Hal-hazırda Ayna qəzetinin 17.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 17.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Əhali zibili çeşidləyib ata bilər
Əhali zibili çeşidləyib ata bilər
Bunun üçün təşkilati işlərə ehtiyac var
Şənbə, 17.07.2010

Aynurə Əhmədova mətn ölçüsü  

Paytaxtın zibil problemi var. Müasir texnologiyalar və əhalinin həyat tərzində son 20 ildə baş vermiş dəyişikliklər tullantıların kəskin surətdə artmasına səbəb olub. Xarici məhsulların bazara axını, qablaşdırma materialları və şüşə əvəzinə plastikdən geniş istifadə və s. məişət tullantılarının həcminin və onlardan istifadə problemlərinin kəskin artımı ilə nəticələnib. Bu gün zibilin sonrakı emala yararlı olan komponentlərə ayrılmasının təşkili çox böyük önəm daşıyır.

Dünyada bərk məişət tullantılarının azaldılması və emalı istiqamətində xeyli səylər göstərilir. Bu gün ən uğurlu variantlardan biri "zibilin çeşidli toplanışı" sayılır. Çeşidləməyə əhalinin cəlb edilməsi isə həm ilkin mərhələdə çeşidlənmiş zibilin çeşidli halda toplanılması və daşınması, həm onun emal effektinin artırılması, həm də dövlətin emala xərclədiyi vəsaitin azaldılmasına xidmət edir.

Yeri gəlmişkən, qanunvericilikdə istehsalçıların buraxdığı məhsulun emalına cavabdehliyi nəzərdə tutulub. Belə ki, 1998-ci ildə qəbul edilmiş "İstehsalat və məişət tullantıları haqqında" qanunda tullantılarla bağlı fəaliyyətdə ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmini nəzərdə tutulub. Eyni zamanda, həmin maddəyə tullantıların toplanması və emalı üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmini da daxil edilib.

Lakin reallıqda istehsalçılar fəaliyyətləri nəticəsində ətraf mühitə vurulan ziyanın aradan qaldırılmasında iştirak etmirlər. Nəticədə yaranan zibilin həcminin azaldılması və emal üçün yararlı vəziyyətdə toplanılmasında əhalinin iştirakının əhəmiyyəti artır. Beləliklə, sadə vətəndaşların və istehsalçıların tullantılarla davranma mədəniyyətinin artırılması məsələsi gündəmə gəlir.

Sorğu nə göstərib?

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi paytaxt sakinlərinin zibilin emalı problemini dərk etmələri, onların zibili evlərində çeşidləməyə hazır olmaları, məişət tullantılarının toplanma və emal sisteminin dəyişdirilməsi sahəsində araşdırma aparıb. Bu məqsədlə paytaxtın Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonları ərazisində əhali arasında rəy sorğusu keçirib. Sorğuda 247 nəfər iştirak edib. Küçələrin təmizliyini qiymətləndirən respondentlərin yalnız 1,1 faizi küçələrin təmiz və səliqəli olduğunu qeyd ediblər. 35,9 faiz respondent küçələrin o qədər də təmiz olmadığını, 23,9 faizi isə natəmiz və səliqəsiz olduğunu deyiblər. Rəyi soruşulanların 39,1 faizi küçələrdə yaranan vəziyyəti dözülməz hesab etmişlər.

Mərkəzin rəhbəri İradə Yaqubova qeyd etdi ki, sakinlər küçələrin natəmizliyinin səbəblərini müxtəlif cür izah ediblər. Zibil qutularının az olması və ya olmamasından, zibil konteynerlərinin açıq olmasından, estetik cəhətdən baxımsızlıqdan və zibilin havaya uçmasından gileylənənlərin sayı xeyli olub. Bundan başqa, işləməyən kommunikasiyaların mövcudluğu nəticəsində küçələrdən axan çirkab suları, şəhərdə intensiv aparılan tikintilərin qaydalara uyğun aparılmaması, açıq lyuklar, siçan-siçovul da səbəblər sırasında qeyd edilir.

Şəhərin xarici görünüşündə heç bir problemin olmamasını rəyi soruşulanların yalnız 1,1 faizi hesab edib. Paytaxt küçələrinin vəziyyətinin qənaətbəxş olmamasını respondentlər ilk növbədə insan faktorunda görürlər. Belə ki, onların 71,7 faizi əhalinin mədəniyyət səviyyəsinin aşağı olmasını bildirib. Digər amillər sırasında isə zibilin yığılmasının düzgün təşkil edilmədiyi, qutuların yoxluğu, vaxtlı-vaxtında daşınmaması, zibilləməyə görə cəza tətbiq edilmədiyi, çoxlu tikinti işləri nəticəsində yük maşınlarının yolları dağıtmaları, tikinti zibili və tozunun şəhəri çirkləndirməsi, bələdiyyələrin işinin qənaətbəxş olmaması, dalandar və süpürgəçilərin işinin düzgün təşkil edilmədiyi göstərilir.

Respondentlərin zibilin evlərdə çeşidli halda toplanmasına razı olmaları öyrənildikdə onların 64,2 faizi buna razı olduqlarını, 6,8 faizi bunu necə edəcəklərini bilmədiklərini, 29,0 faizi isə rədd cavabını veriblər. Zibilin çeşidli halda toplanışı bir qədər əziyyətli və səy tələb edən iş olduğundan könüllü əsaslarla bunu yalnız sərf etdiyin vaxtın və zəhmətin hədərə getmədiyini gördükdə və bunun zəruriliyini dərk etdikdə həyata keçirmək olar. Buna görə də evlərində zibili çeşidləməyə hazır olan respondentlər lazımi şəraitin yaradılması (xüsusi konteynerlərin yerləşdirilməsi) və çeşidli daşınmanın (37,5%), ciddi nəzarətin (34,9%), maarifləndirilmə kampaniyasının və sosial reklamların (19,3%) təşkili məsələlərinin vacibliyini qeyd etmişlər.

Rəyi soruşulanların 8,3%-i zibili çeşidlənmiş halda yığdıqlarını qeyd etsələr də, çeşidlənmiş zibili ümumi konteynerə tulladıqlarını demişlər. İ.Yaqubova deyir ki, zibilin çeşidlənməsindən imtina edən respondentlər bunu müxtəlif səbəblərlə izah etmişlər:

"Bəziləri deyir ki, onsuz da bu, mənasızdır, onsuz da ayrıca konteynerlər yoxdur, bir zibil maşınına yığacaqlar. Digərləri düşünür ki, bu heç kimə lazım deyil, nəzarət etməyəcəklər. Mətbəxdə yerin olmamasını, vaxt azlığını önə çəkənlər və ya sadəcə tənbəllik edən respondentlər də var".

Beləliklə, sorğudan sonra gəlinən nəticə barədə söhbət açan İ.Yaqubova deyir ki, ümumilikdə əhali məişət tullantılarını çeşidlənmiş halda yığmağa müsbət yanaşır və buna hazırdır. Ancaq məişət tullantılarının çeşidlənməsini əhali tərəfindən təmin etmək üçün müvafiq konteynerlərin yerləşdirilməsi, zibilin çeşidlənmiş halda toplanılması və daşınması təşkil edilməlidir. Bundan başqa, şəhərdə zibil qutularının lazımi miqdarda yerləşdirilməsi və vaxtlı-vaxtında boşaldılmaları təmin edilməlidir.

İ.Yaqubovanın fikrincə, şəhəri təmiz saxlamağa ciddi dövlət nəzarəti təşkil edilməli, müvafiq cəza sanksiyaları tətbiq edilməli və həyata keçirilməsi üçün lazımi qurumlar yaradılmalıdır. Paytaxt küçələrinin təmizliyini təminetmə sistemi təkmilləşdirilməlidir. Əhalini maarifləndirmək üçün aksiyalar və kampaniyalar, sosial reklamlar təşkil edilməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakının regional inkişaf planı hazırlanır

Zibilliklər arasında həyat

Paytaxta tüstü proseduru

Sumqayıt şəhərinin yubileyi qeyd olunub

İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb

Bölmənin digər xəbərləri
 
Küçədə ət satışı qadağandır
Amma buna baxan kimdir?

67 abituriyent imtahanlardan qovulub
Məleykə Abbaszadə: "Abituriyentlər TQDK-nı aldatmağa çalışmasınlar"

Fiziki mövcudluq üçün 87 manat...
Yaşayış minimumu haqqında rəqəmlər gerçəyi əks etdirmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər