Rumıniya səfirliyi daha 2 il müddətində NATO-nun Azərbaycanda koordinatoru funksiyasını yerinə yetirəcək. Bu barədə APA-ya açıqlamasında Rumıniya səfiri Nikolae Ureke bildirib. Səfirin sözlərinə görə, Şimali Atlantika Alyansı mandatın ikinci müddətə uzadılması barədə iyunda qərar qəbul edib.
Beləliklə, Rumıniya səfirliyi 2011-2012-ci illərdə də NATO-nun Azərbaycanda koordinatoru olacaq. Prosedura görə, səfirlik bu funksiyanı iki dəfədən artıq yerinə yetirə bilməz.
Rumıniya NATO-nun Azərbaycanda koordinatoru funksiyasını 2009-cu ildən icra etməyə başlayıb. Ondan əvvəl isə bu iş Türkiyənin Azərbaycan səfirliyinə həvalə olunmuşdu.
|