Rəsmi olaraq təsdiq edilmiş yaşayış minimumu həqiqətə uyğun deyil. Bu minimum 87 manat səviyyəsində müəyyən edilib, əslində isə iyunda əmək qabiliyyətli əhali orta hesabla adambaşına 117,36 manat, təqaüdçülər 105,99 manat, 14 yaşına qədər uşaqlar 132,46 manat sərf edib. Bu barədə iyulun 16-da "İqtisadi Araşdırmalar Mərkəzi"nin açıqladığı sənəddə qeyd edilib.
QHT rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, iyunda əmək qabiliyyətli əhali ərzağa orta hesabla adambaşına 57,09 manat, təqaüdçülər 52,72 manat xərcləyib, 14 yaşa qədər uşaqların qidalanmasına isə ailə büdcəsindən 63,89 manat xərclənib.
Ötən ay qeyri-ərzaq məhsullarına xərclər aşağıdakı kimi olub: əmək qabiliyyətli əhali - 34,61 manat, təqaüdçülər - 31,61 manat, 14 yaşa qədər uşaqlar - 51,11 manat.
Xatırladaq ki, Milli Məclisin qərarı ilə yaşayış minimumu 87 manat, işləyən əhali üçün istehlakçı səbətinin ölçüsü 96 manat, təqaüdçülər üçün 68 manat, 14 yaşa qədər uşaqlar üçün 72 manat təşkil edir.
|