Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
67 abituriyent imtahanlardan qovulub
67 abituriyent imtahanlardan qovulub
Məleykə Abbaszadə: "Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar"
Şənbə, 17.07.2010

Eldəniz mətn ölçüsü  

İyulun 17-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin IV ixtisas qrupuna qəbul imtahanları keçirəcək. TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu qrup üzrə 15 min 348 nəfər ərizə təqdim edib. Onların 14 min 173 nəfəri Azərbaycan, 1175 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 7118-i oğlan, 8230 nəfəri qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 86 nəfəri xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1950-ci il, ən gənci isə 1995-ci il təvəllüdlüdür. Bakı şəhərində 14 min 199, Naxçıvanda 1149 abituriyent imtahan verəcək. İmtahanlar bütün binalarda saat 11.00-da başlayacaq.

İmtahanlar Bakı şəhərində 27, Naxçıvanda 3 binada təşkil olunacaq, 1034 nəzarətçi müəllimin iştirak edəcəyi imtahanlara 107 imtahan rəhbəri cəlb edilib.

M.Abbaszadənin sözlərinə görə, III qrupa keçirilən imtahanlar göstərir ki, bəzi abituriyentlər hələ də bir-birlərinə kömək etməklə yaxşı nəticə göstərəcəklərinə və bu yolla ali məktəbə qəbul olacaqlarına inanırlar:

"İmtahandan 67 uşaq xaric olunub. Onlar qayda pozuntularına yol veriblər. 31 nəfər 200 baldan yuxarı nəticə göstərən abituriyentin işi xüsusi araşdırma nəticəsində ləğv edilib. Yenə də köçürmə hallarına yol verənlər olur, onlar imtahan vərəqələrini bir-birlərinə verirlər. Buna yol verən şəxslər dərhal imtahan zalından çıxarılır. Qızlar zaldan çıxarıldıqda ağlayırlar və bu ümumilikdə auditoriyaya təsir edir. Binalarda telefon işləyən kimi bəlli olur və o telefondan istifadə edən tapılır. Ona görə də abituriyentlər konspektlərə, telefona və digər köməkçi vasitələrə yox, öz güclərinə arxalanmalıdırlar. TQDK-nı aldatmağa çalışmasınlar".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Əhali zibili çeşidləyib ata bilər
Bunun üçün təşkilati işlərə ehtiyac var

Küçədə ət satışı qadağandır
Amma buna baxan kimdir?

Fiziki mövcudluq üçün 87 manat...
Yaşayış minimumu haqqında rəqəmlər gerçəyi əks etdirmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər