Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bu gün paytaxtda etiraz aksiyaları keçiriləcək
"Azadlıq" bloku meriyanın, Müsavat isə Elmlər Akademiyasının qarşısını seçib
Şənbə, 03.07.2010

İ.Abbasov mətn ölçüsü  

"Azadlıq" bloku bu gün saat 17:00-a yaxın Bakı meriyasının qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır. Aksiya toplaşma azadlığının təmin olunması və demokratik seçkilər tələbilə keçiriləcək.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Turan"a bildirib ki, "Azadlıq" bloku həmçinin Qarabağla bağlı təslimçi sülhü rədd edir. "Bu sülhün şərtləri ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatında əksini tapıb". Bu bəyanat Qarabağın Azərbaycandan qoparılmasına yönələn referendumun keçirilməsini nəzərdə tutur", - deyə Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, meriya aksiyanın keçirilməsi barədə xəbərdarlığa hələlik cavab verməyib. Lakin şəhər administrasiyasının cavabından asılı olmayaraq, aksiya keçiriləcək.

Digər etiraz aksiyasını isə şənbə günü saat 17:00-da Müsavat Partiyası keçirəcək. Eyni tələblərlə keçiriləcək aksiya Hüseyn Cavid parkında olacaq. Bu barədə partiyanın mərkəzi aparatının rəhbəri Arif Hacılı məlumat verib. Meriya Müsavat Partiyasına mitinqin keçirilməsi üçün şəhər kənarında üç yer təklif edib. Lakin partiya aksiyanı Hüseyn Cavid parkında keçirmək niyyətindədir. Bu aksiyada da "Azadlıq" blokunun səsləndirəcəyi şüarların dilə gətirilməsi planlaşdırılır.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qarabağ danışıqlarında temp yüksəlir
Minsk Qrupu həmsədrləri Bakıda Klintonla görüşəcəklər

Corc Fridman: "Klinton Ermənistanla bağlı məsələnin üstündən keçə bilər"
Vəziyyət Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər

Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Obama ermənilərə vədini yerinə yetirməyə başlayıb

Azərbaycanla AB arasında danışıqlar başlayır
Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmasına dair danışıqların vaxtı dəqiqləşib.

Barrozu Azərbaycana payızda gələcək
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində həyata keçiriləcək.

Brayzanın təyinatının tezləşməsini istəyirlər
Bir qrup amerikalı konqresmen Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postuna təyinatını dəstəkləyib.

Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu
Dünyanı düşündürən bu mövzu Bakıda müzakirə olundu

Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası hazırlanıb
QHT-lərə dair siyasətin yumşaldılmasına ciddi ehtiyac görülür

Rumıniya daha 2 il NATO-nu Azərbaycanda təmsil edəcək
Rumıniya səfirliyi daha 2 il müddətində NATO-nun Azərbaycanda koordinatoru funksiyasını yerinə yetirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər