27 adda yeni dərslik hazırlanacaq
|
Əvvəlki nöqsanlar aradan qaldırılacaq
Şənbə, 03.07.2010
|
|
mətn ölçüsü |
|
|
|
2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərslik hazırlanacaq. Orta məktəb müəllimlərindən ibarət ekspert qrupu bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarını təhlil ediblər. Həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara rast gəlinib. Bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilmədiyi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması kimi məqamlara rast gəlinib. Bundan başqa, mövzuların öyrənilməsinə ayrılmış saatlar düzgün bölünməyib. Bu kimi hallar pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olur.
TN bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklər aparılmasına qərar verib.
|
|
|
|
|
|
|