Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
İmpakt faktor almış ilk elmi jurnalımız
İmpakt faktor almış ilk elmi jurnalımız
Bu, Azərbaycan elmi üçün ciddi hadisədir
Şənbə, 03.07.2010

U.İsmayıl mətn ölçüsü  

Bunu Azərbaycan elm tarixində əlamətdar hadisə adlandırmaq olar. AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BDU-nun Tətbiqi riyaziyyat ETİ-nin təsisçiləri olduğu "Arrlied and Comrutational Mathematics" (www/science.az/acm) jurnalı "Thomson Reuter Agency"nin bu günlərdə açıqlanmış illik hesabatına əsasən (2009 Yournal Citation Rerorts) 0,633 təsir əmsalına (impakt faktor) layiq görülmüşdür (IMPACT FAKTOR 0,633 (2009).

Qeyd edək ki, əsası keçən yüzilin ortalarında qoyulmuş, baş ofisi ABŞ-ın Florida şəhərində yerləşən "Thomson Reuter Agency" dünya elmi ictimaiyyətini keyfiyyətli elmi informasiya ilə təmin etmək missiyasını yerinə yetirir. Bu təşkilatın siyahısında olan və elmin bütün sahələrini əhatə edən 10000-ə yaxın jurnalın təxminən dörddə bir hissəsi impakt faktora malikdir.

"Arrlied and Comrutational Mathematics" jurnalı Azərbaycanda impakt faktor almış ilk elmi jurnaldır. Jurnalın əsası 2002-ci ildə qoyulmuşdur. O, ildə iki dəfə, ingilis dilində çap olunur. Jurnalın fərxi redaktoru prof. Tamer Başar (İllinois, ABŞ), baş redaktorları akademik Ə.M.Abbasov, akademik F.Ə.Əliyev, prof. V.B.Larin, aparıcı redaktoru isə f.-r.e.n. Y.S.Qasımovdur.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş məqalələr çap olunur. Onun redaksiya heyətinə dünyanın 15-dən artıq ölkəsindən tanınmış alimlər daxildir. Jurnal 30-dan artıq ölkənin universitet və elmi mərkəzlərində yayılır. Jurnal 2008-ci ildə "Thomson Reuter Agency"nin "Exranded List" jurnallar siyahısına daxil edilmiş və son iki ildəki istinadlara əsasən onun təsir əmsalı hesablanmışdır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ali məktəblərə test imtahanları başlayır
TQDK xəbərdarlıq edir: köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək

Müdafiə və təhlükəsizliyimizin itkiləri
Həyatını itirənlər və yaralananlarla bağlı hesabat açıqlandı

Əsgərin döyülmə faktı araşdırılır
Onun dalağını çıxarmaq lazım gəlib

Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Ailə Azərbaycanı tərk etməyə hazırlaşır

Eynulla Fətullayevə iyulun 6-da hökm oxunacaq
Jurnalist iddia edir ki, hökumət onu azad etmək istəmir

Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
Layihələrə 6 milyon 100 min manat vəsait ayrılıb

Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır?
Müfəttişlərin əsassız vergilər tələb etdikləri iddia olunur

27 adda yeni dərslik hazırlanacaq
Əvvəlki nöqsanlar aradan qaldırılacaq

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər