Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Fikrət Qoca: "75-dən sonra böyük yolu görə bilmirəm"
Bu həftə ədibin yubileyidir
Şənbə, 17.07.2010

Xatun mətn ölçüsü  

İyulun 17-də xalq şairi Fikrət Qocanın 75 yaşı tamam olur. Yubileyi həmin gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında qeyd ediləcək. Tədbirin bədii və musiqili hissədən ibarət olacağını bildirən ədib söhbəti zamanı bu yaşda içində bir kədər hiss etdiyini dedi. Bildirdi ki, bu yaşdan o tərəfə böyük yolu görə bilmir:

"Çatdım 75-ə. Buradan o yana daha nə qaldı ki? Özümə arabir sual edirdim ki, görəsən 75-i haqlaya biləcəm? Bəlkə çatmaya da bilərdim. Mənə görə, yuxarı yaş həddindən baxanda 75 o qədər də böyük rəqəm deyil. Amma aşağıdan boylananda böyüklüyünü göstərir. Mənə görə, yaşın şairliyə dəxli yoxdur. Əgər şair doğulmusansa, heç vaxt qocalmayacaqsan. Fikrimcə, şairlik elə cavanlıq deməkdir".

Söhbət zamanı Fikrət Qoca daha bir etiraf etdi. Bildirdi ki, cavanlığında qəşəng bir qıza şeirlər yazırdısa, indi vətənin gülünə-çiçəyinə, daşına-torpağına şeir həsr edir.

"Hərdən mənə elə gəlir ki, 5-6 əsr yaşamışam. Əslində iki əsr görmüşəm. Azərbaycanın əsarətini də, müstəqilliyini də görə bilmişəm. Mən çətin yolla gəlmişəm ki, həyatın hər üzündən ləzzət ala bilim. Eyş-işrətlə yaşamamışam.

REKLAM

Yaşasaydım, ömür mənə qısa görünərdi".

Şair 75 yaşında ölüm qorxusunu boş şey hesab etdiyini söylədi. Dedi ki, onsuz da hamımız ölümə məhkum olunduğumuzu bilirik.

"Hər gün həyat bizi ölümə bir addım yaxınlaşdırır. Belə bir vaxtda kiminsə böyürdən çıxıb kimisə hədələməsi bir qədər gülməli görünür. Onsuz da ölümə doğru gedirik. Amma bu yolun nə vaxt bitəcəyini heç birimiz bilmirik. Mənim fikrimcə, hamı həyatın ləzzətini almağı bacarmalıdır. Çünki həyat imtahanlardan ibarətdir. İmtahan verə-verə gəlmişik. Bəzən çörək tapmışıq, bəzən isə yox. 1986-cı ildə ağır xəstələndim. Həkimlər dedilər ki, bir ay ömrün qalıb. Əlimi hər yerdən üzmüşdüm. Yuxarıda Allah, yerdə son ümid kimi Heydər Əliyev məni bu bəladan qurtardı. Cərrahiyyə əməliyyatı qurtarandan bir neçə gün sonra gördüm ki, danışa bilmirəm. Bu sözləri kağıza yazıb həkimə göstərdim. Həkim isə dedi ki, "mən sənin səsini yox, özünü xilas etmişəm". Sonra dostlarım təsəlli olaraq deyirdilər ki, "müğənni deyilsən, səs sənə bu qədər lazım ola". Bu bir həyat imtahanı idi. O vaxtdan bəri hələ də yaşayıram", - deyə ədib bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Fidan Hacıyeva birillik proqram hazırlayıb

Şəkidə Səbuhi Məmmədovun sərgisi açılıb

YAP yarım milyona çatdı

Rəsulzadənin adı BDU-ya qaytarılacaq?

Sumqayıt şəhərinin yubileyi qeyd olunub

Bölmənin digər xəbərləri
 
Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Al Cero Qəbələdə çıxış edəcək
Bu ay pianoçuların festivalı təşkil edilir

Milli Kitabxana Dünya elektron kitabxanasında
Bu, 2009-cu ilin ideyası əsasında həyata keçirilib

Qədim alətlərin yeni ifaçıları yoxdur
On qədim aləti bərpa edən Məcnun Kərimov onların sonrakı taleyindən narahatdır

Əsrdən uzun "Əkinçi" yolu Məmləkətin ilk qəzetinin nəşrini düşünərkən
Son 150 illik tarixdə milli mədəniyyətimizin tərəqqisində, milli mətbuatımızın inkişafında, xalqımızın savadlanmasında göstərdiyi misilsiz xidmətlərə görə Həsən bəy Səlim bəy oğlu Məlikov-Zərdabinin parlaq xatirəsini hər birimiz ehtiramla yad edirik.

Mir Cəlal Paşayevin üçcildliyi Bişkekdə çap edilib
Toplunun Bakıda da təqdimatı keçiriləcək

Kinorejissor Rasim Ocaqovun nadir fotosu aşkarlanıb
Belarusdan Azərbaycan Dövlət Film Fonduna azərbaycanlı kinorejissor Rasim Ocaqovun çox nadir fotosu daxil olub.

Qara Qarayevin ev muzeyi yaradılır
Bəstəkara aid materialların siyahısı tutulur

Qoçaq Əsgərov "Bird Walk Records" təqdimatında
Azərbaycanlı xanəndənin albomu Avstraliyada buraxılıb

Simfonik orkestrin yeni festival ünvanları
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu ilin sonunadək bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gələn mövsümdə teatrın simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib.

Möhlət Müslümov Təbrizdə çıxış edəcək
Tanınmış tarzən, xalq artisti Möhlət Müslümov yeni qastrol səfərinə hazırlaşır.

Elçinin "Ədəbi düşüncələr"i Türkiyədə çap edilib
Xalq yazıçısı Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər