Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Tacikistanda siyasi ehtiraslar alovlanmaqdadır
Tacikistanda siyasi ehtiraslar alovlanmaqdadır
Bakiyevdən sonra növbə İmaməli Rəhmana gəlib
Şənbə, 10.07.2010

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin (AMSTM)
mətn ölçüsü  

Tarix boyu Tacikistan adlı nə dövlət, nə də coğrafi region mövcud olub. Taciklərə dövlət statusu 1929-cu ildə İosif Stalinin SSRİ-də "Hind-Avropa nəzəriyyəsi"nin məntiqi nəticəsində verilibdir. İ.Stalin Türküstan Respublikasının Bədəxşan, Gərm, Gülab, Kurqan Tubə, Xosənd (indi Soğda adlanır), Ura Tubə, Xatlon vilayətlərini birləşdirərək "Tacikistan Respublikası" yaratmışdı. Göytəpə şəhərinin adı dəyişdirilib Düşənbə elan edilmişdi. Çünki bolşevik ordusu bu şəhəri həftənin bazar ertəsi günü işğal etdiyi üçün onun adı fars dilində "düşənbə" adlandırılmışdı... Tacik sözünün əsl mənası cağatay türkcəsində taclılar deməkdir. Yəni Türküstan hökmdarlarının mühafizə qüvvələrində çalışanlar mənasını verir. 1991-ci ildə keçmiş Sovetlər Birliyi çökdüyü zaman Türküstanda təkcə Tacikistanda vətəndaş savaşı yaşanıldı. Dövlətin hansı təməl prinsiplər üzərində qurulması isə böyük bir soruna çevrilmişdi.

Türküstanın ən ağır dərdi 1929-ci ildən indiyə kimi taciklərin Türküstan torpaqlarının "əbədi" və "əzəli" sakinləri olması barədə Moskvanın yürütdüyü dərin siyasətin doğurduğu fəsadlardır. Bu torpaqlarda minillər boyu mövcud olmuş Turan, Ariana, Baktriya, Soqdi, Böyük Xarəzm, Sak-Massaket, Parfiya, Kuşan, Eftalitlər, Samani, Qaraxanlı, Qəznəli, Səlcuqlu, Xarəzmşahlar, Çingizoğullar, Teymuroğullar, Şeybanilər, Astarxanlılar və digər imperiyalar və dövlətlərin guya taciklərə məxsus olması barədə ideoloji təbliğatlar aparılırdı.

Sovetlər Birliyi dağıldıqdan sonra Xocand vilayətində ilk addım olaraq özbək və türkmən əhalisi ayağa qalxaraq regionda 62 il ərzində aparılan tacikləşdirmə siyasətinə qarşı üsyanlar etdilər. Ölkənin ilk prezidenti və milliyyətcə özbək olan Rəhman Nəbiyev bütün xalqların birlik və bərabərlik hüquqlarının təmin edilməsi şərtləri daxilində yeni dövlət proqramını gündəmə gətirdi. Tacikistanın Dağlıq Bədəxşan regionuna məxsus Xoroq, Darvaz, Vandc, Ruşan, Suqnan, Roştaqal, İşkaşim, Murqab rayonlarında radikal tacik milliyyətçiliyi və islamçı hərəkatlar R.Nəbiyevin bu addımına qarşı çıxdılar. Bu zaman gözlənilmədən böyük dağlıq ərazilərdə yaşayan taciklər regiondakı Rusiya hərbi bazaları, eləcə də İran və Əfqanıstandakı tacik hərbi birlikləri tərəfindən silahlandırılaraq Düşənbənin işğalını təmin edə bildilər. Özbəkistan və Türkmənistan prezidentləri İslam Kərimov və Səfərmurad Türkmənbaşı müqavimət göstərsələr də, o zaman bu respublikaların milli ordularının yoxluğu ucbatından istənilən nəticəni əldə etmədilər.

11 may 1992-cu ildə Rəhman Nəbiyev Rusiya, İran və Əfqanıstanın regiondakı maraqlarını nəzərə alaraq islamçı və radikal milliyyətçi taciklərin hakimiyyətdə təmsil olunmasına şərait yaratdı. Halbuki indinin özündə də türkmən, özbək, qaraqalpaq və qırğız türkləri "Tacikistan" adlı ərazinin taciklərə "məxsusluğunu" həzm edə bilmirlər.

REKLAM

Bu eynilə Azərbaycanın Ermənistan adlı bir dövlətin mövcudluğunu qəbul etmək fikrində olmadığına bənzəyir. Buna onlarda qəti bir inam var. Çünki ermənilər və taciklər üçün bir zamanlar yaradılmış indiki dövlətlərin tarixi əraziləri məhz türk xalqlarına məxsusdur. Elə tarixi mənbələr də bunu sübut edir. İndi Ermənistan üzərindən Azərbaycan, Türkiyə və Gürcüstana qarşı hansı siyasətlər aparılırsa, Tacikistan üzərindən də Özbəkistan, Türkmənistan və Qırğızıstana qarşı bənzər iddialar sərgilənir.

Paniranizm və Tacikistan anklavı

1992-ci ildə koalisiya hakimiyyəti qurulduqdan sonra Gülab, Bədəxşan və Xatlon rayonlarındakı radikal milliyyətçi tacik məmurlarının maliyyə dəstəyilə Birləşmiş Tacik Müxalifəti qurumu yaradıldı. 1997-ci ilə qədər bu müxalifət qüvvələri regionda siyasi və silahlı münaqişələrin mərkəzində durdu. Bir tərəfdən Rusiya, İran və digər tərəfdən isə Əfqanıstan üzərindən müxalifətə verilən dəstək əsasında özbəklərə və türkmənlərə məxsus Kurqan Tubə vilayəti işğal olundu. Məhz bundan sonra həmin xarici güclərin ortaq maraqlarını təmsil edən, radikal tacik-fars milliyyətçiliyinin liderlərindən biri hesab olunan İmaməli Rəhman prezident kürsüsündə otuzduruldu. O, prezident kimi yerini bərkidən kimi dərhal milliyyətçi tacik siyasətilə barışmayan islamçı silahlı qüvvələrlə mübarizəyə başladı. İran və Rusiyanın fəal dəstəyilə onlar Əfqanıstana mühacirət etməyə məcbur oldular. Taciklər mənşəcə fars kökənli olsalar da, müsəlman kimi hənəfi məzhəblidirlər. Bu da İranın şiə klerikal maraqlarına uyğun gəlmir. Ancaq ortaq fars etnoloji maraqlarında ortaq siyasətdə heç bir problem yaşanılmır. Ot?n Bu müddət ərzində İran Tacikistanda mövcud olan kiril əlifbasının ərəb qrafikasına keçməsinə nail olub. İranın böyük maliyyə yardımları sayəsində ölkədə klassik fars-tacik ədəbiyyatı, tarixi, mədəniyyəti, dilçiliyi yönündə dərin siyasətlər yürüdülüb. Tehran və Moskva rejimlərinin uzlaşan maraqlarından biri kimi Tacikistanda qırğız, özbək, türkmən əhalisinin dövlət səviyyəsində "tacikləşdirmə" və assimilyasiya siyasətləri aparılsa da, buna qarşı özbəklər və türkmənlər hətta silahlı mübarizə aparmışlar. Məhz bundan sonra rəsmi Düşənbə geri çəkilməyə məcbur olmuşdu.

Əfqanıstan və İrana Düşənbədən nəzarət etmək mümkündürmü? Heç də sirr deyil ki, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Belarus, Polşa, Çin, Moldova və digər dövlətlərdə narkotik maddələrin ticarət şəbəkəsinin kökü gedib Tacikistana çıxır. Bu şəbəkə İran və Əfqanıstan üzərindən idarə olunur. Müşahidəçilərin fikrincə, İran və Əfqanıstanın xarici iqtisadi və ticarət siyasətində ən çox gəlir mənbələrindən birini narkotik maddələrin istehsalı və satışı təşkil edir.

Tacikistanda İmaməli Rəhman iqtidarına qarşı siyasi müxalifətdə olan Vətəndor Partiyasının lideri Dədəcan Atovullayev bildirib ki, Qırğızıstandan sonra Tacikistanda da inqilabi proseslər inkişaf etmək ərəfəsindədir. İrandakı Buşəhr Atom Elektrik Stansiyasında uranın zənginləşdirilməsinə qarşı çıxan Rusiyaya cavab tədbirləri qismində İran İmaməli Rəhman diktaturasına yüksək səviyyədə maliyyə yardımları etməklə, Rusiyanın regiondakı 201-ci hərbi bazasının statusunu ləğv etməyə hazırlaşır. İmaməli Rəhman Tacikistanın siyasi və iqtisadi prioritetlərini əsasən İran və Çinlə uzlaşdırılmış şəkildə inkişaf etdirmək siyasəti yürütməkdədir ki, bu da rusların xoşuna gəlmir. Hazırda tacik hökuməti bir az da dərinə gedərək Rusiyaya məxsus biznes şəbəkəsinin dairəsini daraltmağa başlayıb. Təbii olaraq, ABŞ və Rusiya Qırğızıstanda olduğu kimi, uzlaşdırılmış mənafelərinin Tacikistanda da tətbiqinə çalışacaqlar. Bu yöndə hətta yeni inqilabi atmosferin nəfəsi duyulmaqdadır.

Rusiya və ABŞ ilkin tədbirlər olaraq rəsmi Düşənbənin narkotik malların ticarətinə qarşı fəal mübarizə aparmaması, ölkədə insan hüquqlarının qorunmasında dərin problemlər olması, demokratik azadlıqların təmin edilməməsi tipli mövzuları gündəmə gətiriblər.

Düşənbədən aldığımız məlumatlara görə, İmaməli Rəhman ən çox qorxduğu bu saray çevrilişində hansı gücün üstün mövqeyə çıxmasıdır. Hakimiyyətə gəldiyi ilk günlərdə Sədrəddin Ayni adına Beynəlxalq Hava limanını uzun müddətə Rusiyanın nəzarətində olacağına söz versə də, İranın gizli əlləri sayəsində bu hələ də gerçəkləşməyib.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2
Oxşar xəbərlər:

Türkmənistan millisinin qapıçısı "Neftçi"də

Aktauda "Kəpəz" və ya "Sərdar"a aydınlıq gələ bilər

"Vaşinqton Rusiyanı Xəzərdə özünə rəqib görmür"

Azərbaycanlılar Orta Asiya Konqresində birləşir

Naxçıvanın incəsənət ustaları Türkmənistana gedir

Bölmənin digər xəbərləri
 
Hillari Klinton: "Gürcüstanda korrupsiyanın səviyyəsi azalıb"
Vaşinqton Rusiya qoşunlarının bu ölkədən çıxarılmasında təkid edir

ABŞ Helsinki Komitəsindən diffamasiyaya dair layihə
Rəsmi Bakının sənədi bəyənəcəyi gözlənilir

Yadplanetlilər 6 nəfərin bədəninə mikroçip yerləşdiriblər
Haktan Akdoğan: "Amerikalı professor Roger Leirlə oktyabrda bu 6 nəfərin bədənindəki mikroçipləri çıxaracağıq"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər