Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Obama ermənilərə vədini yerinə yetirməyə başlayıb
Şənbə, 03.07.2010

Eldəniz mətn ölçüsü  

Azərbaycan-Amerika Şurası (AAŞ) və Amerika-Azərbaycan Cəmiyyəti (AAC) ABŞ Nümayəndələr Palatası Təxsisatlar Komitəsinin xarici dövlət əməliyyatları üzrə alt komitəsinin 30 iyun 2010-cu il tarixli iclasında 2011-ci maliyyə ilinin büdcəsinin bir hissəsi kimi separatçı "Dağlıq Qarabağ"a 10 milyon dollar həcmində birbaşa yardım ayrılmasına etirazını ifadə edib.

"Bu, 2010-cu maliyyə ilindəki göstəricidən 2 milyon dollar, 2009-cu ildəki göstəricidən isə 2 dəfə artıqdır. Alt komitə Ermənistana yardım qismində 44 milyon dollar ayrılmasını da təqdir edib ki, bu da prezident Obama tərəfindən 2011-ci maliyyə ili üçün təklif edilən həcmi ötür", - deyə Azərbaycan diasporu bildirir.

Diasporun məlumatında qeyd olunur ki, ABŞ Konqresində atılan bu addım erməni-amerikan xüsusi maraqlar qrupunun təsiri altında atılıb. Bu addımın atılması ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan tanınmamış qeyri-qanuni "Dağlıq Qarabağ" qurumuna yardım ayrılması nəinki dəstəklənir, hətta həcmi artırılır.

"Bu mövqe həm BMT üzvü olan Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair ABŞ-ın rəsmi mövqeyinə ziddir, həm də ATƏT Minsk Qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan sülh danışıqları prosesində Amerikanın nüfuzunu aşağı salır. Ən mühüm olan odur ki, ABŞ iqtisadiyyatın bərpası və işsizlik problemini yaşadığı bir dövrdə Amerika qanunvericiləri marionet hökumətə əhəmiyyətli dərəcədə yardım edir, öz yurd-yuvalarına qayıda bilməyən 800 mindən çox azərbaycanlı məcburi köçkünün əzabını daha da artırır".

Azərbaycan diasporuna görə, qondarma "Dağlıq Qarabağ" rejiminə ünvanlı maliyyə yardımının ayrılması barədə qərar ABŞ-ın regionda maraqlarına mənfi təsir göstərir:

"ABŞ-ın yüksək vəzifəli şəxsləri hesab edirlər ki, Azərbaycan ərazisi Əfqanıstanda həyata keçirilən müvəffəqiyyətli hərbi əməliyyatların mühüm komponentlərindən biridir. Azərbaycan son 9 il ərzində Əfqanıstan, İraq və Kosovoda həyata keçirilən hərbi əməliyyatlarda ABŞ-ı tam dəstəkləyib, bu əməliyyatlarda iştirak üçün hərbçilər göndərib. Azərbaycanın ABŞ-ın Şərqi Avropa və Cənub-Qərbi Asiyada təhlükəsizliyin təmin edilməsi əməliyyatlarına göndərdiyi qüvvələrin sayı Ermənistanın göndərdiyi qüvvələrin sayını ötür, lakin ABŞ qanunvericiləri yalnız erməni-Amerika xüsusi maraqlarını dəstəkləyir".

Azərbaycan diasporu bütün aidiyyəti olan amerikanlar adından ABŞ qanunvericilərini həddindən artıq fanatik etnik lobbilərin təsiri altında milli maraqları qurban verməməyə çağırıb.

Qeyd edək ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı Konqresin Dağlıq Qarabağa maliyyə yardımı ayırmasına etiraz bildiriləcək. Bu barədə parlamentdə keçirilən mətbuat konfransında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. Parlament sədrinin müavini deyib ki, xanım Klintonun səfəri zamanı əsas müzakirə Dağlıq Qarabağ mövzusu ətrafında aparılacaq: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Ora hər hansı yardım Azərbaycan vasitəsilə edilməlidir".

B.Muradova eyni zamanda, Milli Məclisdə Dağlıq Qarabağla bağlı dinləmələr keçirməyə ehtiyac görmədiyini deyir:

"Azərbaycanda Dağlıq Qarabağla bağlı vahid mövqe var. Ermənistanda keçirilən dinləmələr isə təzyiqin məhz onlara edilməsi ilə bağlıdır. Onlar bu məsələdə ölü nöqtədən tərpənmirlər. Əgər Dağlıq Qarabağla bağlı verilən son bəyanatdan sonra konkret nəticə yaransa və bu məsələnin müzakirəsinə ehtiyac olsa, parlamentdə hər hansı müzakirə keçirilə bilər".

Mətbuat konfransında iştirak edən parlamentin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə Hillari Klintonun səfəri ilə bağlı sərt açıqlama verib. R.Aslanova hazırda Quantanamo həbsxanasında 225 hərbi əsirin saxlandığını və bunun ABŞ-ın imicinə mənfi təsir göstərdiyini deyib: "Hillari Klintonun səfərini imam zühuru kimi gözləmək lazım deyil. Azərbaycanın dünyada öz imici var. Bu ölkədə demokratiya inkişaf edir, insan haqları qorunur".

Diaspora və hökumət təmsilçilərinin ardından Qarabağ Azadlıq Təşkilatı (QAT) da ABŞ-ı ermənipərəst mövqe nümayiş etdirməkdə günahlandırıb.

"ABŞ hakimiyyəti işğalçı Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırmaqla bir daha ermənipərəst mövqe nümayiş etdirib. ABŞ bir tərəfdən terrora və işğalçılığa qarşı mübarizə apardığını bəyan edir, digər tərəfdən isə terrorçu və işğalçı erməni rejimini himayə edir", - deyə QAT-ın bəyanatında bildirilib.

Bəyanatda daha sonra bildirilir ki, ABŞ bir tərəfdən İrana, Şimali Koreyaya sərt sanksiyaların tətbiqinə təşəbbüs edir, digər tərəfdən isə beynəlxalq hüquq normalarını tapdalayan, beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan erməni quldurlarına hərtərəfli yardım göstərir. Bu, ikiüzlü və ikili standartlar siyasətidir: "Bu siyasət Azərbaycanın işğalçı Ermənistan qarşısında diz çökdürülməsinə, Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə, Dağlıq Qarabağın Ermənistana təhvil verilməsinə yönəlib. Bu maliyyə yardımı haqda qərarın ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ərəfəsində keçirilməsi də xüsusi məna daşıyır və ermənilərə xüsusi rəğbətin göstəricisidir. Bu cür hərəkətlər Azərbaycanda antiamerika əhval-ruhiyyəsini daha da gücləndirir və ABŞ-ın Qarabağ məsələsində vasitəçiliyini mümkünsüz edir. Biz Azərbaycan rəsmilərini ABŞ dövlət katibi ilə bu günlərdə nəzərdə tutulan görüşdən imtina etməyə çağırırıq. Hesab edirik ki, ABŞ Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmalıdır. Azərbaycan yalnız öz gücünə arxalanmalı və işğalçı Ermənistana qarşı müharibəyə başlamalıdır, başqa yol yoxdur".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Təmsilçilər Palatasında türk dostları - 104

Milli Məclis ABŞ-a etiraz bildirəcək

Əli Əhmədov: "Bu, ədalətsiz və əsassız qətnamədir"

ABŞ Konqresindən Türkiyəyə təhqir

Zamanla öz haqq-hesabım var

Bölmənin digər xəbərləri
 
Qarabağ danışıqlarında temp yüksəlir
Minsk Qrupu həmsədrləri Bakıda Klintonla görüşəcəklər

Corc Fridman: "Klinton Ermənistanla bağlı məsələnin üstündən keçə bilər"
Vəziyyət Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər

Bu gün paytaxtda etiraz aksiyaları keçiriləcək
"Azadlıq" bloku meriyanın, Müsavat isə Elmlər Akademiyasının qarşısını seçib

Azərbaycanla AB arasında danışıqlar başlayır
Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmasına dair danışıqların vaxtı dəqiqləşib.

Barrozu Azərbaycana payızda gələcək
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində həyata keçiriləcək.

Brayzanın təyinatının tezləşməsini istəyirlər
Bir qrup amerikalı konqresmen Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postuna təyinatını dəstəkləyib.

Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu
Dünyanı düşündürən bu mövzu Bakıda müzakirə olundu

Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası hazırlanıb
QHT-lərə dair siyasətin yumşaldılmasına ciddi ehtiyac görülür

Rumıniya daha 2 il NATO-nu Azərbaycanda təmsil edəcək
Rumıniya səfirliyi daha 2 il müddətində NATO-nun Azərbaycanda koordinatoru funksiyasını yerinə yetirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər