Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Mənfəətlə işləyən bankların sayı azalır
Mənfəətlə işləyən bankların sayı azalır
Zərərlə işləyənlərin sayı isə artır
Şənbə, 10.07.2010

A.Əhmədova mətn ölçüsü  

Ölkədəki hər üçüncü bank zərərlə işləyir. Mərkəzi Bankın məlumatına görə, ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Sonuncu dəfə 2006-cı ilin avqustunda bu kimi bankların sayı 16 olub.

Bu il iyun ayının 1-nə olan vəziyyətə görə, ölkə banklarının əldə etdikləri mənfəətin həcmi 85,03 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10,7 faiz çoxdur. Mayda bankların ümumilikdə mənfəəti təxminən 8,2 milyon manat artıb. Mənfəətlə işləyən bankların sayı 34-dən 30-a düşüb.

Hesabat ayında bankların zərərində də artım müşahidə edilib. Bu müddətdə bankların zərəri aprel ayı ilə müqayisədə 2,8 milyon artaraq 24,55 milyon manat təşkil edib. Bir ay öncə zərərin həcmi 21,8 milyon manat olub. Zərərlə işləyən bankların sayı 13-dən 17-yə yüksəlib.

İyunun 1-nə olan vəziyyətə görə, bankların yekun mənfəəti 60,48 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır. 2009-cu ilin mayında bu göstərici 128,97 milyon manat təşkil edib. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 47 bank fəaliyyət göstərir. Onlardan 1-i dövlət, 46-sı özəldir. Özəl bankların 23-ü isə xarici kapitallıdır.

Problemli kreditlərin payı artmaqdadır

Yeri gəlmişkən, ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi 18,4 milyon manat artıb. Mərkəzi Bankın məlumatına görə, bununla da problemli kreditlərin ümumi kreditlərdə payı 4,4%-ə yüksəlib. 2010-cu ilin mayında vaxtı keçmiş kreditlərin həcmi 5% artaraq 383,6 milyon manata çatıb.

REKLAM

Apreldə bu kimi kreditlər 365,2 milyon manat təşkil edib. 2009-cu ilin mayı ilə müqayisədə vaxtı ötmüş kreditlər 175 milyon manat artıb. 2010-cu ilin 5 ayı ərzində isə onların həcmi 26,4% artıb. 2009-cu ilin sonunda bu göstərici 303,5 milyon manata bərabər olub.

Beləliklə, problemli kreditlər bank sektorunun ən ciddi problemi olaraq qalır. Qlobal maliyyə böhranının təsirləri qaldıqca, problemin miqyası da böyüyür. Banklar problemdən çıxış yolu axtarırlar. Ancaq hələ də ortada real nəticə yoxdur. Əksinə, problemli kreditlərin həcmi artmaqda davam edir. Böyük banklar bu problemdən daha çox əziyyət çəkir. İqtisadçı Qadir İbrahimli deyir ki, Azərbaycanın bank sektorunda üstün mövqeyə sahib olan banklarda bu problem müşahidə edilməkdədir. Beynəlxalq normalara görə, bankda problemli kreditlərin beş faizi keçməsi "həyəcan təbili" üçün kifayətdir.

Azərbaycan banklarının aktivlərinin keyfiyyəti ötən ildən pisləşməyə başlayıb. Bankların kredit menecerləri bildirir ki, əgər müştərinin özü gəlib çətinliyinin olduğunu etiraf edirsə, ona güzəşt olunur - vaxt verilir, kreditin müddəti uzadılır və s. Kredit zaminliklə veriləndə isə müştəridən səs çıxmadığını görən banklar zaminin üstünə düşürlər. Əksər hallarda bu, nəticəsini verir - yaxın qohumunun və ya dostunun problemlə üzləşdiyini görən müştəri bankla haqq-hesab çəkməyə tələsir. Bəzən isə pulu zamin ödəməli olur. Bu üsulların hesabına problemli kreditlərin yarısı məhkəməyə çatmamış həll edilir. Məhkəmədə isə pulun qaytarılmasına daha çox vaxt gedir. Hətta məhkəmənin qərarı olsa da. Qadir İbrahimli:

"Bankirlərin sözlərinə görə, əsas problem məhkəmə qərarlarının icrasıyla bağlıdır. Məhkəmə icraçılarının səlahiyyətləri az olduğuna görə, onlar hər addım üçün məhkəməyə müraciət etməli olurlar. Bu da işi ləngidir. Nəticədə vaxt gedir, bank faizləri hesablayır, faiz də bu məbləği şişirdir. Əgər müştəri 1000 manatı ödəyə bilmirsə, məbləğ gəlib 3 minə çatanda, əlbəttə ki, ödəyə bilməyəcək".

Çıxış yolu

Ekspertlərin fikrincə, məhkəmə icraçılarının səlahiyyətləri artırılsa, böhran dövründə vəziyyətdən çıxmaq olar. Bununla belə, məhkəmə icraçılarının səlahiyyətinin artırılması vəziyyətdən çıxış yolu ola bilməz:

"Birinci, ona görə ki, kreditli problemlər obyektiv amilə - qlobal böhranın təsirlərinə görə yaranıbsa, məhkəmə icraçılarının səlahiyyətlərinin artırılması heç nəyi dəyişə bilməz. İkincisi, bankların kredit verəndə "şapka" alması problemin böyüməsinə səbəb olur. "Şapka" faktiki olaraq kredit faizilərini iki dəfə yüksəldir. Üçüncüsü, banklar müştərini seçəndə qohumluq, tanışlıq kimi subyektiv amillərə üstünlük verir. Əksər hallarda müştərinin real imkanlarını qiymətləndirmir. Bütün bunlar sonda problemli kreditlərin artmasına səbəb olur. Ona görə də banklar heç olmasa özlərindən asılı olan problemləri həll etməlidir ki, belə halların çoxalmasının qarşısı alınsın".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

2010 bahalaşma ilə yadda qalacaq

Ölkənin "problemli kreditlər" problemi

Bölmənin digər xəbərləri
 
Əmanətlər gələn il də qaytarılmayacaq
Baxmayaraq ki, bununla bağlı qanun layihəsi artıq hazırdır

Mineral sulara qaz vurulur
Çünki bu sular bulaqdan 50 metr aralıda deyil, Abşeronda qablaşdırılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər