Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Uzunömürlü nikahlara "Məhəbbət və vəfa" medalı
Şənbə, 10.07.2010


İLKİN
mətn ölçüsü  

Bakıda Rusiya Federasiyasında qeyd olunan Ailə, Məhəbbət və Vəfa Günü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Rusiyanın Azərbaycan səfirliyinin dəstəyi ilə Rusiya İnformasiya Mədəniyyət Mərkəzi tərəfindən keçirilib. Mərkəzin direktoru Ənvər Şeyxov deyib ki, dünyanın 72 ölkəsində qeyd olunan bu bayramın məqsədi cəmiyyətin diqqətini ailə problemlərinə yönəltmək, yaxşı ənənələri dirçəltməkdir.

Bakı və Xəzəryanı yepiskop Aleksandr ata ailələrin dağılmasını cəmiyyətdə baş verən ən dəhşətli hadisə adlandırıb. Aleksandr bu günün tarixi barədə danışaraq bildirib ki, bu bayram knyaz Pyotr və knyaginya Fevroniyanın şərəfinə keçirilir. Adi ailədən olan Fevroniya ilə evləndiyinə görə knyazlıqdan imtina etməyə məcbur olan Pyotr, sonradan xalqın xahişi ilə yenidən knyazlığına qayıdır, qocaldıqdan sonra onlar eyni gündə vəfat edirlər. Yepiskop qeyd edib ki, onların sevgi və vəfaları bütün ailələr və sevənlər üçün nümunə olmalıdır.

Rusiyanın Azərbaycandakı səfirinin xanımı Olqa Doroxina, millət vəkili, Azərbaycanın Rus İcmasının rəhbəri Mixail Zabelin və digər şəxslərin qatıldığı tədbirdə 25 ildən artıq nikahda olan bir neçə ailəyə "Məhəbbət və vəfaya görə" medalı təqdim edilib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar
İddialar mülki məzmun daşıyırdı

Bələdiyyələrdə daha 21 korrupsiya faktı
4 min hektara yaxın torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

Dondurmaların yeni standartı qüvvəyə mindi
Yay ləzzətinin saxlama müddətinə dəyişiklik edildi

Çəyirtkə sürüləri yaşıllıq ərazilərə hücum edir
ETSN-də fövqəladə vəziyyət

Ümumvətəndaşlıq pasportlarının qiyməti 40 AZN
5 günə pasport almaq istəyənə - rüsum 120 manat

"Azərkosmos"un əsasnaməsi yaxın zamanda təsdiqlənəcək
ASC dövlət büdcəsi hesabına maliyyələşəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər