Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
Dəhşətli cinayətdən müəmmalı detallar
Dəhşətli cinayətdən müəmmalı detallar
Əgər bu iddialar doğrudursa...
Şənbə, 10.07.2010

H.Zeynalov mətn ölçüsü  

Xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini Hacı Asifin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə mühakiməsi başlayıb. Hacı Asif ifadəsində bildirib ki, həyat yoldaşından avqustdan şübhələnməyə başlayıb.

Onun sözlərinə görə, dəfələrlə arvadının telefonuna müxtəlif nömrələrdən mesaj gəlirmiş: "Həmçinin Ziyafət mənim evə tez gəlməyimə deyinirdi. Şübhələrimdən əmin olduqdan sonra həyat yoldaşımı öldürmək qərarına gəldim. Arvadımı belin sapı ilə döyərək qətlə yetirdim".

Mərhumənin qardaşı Rizvan Əliyev baş vermiş cinayət hadisəsinin bəzi təfərrüatlarını açıqlayıb. R.Əliyev bildirib ki, işdə olarkən bacısının öldüyünü eşidib. Onun sözlərinə görə, bacısını yerdə qan içində görüb:

"Mən ora çatanda kamera çəkirdi, prokurorluğun işçiləri də orada idi. Məndən kim olduğumu soruşdular, dedim ki, mərhumənin qardaşıyam. Bacım qızı da dayısı olduğumu bildirdi. Prokurorluq işçiləri gedəndən sonra bacımın qızı və digər şəxslər evdə olan şkafı axtarmağa başladılar. Meyit yerdə qalmışdı, onlar qızıl axtarırdılar. Bacımın qızı evdə qızıl-brilyant axtarırdı".

R.Əliyev Hacı Asifin Ziyafət Əliyevanı namus üstündə qətlə yetirməsinin həqiqətə uyğun olmadığını bildirdi:

"Hacı Asif Hacıyevin heç bir sözünə inanmıram. Nə danışırsa, hamısını yalan söyləyir. "Cinayəti törədərkən özümdə olmamışam, İrandan gəlmişəm, oradan gətirdiyim dərmanı qəbul etmişəm". Bunların hamısı həqiqətə uyğun deyil. İrandan gətirdiyi dərmanın adını desin ki, bilək hansı dərmanı qəbul edib, cinayəti törədib.

REKLAM

Bu cinayətin baş verməsinin səbəbini açıqlamaq istəyirəm. Bu cinayətin baş verməsinin səbəbi nə ola bilər? Səbəb bu şəxsin çoxdan, yəni 30 ildir ki, kişiliyini itirməsidir. Dəqiq bilirəm ki, bu belədir.

Hacı Asif bacımı xüsusi amansızlıqla qətlə yetirib. Bacımı ağac parçası ilə döyə-döyə öldürüb. Bacımın bədənində 18 sınıq xəsarəti aşkar edilib. Deyir ki, bu cinayəti şübhələndiyi üçün qətlə yetirib. Bunların heç bir düzgün deyil".

Mərhumənin qardaşı onu da bildirdi ki, prokurorluq onu mərhumənin varisi kimi tanınmalı olduğu halda, bunu etməyib:

"Bu cinayət işi üzrə bacım qızı Hacıyeva Rufina tanınıb. Nəzərə çatdırmaq istəyirəm ki, Rufina zərərçəkmişin qızı olmaqla, həm də bu cinayət işi üzrə təqsirləndirilən şəxsin doğma qızıdır. O, hər halda, atasının sözünü deyir, çalışır ki, atası bu cinayətdə məhkum edilməsin. Bacım qızı, eyni zamanda, italyana ərə gedib. Hacı Asif də onların hesabından bəhrələnir. İndi hansısa maddi maraq naminə Hacı Asifi dəli ediblər ki, törətdiyi ağır cinayətdən yayındırsınlar".

R.Əliyev onu da söylədi ki, Hacı Asif bacısını xüsusi amansızlıqla qətlə yetirəndən sonra meyiti kameraya çəkib: "Bu günə kimi də onun bu hərəkətinə aydınlıq gətirilməyib".

Rizvan Əliyevin hüquqi nümayəndəsi Balacabəy Cəfərov bildirdi ki, Binəqədi rayon Prokurorluğunun müstəntiqi İlyas Seyidova ərizə ilə müraciət ediblər. Onun sözlərinə görə, həmin müraciətdə mərhumənin qızının zərərçəkmiş qismində tanınmasına etiraz ediblər:

"Zərərçəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Hüquqi varisin seçilməsi üstündə qohumlar arasında mübahisə baş verəndə, bu məsələni məhkəmə həll edir. Hacıyeva Rufina Hacı qızının təqsirləndirilən şəxsin doğma qızı olmasını nəzərə alıb, bu şəxsin cinayət prosesində zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verməsini, hadisə nəticəsində ölmüş şəxsin Rizvan Əliyevin bacısı olmasını nəzərə alaraq, onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınması üçün müstəntiq İlyas Seyidovdan xahiş etmişdik. Müstəntiq bizim ərizəmizi qəbul etmədən rədd etdi. Buna görə də müstəntiqin hərəkətlərindən Binəqədi rayon prokuroru Mirələkbər Seyidova şikayət etdik. Prokurora edilən şikayətimizə isə, ümumiyyətlə, cavab gəlmədi. Bu günə qədər də həmin şikayətimizə cavab verilməyib".

Vəkil daha sonra bildirdi ki, Hacı Asif xüsusi amansızlıqla qətl hadisəsi törətməsinə baxmayaraq, prokurorluq onun anlaqsız olması ilə bağlı qərara baxılması üçün cinayət işinin materiallarını Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərib. Onun sözlərinə görə, cinayət işinə məhkəmənin hakimləri - Eldar Mikayılov, Əlövsət Abbasov və Mahmud Ağalarov baxırlar. O bildirdi ki, R.Əliyevin cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınması üçün ərizə ilə müraciət etsələr də, onların müracitlərinə baxılmayıb. Məhkəmədə dəfələrlə R.Əliyevin zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınması üçün müracət etsələr də, vəsatət qaldırsalar da, buna əhəmiyyət verən olmayıb. Hüquqşünas məhkəmədə prokuroru da ittiham etdi: "Prokuror ittiham tərəfində olduğu halda, ittiham etmək istəyənləri, yəni Rizvanı cinayət işinə buraxmaq istəmir. Tutaq ki, prokuror bu işdə vəkillik edir. Elə bil ki, burada hamı Hacı Asifin müdafiəsinə qalxıblar, onu müdafiə edirlər. Elə bil ki, Hacı Asif adam öldürməyib, çalışırlar ki, mütləq o, anlaqsız çıxsın".

Vəkil bildirdi ki, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev, cinayət işinin istintaqını aparan hakim Eldar Mikayılova rəsmən müracət edərək, Hacı Asifin anlaqlı olub-olmamasını yoxlamaq üçün məhkəmə psixoterik ekspertiza təyin olunması barədə göstəriş vermələrini xahiş ediblər. Eyni zamanda, adıçəkilən vəzifəli şəxslərdən Rufina Hacıyevanın cinayət işində zərərçəkmiş qismində iştirak etməkdən kənarlaşdırılması, Rizvan Əliyevin zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını istəyiblər. Vəkil qeyd etdi ki, müvafiq qurumlara ünvanladıqları ərizəni də qəbul etmədilər. Vəkil onu da qeyd etdi ki, Hacı Asifin təkrar müayinədən keçirilməsi üçün məhkəmə-tibbi ekspertizasının təyin olunduğunu bildirib. Vəkil məhkəmə-tibbi ekspertizasının rəyinin düzgün olacağına inanmadıqlarını bildirdi: "Prokurorluq öz təşəbbüsü ilə 3 dəfə Hacı Asifi ekspertizadan keçirib. Hər dəfə də eyni rəy verilib. İndi də elə olacaq".

Qeyd edək ki, Hacı Asif 2009-cu il oktyabrın 17-də qısqanclıq zəminində həyat yoldaşı 49 yaşlı Ziyafət Əliyevanı taxta parçası ilə döyərək öldürüb. O, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu ilin 6 ayında paytaxtda 5464 cinayət baş verib
Göstərici ötən illə müqayisədə 1,3 faiz çoxdur

Ona etibar edilmiş çekləri mənimsəmişdi
Talançı məmur 5 il içəridə oturacaq

Narkobaronların apellyasiya şikayəti
Əcnəbilərdən ibarət mütəşəkkil dəstənin cəzası qüvvədə saxlandı

İran vətəndaşının uğursuz əməliyyatı
Bu uyuşdurucu alverçisi 15 illiyə barmaqlıq arxasına göndərildi

Hacıqabulda ər arvadını boğaraq öldürdü
Biləsuvarda isə ana yeni doğulan övladını boğub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər