Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar
Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar
İddialar mülki məzmun daşıyırdı
Şənbə, 10.07.2010

S.Abbas mətn ölçüsü  

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha iki iş üzrə qərarını açıqlayıb. Hüquq Maarifçiliyi Cəmiyyətindən verilən bilgiyə görə, qeyd olunan işlərin ərizəçilərin mülkiyyətində olan mənzillərin işğal altındakı bölgələrdən olan məcburi köçkünlər tərəfindən tutulması ilə bağlıdır.

Birinci iş üzrə Simuzər Hacıyeva, Tatyana Tokareva, Aslan Hüseynov və Gülər Əliyeva olub. Onlar şikayətlərinin ölkədaxili məhkəmələrdə təmin edilməsinə və məcburi köçkünlərin mənzillərindən çıxarılması barədə qərar verilməsinə baxmayaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hələ də icra olunmamasından şikayət ediblər.

Ərizəçilər Asif İsgəndərov, Vasif İsmayılov, Mirtəranə Kərimova, Səmid Kərimov və Sədaqət Əhmədova da bənzər şikayətlə müraciət etmişdilər.

Avropa Məhkəməsi bütün işlər üzrə vurulmuş maddi ziyana görə Azərbaycan hökumətinin şikayətçilərə kompensasiya ödəməli olduğu barədə qərar çıxarıb.

Avropa Məhkəməsi həmçinin dövlətin bu qərarları 3 ay ərzində yerinə yetirməli, ölkədaxili məhkəmələrin isə qərarların icrasını təmin etməli olduğu barədə hökm çıxarıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Bələdiyyələrdə daha 21 korrupsiya faktı
4 min hektara yaxın torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

Dondurmaların yeni standartı qüvvəyə mindi
Yay ləzzətinin saxlama müddətinə dəyişiklik edildi

Çəyirtkə sürüləri yaşıllıq ərazilərə hücum edir
ETSN-də fövqəladə vəziyyət

Uzunömürlü nikahlara "Məhəbbət və vəfa" medalı
Bakıda Rusiya Federasiyasında qeyd olunan Ailə, Məhəbbət və Vəfa Günü ilə bağlı tədbir keçirilib.

Ümumvətəndaşlıq pasportlarının qiyməti 40 AZN
5 günə pasport almaq istəyənə - rüsum 120 manat

"Azərkosmos"un əsasnaməsi yaxın zamanda təsdiqlənəcək
ASC dövlət büdcəsi hesabına maliyyələşəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər