Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İndiki deputatların əksəriyyəti bu il də seçiləcək
İndiki deputatların əksəriyyəti bu il də seçiləcək
Nizami Cəfərov onların intellekt səviyyəsinə "beş" qiymət verir
Şənbə, 10.07.2010

Fərəh Sabirqizi mətn ölçüsü  

Azərbaycanda ad qoyma mədəniyyəti, fantaziyası zəifdir. Bunu iddia edən millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Azərbaycanda qoyulan adların siyahısı çox dardır. Məsələn, hazırda ölkədə bu gün 40.500 Əli var, 35 minə qədər adamın adı Elçindir. İndi ölkəmizdə 33 min Vüqar, 31 min Anar, 30 min Elnur yaşayır. Samir, İlqar Elşən, Vüsal, Rəşad, Azər, Məhəmməd kimi adların sayı 25 minə yaxındır. Qadın adlarına gəlincə, liderlik Sevincdədir - 47 min. Bununla yanaşı, 40 min Günel, 35 min isə Leyla, Aygün adları qoyulub.

Parlament Jurnalistlər Birliyinin üzvləri ilə görüş zamanı Milli Məclisin mədəniyyət komitəsinin sədri rəsmi qeydiyyat əsasında səsləndirdiyi bu statistikanın Azərbaycanda ad qıtlığından xəbər verdiyini deyir. Onun sözlərinə görə, komitə yeni adlar siyahısı hazırlayacaq:

"Dağ, çay adları, dastanlarımız və yazılı ədəbiyyatımızdan gözəl adlar seçib böyük bir siyahı tərtib etmişik. İndi elə adlar var ki, Azərbaycanda 10-15 nəfərdə var. Bu adlar siyahısını genişləndirmək lazımdır. Biz insanlara ad qoymaq üçün seçim verməliyik". Nizami Cəfərov nəvələrinin adını Alpər və Atilla qoyub. Onların soyadı da şəkilçisiz variantdadır.

Bu yaşdan sonra soyadımı dəyişsəm, yüngüllük olar

Soyadlara gəlincə, Nizami Cəfərov indi soyad dəyişmək üçün yaşının gec olduğunu deyir: "Bu yaşdan sonra soyad sonluğunu dəyişmək mənə bir az yüngül gəlir. Bəzi yazıçılarımız dəyişdi, amma mənə bir az qəribə gəldi. Cəmiyyətimiz, maşallah, hər şeyə alışır.

REKLAM

Amma mən özüm hələ alışa bilmirəm". Nizami Cəfərovun sözlərinə görə, artıq Azərbaycan Respublikasının adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması konsepsiyası hazırdır. Burada məsələyə sistemli yanaşma var: "Sənədin əsas mahiyyəti də odur ki, Azərbaycanda "ov" və "yev"lə bitən soyadlar minimuma endirilsin. Bu gün Azərbaycan əhalisinin 80 faizi "ov" və "yev"lə bitən soyad daşıyır. Məsələnin mürəkkəbliyi də ondadır ki, biz bunu yalnız sərəncamla edə bilərik. Gərək təkliflərimiz o qədər əsaslı olsun ki, tək 10 milyon yox, 50 milyona qədər azərbaycanlı qəbul etsin".

Vacib deyil layihə mütləq qəbul edilsin

Nizami Cəfərov rəhbərlik etdiyi komitənin bir xüsusiyyətindən də danışdı: "Bizim komitə Hadı Rəcəblinin komitəsi deyil ki, nəyisə müzakirə ediriksə, mütləq qəbul edilsin. Məsələnin müzakirəyə çıxarılması da vacibdir. Beş ildir ki, "Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında" qanunu başa çatdıra bilmirik. O qanun üzərində işləməyə başlayandan bilirdim ki, belə olacaq. Amma hər halda, təsiri oldu. Yaxud biz şou-biznes haqqında qanun qəbul etsək də, etməsək də, eyni şeydir. Əsas odur ki, diqqəti bu məsələyə cəlb edək".

Müəllim Nizami Cəfərov deyir ki, o, dərsi bilən tələbəsinə 5, bilməyənə 4 yazır. Hərdənbir lap faciəli vəziyyətdə olanına 3 qiymət verir: "Mənə elə gəlir ki, bundan əvvəlkinə nisbətən üçüncü çağırış Milli Məclis üzvlərinin intellekti kifayət qədər müsbətdir, yəni 5 vermək olar. İkinci çağırış parlamentdə biz çox mübahisə edirdik, Sanki özümüzə də nəyisə sübut etmək istəyirdik. İndi hamı hər şeyi bilir. Birdən bir deputat çox mənasız çıxış edəndə daha heç kim ona açıq etiraz eləmir, elə baxıb gülür. İntellekt olan yerdə həmişə təmkin də olur. Məncə, üçüncü çağırışda deputat olanların böyük əksəriyyəti bu il də seçiləcək".

Kampaniya dostlarım ayrıdır

İndiki deputatlar arasında Hadı Rəcəbli, Ziyad Səmədzadə, Siyavuş Novruzovla dostluq etdiyini deyən Nizami Cəfərov parlamentdən olmayan, yeyib-içmək üçün dostlarının olduğunu da dedi: "Bu dostlarımın dairəsi universitet vaxtı formalaşıb. Elə adamlar var ki, onlarla yol gedə bilərsən, polemika apara bilərsən, amma onlarla yeyib-içə bilməzsən, çünki onları görəndə iştahan qaçır".

Nizami Cəfərov YAP üzvü kimi partiyanın məsləhətinə uyğun olaraq seçkidə namizədlik məsələsini dəqiqləşdirəcək: "Kimsə partiyanın məsləhətinin ziddinə namizədliyini verəcəksə, partiya onu müdafiə etməyəcək. Partiya səni müdafiə etmirsə, deməli, 70-80 faizlik gücə qarşı müqavimət göstərirsən".

Qalstuk taxmağı xoşlamıram, bilmirəm niyə?

Görüş zamanı bir çox məsələlərə münasibət bildirən Nizami Cəfərov qalstuka marağı olmadığını da söylədi: "Amma vacib rəsmi tədbirlərə taxıram. Hələ müəyyənləşdirə bilmirəm ki, niyə xoşlamıram. Məndə nəsə alınmır da...".

Röyanı yaxşı sənətkar hesab edən deputat deyir ki, onun bəzi mahnıları, bəzi hərəkətlərini bəyənmir. "Amma kimsə desə ki, intellekti olan ciddi adam Röyanı istəyə bilməz, düz deyildir. Azərin ayrı bir sənətkardır. Hər müğənnidə nəsə bir üstün cəhət var. Aygün Kazımovanın elə mahnıları var ki, çox gözəldir. Səs gözəl, istedadı var. Amma maraqsız mahnıları da var. Yaxud da Murad Dadaşov. Müxtəlif verilişlər aparır. Dünyanın məşhur şoumenləri öz üzərlərində çox işləyirlər. Amma bizdə bazarın darlığı imkan verir ki, şoumenlər öz üzərlərində işləməsinlər. Amma Murad Dadaşov istedaddır, özü də nəhəng istedaddır. Bunu heç kim dana bilməz".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran hakimiyyətinin legitimlik problemi

Dərbənddə antitürk ehtirasları

Lənkəranda partiyaların bələdiyyə seçkilərinə marağı azalır

Bələdiyyələr uğrunda 26 minə yaxın namizəd mübarizəyə qoşulub

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir

Bölmənin digər xəbərləri
 
Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir
Ermənistan isə konstruktiv olmaq fikrində deyil

Semnebi dünyanın diqqətini Qarabağa yönəldir
Xüsusi nümayəndə bölgədə münaqişənin hər an alovlana biləcəyini deyir

Bu gün AMİP-ə sədr seçilir
Partiya 2 ildir sədrsiz idi

Qeyri-ənənəvi dini təriqətlərdə araşdırma
Sorğunun nəticələri nəyi göstərir?

Prezident İlham Əliyev Balakəndə olub
"Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar"

Dövlət başçısının rəsmi saytı yeni tərtibatda
Xeyli yenilik edildiyi xəbər verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər