Bir qrup amerikalı konqresmen Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postuna təyinatını dəstəkləyib. APA-nın məlumatına görə, qanunvericilər Konqresə göndərdiyi məktubda Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu qeyd ediblər:
"Azərbaycanın ABŞ-ın həm hərbi, həm də iqtisadi sahədə strateji tərəfdaşıdır. Buna görə də sizi bu namizədliyi dəqiq şəkildə analiz etməyə çağırırıq".
Konqresmenlər Metyu Brayzanın səfir təyin olunması prosedurunu sürətləndirməyi tövsiyə ediblər. Müraciəti Solomon Ortiz, Maykl Makmahon, Mixail Konauey, Bill Şuster, Syu Mirik, Şelli Mur Kapito imzalayıblar. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfir postu vakant qalır. Mayın 25-də Ağ ev bu posta Metyu Brayzanın namizədliyini irəli sürüb.
|