Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Belçikanın AB sədrliyi dövründə prioritetləri
Onda diqqətçəkən elementlər var
Şənbə, 03.07.2010

C.Məzahiroğlu mətn ölçüsü  

Belçika 1 iyuldan 31 dekabr 2010-cu il tarixinədək on ikinci dəfə Avropa Birliyi Şurasının sədrliyini həyata keçirəcək. Belçikanın Azərbaycan səfirliyindən APA-ya verilən məlumata görə, müxtəlif səbəblərdən bu sədrlik xüsusi önəm daşıyır. Başlıca olaraq ona görə ki, Belçika öhdəliklərini 1 dekabr 2009-cu il tarixindən qüvvəyə minən və bir çox yenilikləri əhatə edən yeni Lissabon müqaviləsi çərçivəsində yerinə yetirməli olacaq. Belçikanın 6 aylıq Avropa Birliyi sədrliyi proqramı 18 aylıq qrup sədrliyi (İspaniya-Belçika-Macarıstan) proqramı tərkibinə daxildir. Bu proqram 5 aspekti əhatə edir:

- İqtisadi böhranla mübarizə, iqtisadiyyat və maliyyə sahəsində modernləşməyə dəstək;

- Qlobal istiləşməyə qarşı geniş mənada mübarizə və diqqətin ətraf mühitlə bağlı məsələlərə cəlb olunması;

- Kankunda (Meksika) 2010-cu ilin dekabrında BMT-nin İqlim Dəyişikliyi Konfransı Belçika sədrliyi üçün əsas əhəmiyyət təşkil edəcək;

- Avropa Birliyinin genişlənməsi; Belçika hazırkı üzvlük danışıqlarının daha da irəliyə getməsinə yardımçı olacaq və obyektiv vasitəçi kimi Avropa Birliyində konsensusun əldə edilməsi üçün səylərini əsirgəməyəcək;

- AB - sosialyönümlü siyasətinin daha da gücləndirilməsi; sədrlik dövründə, yoxsulluğa qarşı mübarizədə Avropa İlinə (2010) diqqət yönəldiləcək və Komissiyanın 2008 Sosial Gündəliyinin icrasının davam etdirilməsi üçün səylər artırılacaq.

- Ədliyyə və daxili işlər, sığınacaq və miqrasiya üçün Stokholm Proqramının Fəaliyyət planının həyata keçirilməsi; hansı ki, mülki və cinayət məsələləri üzrə məhkəmə sahəsində əməkdaşlığın gücləndirilməsi, vahid İttifaq səviyyəsində cinayətkarlıqla mübarizə, əraziyə giriş, sığınacaq və miqrasiya İttifaqın bu sahələrdə xarici fəaliyyətinin genişləndirilməsi üçün gələcək işlərə baza yaradır.

Ötən 18 ayın 12 ayı ərzində AB-nin Bakı sədrliyini həyata keçirən Belçika səfirliyi (Çexiya Respublikası və İspaniya adından) dünyanın digər yerlərində olduğu kimi, artıq sədrlik etməyəcək. Ona görə ki, Lissabon müqaviləsinin yeni qaydalarına əsasən, xarici təmsilçilikdə artıq rotasiya sistemi üzrə sədrlik olmayacaq və xarici təmsilçilik yalnız AB-ni xaricdə təmsil edən nümayəndəliklərinin üzərinə düşəcək.я



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Folkloru və ənənələri" kitabı işıq üzü görüb

Bölmənin digər xəbərləri
 
Gürcüstan: dostlar və düşmənlər
Gerçəkliyə söykənən şərtlərin dumanlı təzadları

İran Ermənistandan ət idxal edir
İran əsasən 4 ölkədən xalis mal və qoyun əti alır.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər