Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Semnebi dünyanın diqqətini Qarabağa yönəldir
Semnebi dünyanın diqqətini Qarabağa yönəldir
Xüsusi nümayəndə bölgədə münaqişənin hər an alovlana biləcəyini deyir
Şənbə, 10.07.2010

İ.Telmanoğlu mətn ölçüsü  

Cənubi Qafqaz dəyişkənliyi və qeyri-sabitliyi ilə səciyyələnən region olaraq qalmaqdadır və beynəlxalq ictimaiyyət bu regionda, xüsusən münaqişələrin nizamlanmasında, demokratik islahatların həyata keçirilməsində iştirak etməlidir. Bu barədə Avropa Birliyinin Cənubi Qafqaz bölgəsi üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyulun 8-də Vyanada ATƏT Daimi Şurasının iclasında çıxış edərkən bildirib.

"Beynəlxalq ictimaiyyətin bu bölgəyə tamamilə cəlb edilməsinə ciddi zərurət var", - deyə o bildirib.

"Demokratik islahatların həyata keçirilməsi üzrə səylər yalnız beynəlxalq ictimaiyyət səylərini birləşdirdiyi halda uğurlu ola bilər. Bu zaman Avropa Birliyinin tərəfdarı kimi ATƏT-in rolu xüsusilə əhəmiyyətlidir", - deyə Semnebi qeyd edib.

O bildirib ki, bölgədə münaqişələrin həlli Avropa Birliyi üçün prioritet olaraq qalır. "Bu münaqişələr region üçün xüsusi təhlükədir, belə ki, status-kvo qeyri-sabit olaraq qalır və gərginlik yaranması təhlükəsi qalmaqdadır, Gürcüstanda 8 avqust 2008-ci il hadisələri bunu təsdiq etdi. Qarabağ münaqişəsi xüsusi narahatlıq doğurur. Təmas xətti boyunca müntəzəm olaraq ölümlə nəticələnən insidentlər baş verir", - deyə o vurğulayıb.

Semnebinin sözlərinə görə, bu münaqişələr Avropa Birliyini şərq qonşularında siyasi və iqtisadi islahatlar həyata keçirmək səylərinə də mane olur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ" Avropada yürüşünü davam etdirir

2010: gözlənən siyasi və hərbi hadisələr

Son çempionların savaşı

Prinsipial matç Ağdamda olacaq

Çempionatda lider dəyişə bilər

Bölmənin digər xəbərləri
 
Gələn həftə Kəlbəcərlə Laçının taleyinə aydınlıq gəlməlidir
Ermənistan isə konstruktiv olmaq fikrində deyil

Bu gün AMİP-ə sədr seçilir
Partiya 2 ildir sədrsiz idi

Qeyri-ənənəvi dini təriqətlərdə araşdırma
Sorğunun nəticələri nəyi göstərir?

Prezident İlham Əliyev Balakəndə olub
"Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində, bir ailə kimi yaşayırlar"

İndiki deputatların əksəriyyəti bu il də seçiləcək
Nizami Cəfərov onların intellekt səviyyəsinə "beş" qiymət verir

Dövlət başçısının rəsmi saytı yeni tərtibatda
Xeyli yenilik edildiyi xəbər verilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər