Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Qədim alətlərin yeni ifaçıları yoxdur
Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır
Şənbə, 17.07.2010

Xatun mətn ölçüsü  

1988-ci ildə yaradılan Qədim Musiqi Alətləri Ansamblı rəsmi dövlət statusu alsa da, bu vaxta qədər yalnız Fransada keçirilən beynəlxalq festivalda təmsil oluna bilib. 2002-ci ildə yenidən həmin ölkəyə dəvət alan ansambl üzvləri bəzi səbəblərdən səfərə çıxa bilməyiblər. Məcnun Kərimov ansamblda istifadə edilən alətlərin nadir nümunə olduğunu dilə gətirərək bildirdi ki, ansamblın yaşaması üçün alətləri göz bəbəyi kimi qoruyurlar:

"Çünki bunları heç bir emalatxanada nə düzəltmək, nə də təmir etmək mümkündür. Alətlərin hər bir hissəsi musiqi tariximizdən xəbər verir. Çünki qədimliyi ilə indiki alətlərdən xeyli fərqlənir və onlardan başqa ölkələrdə yoxdur. Bir çox alimlərin yazılarında həmin alətlərin Azərbaycana məxsus olduğu göstərilib. Təəssüf ki, onları yetərincə qoruya bilmirik".

Qeyd edək ki, qədim alətlər yalnız Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən xüsusi laboratoriyada bərpa edilir. Məcnun Kərimov isə Musiqi Akademiyasının Qədim Musiqi Alətlərinin Bərpası və Təkmilləşdirilməsi elmi laboratoriyasının rəhbəridir. Ansambl rəhbəri söhbət zamanı Azərbaycanın 60-a yaxın musiqi alətinin unudulduğunu bildirdi. Dedi ki, uzun illərdən sonra onlardan yalnız 10-nun bərpasına nail ola bilib. Bu alətlərdə yalnız sözügedən ansamblın üzvləri ifa edirlər. Çünki alətlər unudulduğu üçün onların ifaçıları da yetişmir. Hazırda "nüzhə" alətinin bərpası üzərində işləyən Məcnun Kərimov belə dedi:

"Bu alət XIII əsrdə yaşamış məşhur musiqişünas alim Səfiəddin Ürməvi tərəfindən ixtira olunub. Səfiəddin Ürməvi Şərqdə not nəzəriyyəsini yaradan musiqiçi kimi də tanınıb. Onun ixtira etdiyi "nüzhə" isə kanona bənzər simli alətdir. Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Biz isə arxivlərdə apardığımız araşdırmalar nəticəsində həmin alətin eskizlərini qura bilmişik. Bu eskizlər əsasında həmin alətin yenidən bərpasına nail olmuşuq. Zənn edirəm ki, yaxın zamanlarda "nüzhə" tam bərpa olunaraq yenidən Azərbaycan mədəniyyəti xəzinəsinə daxil ediləcək. Alət hazır olan kimi, geniş təqdimat mərasimi keçirilərək musiqiçilərin ixtiyarına veriləcək".

Məcnun Kərimov sonda bildirdi ki, bununla yanaşı digər alətlərin də bərpası üzrə araşdırmalar davam etdirilir. O, "məqsədimiz vaxtı ilə mövcud olmuş, indi isə unudulmuş 60 alətin hamısının bərpasına nail olmaqdır" dedi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qədim musiqi alətləri ansamblı konsert verdi

Səfiəddin Urməvinin daha bir ixtirası bərpa edilib

"İnsanları necə başa salsınlar ki, Xumar sevgidən ölüb"

Bölmənin digər xəbərləri
 
Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Bu həftə ədibin yubileyidir

Milli Kitabxana Dünya elektron kitabxanasında
Bu, 2009-cu ilin ideyası əsasında həyata keçirilib

Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik.

Mir Cəlal Paşayevin üçcildliyi Bişkekdə çap edilib
Toplunun Bakıda da təqdimatı keçiriləcək

Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub.

Qara Qarayevin ev muzeyi yaradılır
Bəstəkara aid materialların siyahısı tutulur

Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb

Simfonik orkestrin yeni festival ünvanları
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır.

Elçinin "Ədəbi düşüncələr"i Türkiyədə çap edilib
Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər