştirak edəcəklər.

Həyatda olmayan 100-dən çox aşıq bir fotoalbomda Azərbaycan Aşıqlar Birliyi İdarə Heyəti yeni layihə üzərində işləyir. Söhbət bu gün həyatda olmayan 100-dən çox aşığa həsr olunmuş fotoalbom nəşr etməkdən gedir. Bu layihə prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə həyata keçirilir. Azərbaycan aşıqlarının XX əsrin əvvəllərindən başlayaraq qurultaylarda və aşıqların iştirak etdikləri müxtəlif dövlət mərasimlərində çəkilmiş fotoşəkilləri kitabda əksini tapacaq. Fotoalbom bu ilin sentyabrında nəşr ediləcəkdir (APA).



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dəvəçi Şabran oldu

Bölmənin digər xəbərləri
 
Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Bu həftə ədibin yubileyidir

Milli Kitabxana Dünya elektron kitabxanasında
Bu, 2009-cu ilin ideyası əsasında həyata keçirilib

Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır

Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik.

Mir Cəlal Paşayevin üçcildliyi Bişkekdə çap edilib
Toplunun Bakıda da təqdimatı keçiriləcək

Qara Qarayevin ev muzeyi yaradılır
Bəstəkara aid materialların siyahısı tutulur

Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb

Simfonik orkestrin yeni festival ünvanları
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır.

Elçinin "Ədəbi düşüncələr"i Türkiyədə çap edilib
Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər