İran əsasən 4 ölkədən xalis mal və qoyun əti alır. APA-nın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ət Məhsulları Dövlət Birliyinin sədri Fərhad Bağıri Muin deyib. O bildirib ki, Tehran şəhər meri ilə ət və ət məhsullarının qiymətlərinin aşağı salınması müzakirə olunub. Hazırda Ermənistan, Pakistan, Qırğızıstan və Tacikistandan mal və qoyun əti idxalı davam edir. Fərhad Bağıri Muin bildirib ki, İran Ermənistandan əsasən qoyun əti idxal edir.
|