Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Sutka boyu videonəzarət altında
Sutka boyu videonəzarət altında
Bu, insan hüquqlarının pozuntusu deyil ki?
Şənbə, 10.07.2010

İ.Abbasov mətn ölçüsü  

Nazirlər Kabineti "Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə" qərar qəbul edib. "Turan"ın yaydığı məlumatına görə, Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri bir çox yerdə quraşdırılacaq.

Belə ki, kameralar əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə, stadionlarda və idman arenalarında, böyük ticarət və əyləncə mərkəzlərində, mehmanxanaların yaxınlığında, məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında quraşdırılacaq.

Kameralar nəqliyyat infrastrukturlarında, yerli və ölkə əhəmiyyətli yollarda və avtomagistrallarda, yol ötürücülərində və körpülərdə, avtomobil və dəmiryol vağzallarında, hava və dəniz limanlarında, dəmiryol və metro stansiyalarında, platformalarında, avtomobil, eləcə də sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında, sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində, eləcə də icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında da quraşdırılacaq.

Bundan başqa, həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında, mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında, təhsil müəssisələrinin yaxınlığında və bütün taksofon aparatlarının bilavasitə yaxınlığında quraşdırılacaq.я

Hökumət atılmış addımı təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsi istiqamətində atılmış ciddi addım hesab etsə də, bu tədbirlərin insan hüquq və azadlıqlarını məhdudlaşdıran tədbir olduğunu düşünənlər də var.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Milli yol" qəzetinə polis basqını

Nəzakət Teymurova solo konsertə hazırlaşır

Bəstəkarların əsərləri İsveçrədə səsləndiriləcək

Eynulla Fətullayevin cəzası üç il də artırıla bilər

Bölmənin digər xəbərləri
 
Temperatur 40 dərəcəni ötərsə
Müəssisələrdə iş prosesi dayandırıla bilər

Daşqın bölgələrinin problemləri daşmaqdadır
Hökumət kəndlərdə həyatı bərpa etməyə tələsmir

Dondurma saxta, sular saxta...
Ehtiyatı əldən verməyək

TQDK 7 abituriyentin nəticələrini ləğv etdi
İmtahan qaydalarını pozan bir neçə nəzarətçi isə cəzalanıb

Bu il 45 mindən çox ailəyə ünvanlı sosial yardım təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il ölkədə 45 min 74 ailəyə ünvanlı sosial yardım təyin edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər