Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Coşqun Rəhimov: "Komediya məktəbimiz zəifdir"
Coşqun Rəhimov: "Komediya məktəbimiz zəifdir"
Yaşlı nəslin məsləhətlərinə ehtiyac duyulur
Şənbə, 10.07.2010

Z.Rüstəm mətn ölçüsü  

Sovet aktyoru Arkadi Raykin deyirdi: "Gülüş incəsənəti digər incəsənətlərlə müqayisədə daha vacibdir". O, tamaşaçıları ilə söhbət etməyi çox sevirdi. Ondakı səmimiyyətin başlıca səbəbi elə ünsiyyəti idi. Aktyorun fikrincə, bu, gülüş yaradan bütün insanlara məxsus olmalıdır. Belələrindən söz düşmüşkən Rəfael İsgəndərovla Coşqun Rəhimovu da bu sıradan hesab edirlər. İl ərzində tamaşaçıları ilə ünsiyyət quran aktyor cütlüyü bunu ənənəyə çevirib, ildə iki dəfə davam etdirmək qənaətindədir. Yeri gəlmişkən, "Bu şəhərdə"nin qəhrəmanları oktyabrda yenidən tamaşaçıların görüşünə gələcəklər. Proqram üzərində çalışan cütlük tamaşaçılarını daha maraqlı səhnələrlə düşündürməyə səy göstərir.

Coşqun Rəhimovun fikrincə, gərək lətifə və satira incəsənətinə bir az ehtiyatla yanaşasan:

"Səhnədə klounluqla məşğul olan hər kəsi aktyor adlandırmaq olmaz. O ki qaldı səhnədə istedadlı gənc aktyor çatışmazlığına, hesab edirəm ki, bu işdə yaşlı nəsil təqsirkardır. Məsələn, eşitdiyimə görə, Yaşar Nuri və Siyavuş Aslan kimi sənətçilər istəmirlər ki, onların sənətlərini kimsə davam etdirsin. Çox yaxşı olardı ki, onların çoxlu sayda tələbələri olsun. Mənim onların məsləhətlərinə çox ehtiyacım var. Əgər mənim hər hansı çıxışım kiminsə xoşuna gəlmirsə, üzümə deməsini istəyirəm. Onda nəticə çıxararam, amma arxamca danışanda əhəmiyyət vermirəm".

Hüseynağa Atakişiyevin tələbəsi olduğunu bildirən aktyor deyir ki, İncəsənət Universitetinin 3-cü kursunda oxuyanda Gənclər Teatrına dəvət alıbmış və orada müəyyən rollarda çıxış edibmiş. Lakin komik rollar oynayanda başa düşüb ki, bu nə qədər çətindir:

"Çünki öz roluna nə qədər ciddi yanaşsan, bir o qədər gülməli alınar.

REKLAM

Təəssüf ki, bəzi komediya aktyorları sırf gülmək üçün oynayırlar. Biz Rəfaellə gülməli yumorla yanaşı, həm də sosial problemləri həll etməyə çalışırıq. İnsanları güldürməklə yanaşı, düşündürmək istəyirik. Lakin bəziləri ancaq gülürlər".

Hazırda yumorun klounlaşdığını etiraf edən aktyorun fikrincə, bu gün komediya məktəbi çox zəifdir. Aktyor əlavə edir ki, milli komediyaların təqdimatında zallar boş olur. Lakin Rus Dram Teatrında tamaşaçı anşlaqını görmək mümkündür:

"Oradakı ustadlar güldürməyin yollarını bilirlər. Maraqlı tamaşalar göstərirlər. Lakin məni daha çox narahat edən milli teatrımızın taleyidir. Tamaşalara baxanda düşünürəm ki, aktyorlar güclə oynayırlar. Teatr böyük məktəbdir. Burada hər zəhmət yüksək qiymətləndirilməlidir. Vaxtilə aktyorlar teatra gəlməklə dincəlirdilər. Lakin indi teatrdan yorğun gedirlər. Bütün qayğıları çiynində daşıyan aktyorun peşə yükü azalmağa başlayır. Onun ifasına baxan tamaşaçı mənəvi rahatlıq tapa bilməz. Mənə elə gəlir ki, başlıca olaraq bu problemi aradan qaldırmaq lazımdır".

Fikrini telelayihələr üzərində quran aktyor Rusiya kanallarından misal çəkdi. Dedi ki, Rusiya telekanallarında yumoristik layihələr çoxdur. Bunlar reytinqli verilişlər hesab olunur. Lakin bizim mütəxəssislər həmin verilişlərin bənzərini yaratmaqla süniliyə doğru gedirlər:

"Bu şəhərdə"nin üstün cəhətləri budur ki, biz səhnələri real hadisələrə yaxınlaşdırır, cəmiyyətin içinə düşməyə çalışırıq. Fikrimcə, aktyor həm də müşahidəçi olmalıdır. Küçədən, toydan, parkdan hansısa obrazı götürməklə yanaşı, onu eyni zamanda səhnənin dili ilə qaytarmağı bacarmalıdır. Rəfaellə mənim ideyam məşhurlaşmaq olmayıb, heç vaxt buna çalışmamışıq. Bir amalımız olub - sənəti sevmək. Çirkabları səhnəyə gətirməklə onları aktyorun dili ilə təmizləməyə çalışırıq. Məncə, aktyorun məharəti də elə bundadır. Yoxsa sözü çirkablaşdırıb, insanların gülüşünü süniləşdirmək elə aktyorun özünün süniliyi deməkdir".

Amma onlar demirlər ki, "Bu şəhərdə"nin bütün səhnələri birmənalı qarşılanır. Dəfələrlə aktyorların bir çox səhnələri geniş müzakirəyə çevrilib. Coşqun Rəhimovun etirafına görə, onlar "Bu şəhərdə"ni yaradarkən göbək rəqsinə, yataq səhnəsinə görə çox qorxurdular:

"Qorxurduq ona görə ki, tamaşaçı bizi düzgün anlamaz. Doğrudur, müəyyən fikirlər səsləndi, lakin biz ifası ilə ifratçılığa varan bəzi insanların mənfi xüsusiyyətlərini qabarda bildik. Əslində iki aktyorun teatr idarə etməsi çox çətin məsələdir. Bütöv bir proqram iki aktyorun öhdəsinə düşüb. Tamaşaçının gözünün yorulmaması, beyninin düşünməsi üçün biz dayanmadan roldan-rola girməyi bacarmalıyıq. Sizə bir misal çəkim: şəhərimizə Rusiyadan tez-tez aktyorlar gəlirlər. Onların yeganə məqsədinin pul qazanmaq olduğu heç kimə sirr deyil. Çıxışlarına baxırıq, hətta geyimləri belə səhnəni tamamlamır. Biz qastrola gedəndə ən xırda aksessuarlarımıza qədər götürürük - darağımızdan tutmuş corabımıza qədər. İşimizə məsuliyyətlə yanaşdığımız üçün bundan tamaşaçıya da pay düşür".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Aktyorların yaradıcılığı elektron layihədə əksini tapacaq

Komediya janrının tənəzzülü: təqsir həm də seyrçidədir

"15-imdən 55-ə varanda"

"Qurdlar vadisi"nin 44 yaşlı aktyoru evlənir

Aktyor Yasin Qarayevin ssenarisi ekranlaşdırılır

Bölmənin digər xəbərləri
 
Coşqun Rəhimov: "Komediya məktəbimiz zəifdir"
Yaşlı nəslin məsləhətlərinə ehtiyac duyulur

İrandan böyük bir mədəniyyət heyəti gəlib
"Rudəki" qrupunun konserti olub

"Bakı gecələri-2010" başlayır
"Bakı gecələri-2010" estrada mahnı festivalının seçim turuna start verildi.

Fonda yeni kino sənədləri daxil edilib
Azərbaycanın görkəmli kinorejissoru Mikayıl Mikayılovun şəxsi kolleksiyasında saxlanılan təxminən 8-ə yaxın əsginaz və bir neçə şəxsi sənəd Dövlət Film Fonduna daxil olub.

Üzeyir Hacıbəylinin yubiley proqramı hazırlanır
Amerikalı bəstəkar Con Naunene Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin kiçik melodiyası əsasında yeni əsər yazıb.

Londonda bəstəkar Renara Axundova və rəssam Ülvi Pepinovanın xeyriyyə gecəsi
Leykemiyadan əziyyət çəkən xəstələrə yardım məqsədilə iyunun 26-da Londonda azərbaycanlı bəstəkar Renara Axundova və rəssam Ülvi Pepinovanın iştirakı ilə xeyriyyə gecəsi keçirilib.

Azərbaycan xalçası UNESCO-nun mədəni irs siyahısına daxil edilsin
"Azərbaycan xalçasının UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi istiqamətində işlər davam edir. Bununla bağlı UNESCO komitələrində müzakirələr keçirilib".

İordaniyada Azərbaycan Mədəniyyət Günləri
İordaniyada Azərbaycan Mədəniyyət Günləri planlaşdırılır.

"Sovetskiy ekran" və Azərbaycan kinosu
Yaxın keçmişin Ümumittifaq "Sovetskiy ekran" jurnalında vaxtaşırı olaraq Azərbaycan kinosuna aid də yazılar çıxırdı.

Azərbaycanda Şamp-Qitələrarası muzeylər şəbəkəsinin seminarı keçiriləcək
İyulun 9-11-də Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Şamp-Qitələrarası muzeylər şəbəkəsinin işində iştirakı çərçivəsində seminar keçiriləcək.

Azərbaycana İrandan Mətbuat Festivalına dəvət
Noyabrda İranda Beynəlxalq Mətbuat Festivalı keçiriləcək.

"Yaşıl gözlü qız" Bakıda nəşr olundu
Məktəbyaşlılar üçün oxu ədəbiyyatında boşluq yaşanır

"Koramal" filmi İrana festivala gedir
"Koramal" filmi İranda keçiriləcək "Rəhmət" qısametrajlı beynəlxalq filmlər festivalında iştirak edəcək.

Ramiz Rövşən: "Nə qədər şeirimi yandırmışam"
Ədib "Mən şair işləmirəm" deyir

"Yazılmayan yazı"
Sabir Əhmədlinin bu romanı təqdim olunacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər