Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
Layihələrə 6 milyon 100 min manat vəsait ayrılıb
Şənbə, 03.07.2010

mətn ölçüsü  

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi tədqiqat layihələri, proqramların və digər elmi tədbirlərin maliyyələşdirilməsi üçün 2010-cu il üzrə I qrant müsabiqəsi elan edib. Fondun icraçı direktoru Elçin Babayev bildirib ki, müsabiqədə iştirak üçün sənədlərin qəbulu iyulun 1-dən başlanıb. Sentyabrın 15-dək davam edəcək. Müsabiqədə alimlər, mütəxəssislər, fərdi qaydada digər mütəxəssislər, qurumlar, elmi yaradıcı kollektivlər iştirak edə bilərlər. Ümumilikdə 6 milyon 100 min manat vəsait ayrılan bu müsabiqənin nəticələri II müsabiqəyədək - noyabrın 10-na qədər açıqlanacaq. Elçin Babayev bildirib ki, qrant layihələri fərdi və müştərək ola bilər. Layihələr 1 il ərzində və istisna hallarda iki ilə həyata keçiriləcək.

Müsabiqə üçün ayrılan vəsaitin 2 mln. 200 mini fundamental və tətbiqi layihələrə, 3 milyonu qurum tərəfindən pilot, 400 mini xüsusi layihələrə, 100 mini axtarış innovasiya xarakterli elmi tədqiqat layihələrinə yönələcək. Azərbaycanın qeyri-maddi-mədəni irsinin tədqiqinə isə 400 min manat ayrılacaq.

Elmin İnkişafı Fondu qərara alıb ki, qrant müsabiqələri ildə iki dəfə - 10 may və 10 noyabrda elan edilsin. Fondun saytının yeniləşdiriləcəyini də qeyd edən icraçı direktor bildirib ki, qrant almaq istəyənlər ərizələrini İnternetlə dolduracaqlar. Bununla da onların insanla təması minimuma endiriləcək.

E.Babayev onu da qeyd etdi ki, Milli Məclisdə "Elm haqqında" qanun layihəsi üzərində iş aparılır, ilin sonunadək bu sənədin qəbul olunacağı gözləniləndir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ali məktəblərə test imtahanları başlayır
TQDK xəbərdarlıq edir: köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək

Müdafiə və təhlükəsizliyimizin itkiləri
Həyatını itirənlər və yaralananlarla bağlı hesabat açıqlandı

Əsgərin döyülmə faktı araşdırılır
Onun dalağını çıxarmaq lazım gəlib

Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Ailə Azərbaycanı tərk etməyə hazırlaşır

İmpakt faktor almış ilk elmi jurnalımız
Bu, Azərbaycan elmi üçün ciddi hadisədir

Eynulla Fətullayevə iyulun 6-da hökm oxunacaq
Jurnalist iddia edir ki, hökumət onu azad etmək istəmir

Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır?
Müfəttişlərin əsassız vergilər tələb etdikləri iddia olunur

27 adda yeni dərslik hazırlanacaq
Əvvəlki nöqsanlar aradan qaldırılacaq

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər