![]() |
çap et |
|
|||
Parlamentin yaz və növbədənkənar sessiyaları zamanı 120 qanun və qərar qəbul edilib, parlament komitələrinin 82 iclası keçirilib, 143 qanun və 7 qərar qəbul edilib. Bu barədə dünən keçirdiyi mətbuat konfransında parlamentin vitse-spikeri Bahar Muradova məlumat verib.
Vitse-spikerin sözlərinə görə, bu dövr ərzində Milli Məclisə 2691 bəyanat və şikayət daxil olub, 2861 vətəndaş qəbul edilib. Bununla belə, jurnalistlərin suallarına cavabından bəlli olub ki, planlaşdırılan iki sənəd - Rəqabət Məcəlləsi və Tikinti Məcəlləsi - qəbul edilməyib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin açıqlamasına görə, buna səbəb beynəlxalq maliyyə böhranı olub. Onun sözlərinə görə, məcəllənin layihəsi hazırlanmışdı, lakin böhran layihəyə düzəlişlər edilməsini zəruri edib və sənəd payız sessiyasında qəbul ediləcək. "Tikinti Məcəlləsinə gəlincə, burada da böhran nəzərə alınmaqla, ciddi düzəlişlər edilməlidir", - deyə o bildirib. "Eks-prezidentlərin statusu haqqında" qanun layihəsinin indiyədək parlamentin müzakirəsinə təqdim edilmədiyinin səbəbləri barədə suala cavabında Bahar Muradova bildirib ki, layihə Prezident Administrasiyasında hazırlanır. Eks-prezident Əbülfəz Elçibəyin ailəsinin yaşamaq üçün normal şərait olmadığına görə Azərbaycanı tərk edərək Türkiyəyə köçmək niyyətinə gəlincə, Muradova ailənin bu planını tənqid edib. Vitse-spiker hesab edir ki, Elçibəyin ailəsi ölkəni tərk etməməlidir. "Onlara dəfələrlə yardım təklif olunub, amma onlar imtina edərək, bu yardımın onların prinsiplərinə uyğun olmaması ilə əsaslandırıblar", - deyə o bildirib. |