Hal-hazırda Ayna qəzetinin 10.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 10.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Daşqın bölgələrinin problemləri daşmaqdadır
Daşqın bölgələrinin problemləri daşmaqdadır
Hökumət kəndlərdə həyatı bərpa etməyə tələsmir
Şənbə, 10.07.2010

İ.Abbasov mətn ölçüsü  

"Kür" vətəndaş cəmiyyəti qərargahı və KİV nümayəndələri cari ilin mayında Mərkəzi Aran rayonlarında baş verən daşqın nəticəsində ən çox ziyan dəymiş Sabirabad rayonuna növbəti səfərini həyata keçirib.

Jurnalistlər, ekoloqlar və hüquq müdafiəçilərindən ibarət qrup daşqından ziyan çəkmiş insanların müvəqqəti məskunlaşdığı yerlərə, bir sıra kəndlərə baş çəkib, habelə yerli fəallar və hakimiyyət nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərin və vizual müşahidələrin nəticələri göstərib ki, daşqından iki aydan çox vaxt keçməsinə baxmayaraq, hakimiyyət onun nəticələrinin minimuma endirilməsi üçün zəruri tədbirləri görməyib. Əhali qida ilə, tibbi xidmətlə aşağı səviyyədə təmin edilir. Binalara, infrastruktura və kənd təsərrüfatına vurulan ziyan hesablanmır. Bir çox insanlar yaşamaq üçün vəsaitdən məhrum olublar. Suyun artıq çəkildiyi kəndlərdə mənzillərin və həyatın bərpa edilməsi üzrə tədbirlər görülmür.

Rəsmi məlumatlara görə, daşqın 110 min ha əraziyə və 30 minə yaxın evə ziyan vurub. Minlərlə ev uçub və ya qəza vəziyyətindədir. Qeyri-hökumət təşkilatları daşqının əsas səbəbi kimi su təsərrüfatının yaxşı idarə olunmadığını və irriqasiya məqsədilə ayrılmış 1 milyard manatın məqsədli xərclənmədiyini göstərirlər.

Qərargahın yaxın gələcək üçün planları da açıqlanıb. Vətəndaş cəmiyyətinin daşqının nəticələrinin aradan qaldırılması prosesində səmərəli iştirakı məqsədilə dörd işçi qrupun: ekoloji, iqtisadi, insan hüquqları və tibbi qrupların yaradılması nəzərdə tutulur.

Qrupların fəaliyyəti real vəziyyətin monitorinqindən, təsərrüfatlara vurulan ziyanın müəyyən edilməsindən, ekoloji vəziyyətin qiymətləndirilməsindən, irriqasiya məqsədilə ayrılmış vəsaitlərin xərclənməsinin monitorinqindən, daşqından ziyan çəkmiş vətəndaşların hüquqlarının müdafiəsindən ibarətdir. Yaxın günlərdə qərargah daşqına məruz qalmış rayonların problemlərinin həllinə yönəlmiş bir sıra görüş və aksiyalar keçirmək niyyətindədir. Buraya Sabirabad, Saatlı, Salyan, İmişli, Kürdəmir, Şirvan rayonları daxildir.

Belə ki, sözügedən səfərdə iştirak edən "Ayna" əməkdaşı da ərazidə hökumətin ciddi işlər görmədiyini müşahidə edib. Sabirabadın Ulacalı, Mürsəlli, Şıxlar kəndində əhaliyə dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üçün hökumət nümayəndələri əraziyə baxış keçiriblər. Amma bir aydan çoxdur ki, kənddən su çəkilsə də, bərpa işlərinə start verilmir. Yerli sakinlər uçmuş təsərrüfat tikililərini, qapı-darvazalarını öz qüvvələri hesabına təmir edirlər. Amma var-yoxlarını itirmiş bu insanların gündəlik zəruri tələbat məhsullarını almağa pulları yoxdur. Bu səbəbdən də həsrətlə kompensasiya yolunu, evlərin və təsərrüfatların bərpasına başlanacaq günü gözləyirlər.

Ən dəhşətli vəziyyət isə Sabirabad rayonunun Qasımbəyli ərazi vahidliyindədir. Beş min nəfərdən çox əhalinin yaşadığı Qasımbəyli kəndi hələ də daşqın suları altındadır. Kür çayından Sarısu gölünə süni şəkildə yarılmış bəndin qarşısı hələ də kəsilməyib. Su çaydan Sarısu gölünə, oradan da kəndə axmaqda davam edir. Belə təəssürat yaranıb ki, hökumət, ümumiyyətlə, bu əraziləri su altından çıxarmağa maraq göstərmir. Bu səbəbdən də sakinləri kənddən 27 kilometr aralıda, amma təxminən hazırkı kəndin səviyyəsindən 2 metr aşağıda yerləşən şoran Zəngənə çölünə köçürmək niyyətindədirlər. Yerli əhalinin bu münasibətə etirazından sonra hökumət bu məsələ üzərində düşünəcəyini bildirib.

Zərərçəkən əhali ilə söhbət və vizual müşahidələr zamanı çoxsaylı qarpız, pomidor, yemiş, kartof plantasiyalarının, ərik və nar bağlarının su altında qalma nəticəsində məhv olması müşahidə edilirdi. Ekoloqların sözlərinə görə, subasma nəticəsində gücünü itirmiş torpaq üzərində yenidən təsərrüfat yaratmaq üçün azı beş il müddətə ehtiyac var. Amma bu 5 il ərzində əhalinin nə ilə dolanacağı sualına kimsə cavab vermir. Sabirabadda dolaşan şayiələrə görə, əhaliyə 3-5 min manat kompensasiya verməklə hökumət problemləri həll etmək istəyir. Amma evini, mal-qara, toyuq-cücə və bütün təsərrüfatını itirmiş əhali yenidən əvvəlki həyat səviyyələrinə dönmək üçün hər bir ailəyə 100-150 min manat həcmində kompensasiya verilməsini zəruri hesab edir.

Adamlar onlara verilən ərzağın az və ya keyfiyyətsiz olmasından, saxlanma şəraitlərindən də narazılıq edirlər. Sabir adına 1 saylı şəhər orta məktəbində sakinlərin dedikləri qismən təsdiqini tapırdı. Xarabalığı xatırladan məktəbdə antisanitariya hökm sürür. Amma məktəbin idman zalında əhali üçün düzəldilmiş yeməkxanada yeni kondisionerlər, istilik sistemi də quraşdırılmışdı. Adamlara sutka ərzində üç dəfə yemək, hər vədədə yarım litr qazsız su, 100 qram "Jalə" şirəsi də verilir. Amma əhali cib xərci və dəyişəcək paltar da tələb edir. Bir nömrəli tələbləri isə qısa müddətə evlərinə qayıtmalarına şərait yaradılması ilə bağlıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Daşqından ziyan çəkənlərə kompensasiya veriləcək

Daşqın çəkilir...

QHT-lər təbii fəlakətlə bağlı qərargah yaratdı

Arazın yeni qolunun açılmasına etiraz

Hökumət əhalinin rəyini nəzərə aldı...

Bölmənin digər xəbərləri
 
Temperatur 40 dərəcəni ötərsə
Müəssisələrdə iş prosesi dayandırıla bilər

Sutka boyu videonəzarət altında
Bu, insan hüquqlarının pozuntusu deyil ki?

Dondurma saxta, sular saxta...
Ehtiyatı əldən verməyək

TQDK 7 abituriyentin nəticələrini ləğv etdi
İmtahan qaydalarını pozan bir neçə nəzarətçi isə cəzalanıb

Bu il 45 mindən çox ailəyə ünvanlı sosial yardım təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il ölkədə 45 min 74 ailəyə ünvanlı sosial yardım təyin edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər