Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qeyri-ənənəvi dini təriqətlərdə araşdırma
Sorğunun nəticələri nəyi göstərir?
Şənbə, 10.07.2010

Fərəh Sabirqizi mətn ölçüsü  

Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətini araşdırmaq məqsədilə Bakı və Sumqayıtda 100-ə yaxın respondent arasında sorğu keçirilib. Müxtəlif yaş və sosial qruplara aid insanlar arasında keçirilən sorğuda rəyi soruşulanların 87 faizi ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini təriqətlər barədə xəbərdar olduqlarını deyiblər.

Qadın Konsensus Mərkəzinin keçirdiyi bu sorğu zamanı respondentlərin yalnız 2 faizi hesab edib ki, təhlükəli dini cərəyanlara ehtiyac var. 69 faiz bu suala "xeyir", 29 faizi isə daha sərt yanaşaraq "məndən olsa, kökünü kəsərdim" kimi cavab veriblər.

Mərkəzin təşkil etdiyi tədbirdə açıqlanan nəticələrə görə, sorğu iştirakçılarının 16 faizi özləri də qeyri-ənənəvi dini təriqətlərin üzvü olduqlarını bildirirlər. Onlar əsasən nurçular və vəhhabilər adı ilə tanınan təriqətlərə qoşulduqlarını söyləmişlər. Bu cür dini təriqətlərin ölkəmizdə yayılmasına gəlincə, respondentlərin əksəriyyəti (68 faiz) bunda xarici ölkələrin bəzi dairələrinin əli olduğunu bildiriblər.

Sorğunun nəticələrini açıqlayan Qadın Konsensus Mərkəzinin rəhbəri, millət vəkili Aynur Camalqızı bildirdi ki, hazırda ölkəmizdə İslama və ümumiyyətlə, Azərbaycan xalqına aidiyyəti olmayan missioner təşkilatlar rahatlıqla fəaliyyət göstərir və onlar insanları öz tərəflərinə cəlb etməyə çalışır:

"Ən böyük təhlükə ondadır ki, bu təşkilatlar daha çox uşaqlar və gənclərlə işləməyə meyillidirlər. Məncə, bu, bizim milli təhlükəsizliyimizə, dövlətçiliyimizə təhdiddir. Düzdür, bu yöndə müvafiq dövlət qurumları fəaliyyət göstərir. Amma biz də media və vətəndaş cəmiyyəti olaraq bu mövzuda araşdırma aparmalıyıq".

Xanım deputat onu da bildirdi ki, bu cür təriqətlərin bəziləri Azərbaycanda erkən nikahı, ailədaxili zorakılığı təbliğ edir: "Bəzi dini təriqətlər var ki, onlar, ümumiyyətlə, təhsilin əleyhinədir. İslamdan fərqli olaraq, bu cərəyanlar qadın və kişi arasında bərabərlik işarəsinin götürülməsinə çalışır".

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu mediada dinə aid mövzuların işıqlandırılmasında böyük boşluq olduğunu söylədi:

"Din jurnalistikası o qədər də ciddi inkişaf etməyib. Dində olan mövzuların ictimai prosesdəki fenomenlərlə əlaqələndirilməsi, bu istiqamətdə araşdırma yazılar yoxdur. Yalnız inancın və insan haqlarının toqquşması - vicdan azadlığı, tolerantlıq mövzusunda gündəlik yazılara rast gəlmək olur".

Hacı İlqar əlavə etdi ki, dini maarifçilik ürəkaçan səviyyədə olmadığından, çox vaxt İslami dəyərlərin eybəcərləşdirilməsinə rast gəlmək olur. Məsələn, ailədaxili məsələlərdə İslamın kişilərə daha çox imkanlar verdiyi hesab olunur:

"Halbuki ailədaxili məsələlərdə İslam həmişə qadınla kişinin müttəfiqi olub. Teleməkanda inancla bağlı verilişin olmadığı bir halda, maarifçilik istiqamətində çox az iş görülür. Sovet dövründən qalma dini təsisatlar bu cür maarifçilik işini təşkil etmək potensialına malik deyil".

Professor Niyazi Mehdi isə hesab edir ki, əgər ailədə ata qızının, həyat yoldaşının haqqını tapdayırsa, deməli, buna dövlət imkan verir. Yəni dövlətin bu məsələni tənzimləyən qanunu olmadığına görə bu cür haqları pozmaq mümkün olur. Professor hesab edir ki, jurnalistlər məhz bu təriqətlərin insan haqlarına nə kimi ziyan vurduğunu araşdırmalıdır.

Jurnalist araşdırmasına gəlincə, bu mövzuya mediada diqqətin artırılmasını təmin etmək üçün Qadın Konsensus Mərkəzi ölkəmizdə qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması mövzusunda yazı müsabiqəsi elan edir. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu müsabiqə avqustun 10-dək davam edəcək. Həmin müddətə kimi həm çap, həm də elektron KİV mənsubları bu mövzuda yazılarını müsabiqəyə təqdim edə bilərlər.

Müsabiqədə 5 qalib yer nəzərdə tutulub. 1-ci yer 1 nəfər (300 manat), 2-ci yer 1 nəfər (200 manat) və 3 nəfər 3-cü yer (150 manat). Sentyabrın 10-da qalibləri mükafatlandırma mərasimidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ronaldinyonu dietaya "oturtdular"

Ən yaxşı işləyən Azərbaycan hökumətidir

Əhmədinejada dini rəhbərdən xeyir-dua

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu

Bölmənin digər xəbərləri
 
Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir
Ermənistan isə konstruktiv olmaq fikrində deyil

Semnebi dünyanın diqqətini Qarabağa yönəldir
Xüsusi nümayəndə bölgədə münaqişənin hər an alovlana biləcəyini deyir

Bu gün AMİP-ə sədr seçilir
Partiya 2 ildir sədrsiz idi

Prezident İlham Əliyev Balakəndə olub
"Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar"

İndiki deputatların əksəriyyəti bu il də seçiləcək
Nizami Cəfərov onların intellekt səviyyəsinə "beş" qiymət verir

Dövlət başçısının rəsmi saytı yeni tərtibatda
Xeyli yenilik edildiyi xəbər verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər