Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Elçibəy ailəsi yardım təklifini qəbul etmir
Ailə Azərbaycanı tərk etməyə hazırlaşır
Şənbə, 03.07.2010

S.Abbas mətn ölçüsü  

Parlamentin yaz və növbədənkənar sessiyaları zamanı 120 qanun və qərar qəbul edilib, parlament komitələrinin 82 iclası keçirilib, 143 qanun və 7 qərar qəbul edilib. Bu barədə dünən keçirdiyi mətbuat konfransında parlamentin vitse-spikeri Bahar Muradova məlumat verib.

Vitse-spikerin sözlərinə görə, bu dövr ərzində Milli Məclisə 2691 bəyanat və şikayət daxil olub, 2861 vətəndaş qəbul edilib. Bununla belə, jurnalistlərin suallarına cavabından bəlli olub ki, planlaşdırılan iki sənəd - Rəqabət Məcəlləsi və Tikinti Məcəlləsi - qəbul edilməyib.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin açıqlamasına görə, buna səbəb beynəlxalq maliyyə böhranı olub. Onun sözlərinə görə, məcəllənin layihəsi hazırlanmışdı, lakin böhran layihəyə düzəlişlər edilməsini zəruri edib və sənəd payız sessiyasında qəbul ediləcək.

"Tikinti Məcəlləsinə gəlincə, burada da böhran nəzərə alınmaqla, ciddi düzəlişlər edilməlidir", - deyə o bildirib.

"Eks-prezidentlərin statusu haqqında" qanun layihəsinin indiyədək parlamentin müzakirəsinə təqdim edilmədiyinin səbəbləri barədə suala cavabında Bahar Muradova bildirib ki, layihə Prezident Administrasiyasında hazırlanır.

Eks-prezident Əbülfəz Elçibəyin ailəsinin yaşamaq üçün normal şərait olmadığına görə Azərbaycanı tərk edərək Türkiyəyə köçmək niyyətinə gəlincə, Muradova ailənin bu planını tənqid edib. Vitse-spiker hesab edir ki, Elçibəyin ailəsi ölkəni tərk etməməlidir. "Onlara dəfələrlə yardım təklif olunub, amma onlar imtina edərək, bu yardımın onların prinsiplərinə uyğun olmaması ilə əsaslandırıblar", - deyə o bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Kim neçə dəfə nikaha girib?

Ailə qurmaq istəyirdi, adam öldürdü

Almaz Ələsgərli özünə qadağa qoydu

Evlənmək istəyənlər həkimdən keçməli olacaq

Oğul qatili ana məhkəmə qarşısında

Bölmənin digər xəbərləri
 
Ali məktəblərə test imtahanları başlayır
TQDK xəbərdarlıq edir: köçürən şəxslərin imtahan nəticələri ləğv ediləcək

Müdafiə və təhlükəsizliyimizin itkiləri
Həyatını itirənlər və yaralananlarla bağlı hesabat açıqlandı

Əsgərin döyülmə faktı araşdırılır
Onun dalağını çıxarmaq lazım gəlib

İmpakt faktor almış ilk elmi jurnalımız
Bu, Azərbaycan elmi üçün ciddi hadisədir

Eynulla Fətullayevə iyulun 6-da hökm oxunacaq
Jurnalist iddia edir ki, hökumət onu azad etmək istəmir

Elmin İnkişafı Fondu I müsabiqəni elan etdi
Layihələrə 6 milyon 100 min manat vəsait ayrılıb

Gürcüstanda azərbaycanlı iş adamları sıxışdırılır?
Müfəttişlərin əsassız vergilər tələb etdikləri iddia olunur

27 adda yeni dərslik hazırlanacaq
Əvvəlki nöqsanlar aradan qaldırılacaq

Xaricdə təhsil alanların fəaliyyəti koordinasiya olunacaq
Xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyəti koordinasiya olunacaq.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər