Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Eynulla Fətullayevə iyulun 6-da hökm oxunacaq
Eynulla Fətullayevə iyulun 6-da hökm oxunacaq
Jurnalist iddia edir ki, hökumət onu azad etmək istəmir
Şənbə, 03.07.2010

mətn ölçüsü  

Qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunan baş oedaktor Eynulla Fətullayevin işi üzrə məhkəmə prosesi dünən Qaradağ rayon Məhkəməsində müttəhimin son söz çıxışı ilə davam etdi.

"Azərbaycan hakimiyyətinin mənə qarşı mühakiməsi ənənəvi olaraq bir neçə ildir davam edir. Mən artıq dördüncü dəfədir məhkəmələrdə son sözlə çıxış edirəm, amma bu, məhkəmələrdə sonuncu sözümdürmü?", - deyə Fətullayev çıxışına başladı.

Müttəhim iddia edir ki, Azərbaycanda azad mətbuata qarşı repressiyalar davam edir və o, bu gün "mülki edama" məruz qalır.

Çıxışını 22 bənddən ibarət "antiheroin tezisləri" kimi təqdim edən Fətullayev dedi ki, vətənin şərəfi, demokratiya, Avropa dəyərləri uğrunda mübarizə aparır və bu yolda düçar olduğu məhrumiyyətlərə görə şikayətlənmir:

"Məşhur Şotlandiya atalar sözündə deyildiyi kimi, əgər kimsə haqq yolunda mübarizə aparırsa və özünü də haqlı sayırsa, onun üzləşdiyi problemlərə görə şikayətlənməyə haqqı yoxdur". Fətullayev qanunsuz narkotik saxlamaq ittihamının saxta olduğunu vurğuladı:

"İstintaq qeyri-obyektiv olub, müstəqil ekspertiza həyata keçirilməyib. Mən azyaşlı qızını zorlayan yalançı şahidin ifadələri əsasında mühakimə edilirəm. Mənə qarşı saxta və o qədər də professional olmayan ittiham qurublar. Mən özümə qarşı mümkün sui-qəsddən müdafiə olunmaq üçün kəsici-deşici alət olan qayçını cibimdə gəzdirirdim. Axtarış başlananda məndən qanunsuz saxladığım əşya tələb ediləndə dərhal həmin qayçını təqdim etdim. Mənə qarşı bu qanunsuz kəsici-deşici aləti gizli şəkildə özümdə saxladığıma görə cinayət işi açılmalı idi. Amma onu əhəmiyyətsiz bir şey kimi kənara tulladılar. Çünki onlar bunu yox, özlərinin gödəkcəmin qoluna və ayaqqabıma qoyduqları heroini axtarırdılar".

Fətullayev jurnalist həmkarlarına ona verilən dəstəyə görə minnətdarlıq etdi, lakin onun həbsinə haqq qazandıran bəzi hüquq müdafiəçilərinin işindən narazılığını bildirdi. O, Çingiz Qənizadənin adını çəkərək, onu "Ramil Usubovun muşketyoru" adlandırdı.

Daha sonra Fətullayev bildirib ki, hakimiyyət onun azad edilməsini istəmir və ona qarşı yeni ittihamlar irəli sürüləcəyini istisna etmir. Jurnalist həmçinin xatırladıb ki, ona qarşı əvvəlki ittihamlar da saxta olub.

Jurnalistin sözlərinə görə, internetdə Xocalı faciəsi barədə qeydləri olub, amma bu qeydlər saxtalaşdırılıb. Fətullayev həmçinin ona qarşı terrorla hədələmə və digər cinayət ittihamlarını təkzib edib. Sonda Fətullayev bildirib ki, hakimdən ədalətli hökm gözləmir.

Hakim İsmayıl Xəlilov hökmün elan olunmasını 6 iyul saat 11:00-a təyin edib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İİN məmurları rüşvət alarkən yaxalananda "şok" keçiriblərmiş

"Meşə qardaşları" dini baxışlarına görə ittiham olunduqlarını iddia edir

"Dəvəçi işi" üzrə məhkəmə başa çatdı

Ərini qətlə yetirən qadın məhkum edildi

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Bölmənin digər xəbərləri
 
Ali məktəblərə test imtahanları başlayır
TQDK xəbərdarlıq edir: köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək

Müdafiə və təhlükəsizliyimizin itkiləri
Həyatını itirənlər və yaralananlarla bağlı hesabat açıqlandı

Əsgərin döyülmə faktı araşdırılır
Onun dalağını çıxarmaq lazım gəlib

Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Ailə Azərbaycanı tərk etməyə hazırlaşır

İmpakt faktor almış ilk elmi jurnalımız
Bu, Azərbaycan elmi üçün ciddi hadisədir

Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
Layihələrə 6 milyon 100 min manat vəsait ayrılıb

Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır?
Müfəttişlərin əsassız vergilər tələb etdikləri iddia olunur

27 adda yeni dərslik hazırlanacaq
Əvvəlki nöqsanlar aradan qaldırılacaq

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər