Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Qarabağ danışıqlarında temp yüksəlir
Qarabağ danışıqlarında temp yüksəlir
Minsk Qrupu həmsədrləri Bakıda Klintonla görüşəcəklər
Şənbə, 03.07.2010

Cəsur Məmmədov mətn ölçüsü  

Dünən ATƏT Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik İrəvandan Xankəndinə gediblər. Onlar separatçıların lideri Bako Saakyanla və yerli ordu "komandan"ı Movses Akopyanla görüşüblər. Müzakirə mövzusu Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttindəki cari vəziyyət olub.

"Bu gün biz iyunun 17-də Sankt-Peterburqda üç prezidentin görüşü zamanı baxılan məsələləri müzakirə etmişik, sülh prosesinin gedişi və üç ölkə xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar barədə məlumat vermişik. Təbii ki, Dağlıq Qarabağın şimal hissəsində baş vermiş son hadisəyə də toxunulub", - deyə rusiyalı həmsədr İqor Popov jurnalistlərə bildirib.

Popov qeyd edib ki, həmsədrlər Bakıda olan zaman eyni vaxtda Azərbaycana səfərə gələn ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəklər. Amerikalı həmsədr Robert Bradtke bildirib ki, həmsədrlərin qarşıda duran ilk məqsədi bu ayın sonunda Almatıda ATƏT MQ-na həmsədrlik edən ölkələrin nümayəndələrinin, eləcə də münaqişə tərəfləri nümayəndələrinin iştirakı ilə görüş hazırlamaqdan ibarətdir.

Fransalı həmsədr Bernar Fasie Azərbaycanın işğal altında olan torpaqlarına səfərdə iştirak etməyib. Həmsədrlər bu gün İrəvana qayıdacaq, prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparacaqlar. Danışıqlarda həmçinin Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan və Ermənistan prezidentlərinə verdiyi təkliflərə rəsmi İrəvanın münasibəti öyrəniləcək.

Xatırladaq ki, vasitəçilərin Bakıya səfəri iyulun 5-nə planlaşdırılıb. Vasitəçilərin regiona səfəri ABŞ dövlət katibi Hillari Klintonun səfəri ilə eyni vaxta düşdüyü üçün həmsədrlərin dövlət katibi ilə görüşəcəyi realdır.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromis əldə etmək imkanı verən qərarların qəbulu vaxtı çatıb". Bunu isə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev söyləyib. Nazir münaqişənin nizamlanmasına dair danışıqlar prosesini diqqətlə izlədiyini deyib:

"Münaqişənin həll olunmamış qalması regionda stabilliyə neqativ təsir göstərir, regional layihələrin reallaşmasını ləngidir. Qafqaz regionu qlobal proseslərdə, o cümlədən enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Xəzər neftinin əsas hissəsi bu regiondan keçməklə nəql olunur. Təhlükəsizlik və stabillik sahəsində mövcud durum sərmayədarlar üçün əhəmiyyət kəsb edir, bu durum enerji resurslarının idxalı planlarına və dünya bazarında bu resursların qiymətinə təsir göstərir".

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovsa bildirib ki, ATƏT Minsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin bəyanatı, bir il əvvəl Akvilldə verilmiş bəyanat kimi, həmsədr ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələlərinə ən yüksək səviyyədə prinsipial münasibətini formulə edir və nizamlanmanın əsas prinsiplərini makrosəviyyədə müəyyənləşdirir. Əzimov deyir:

"Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan əraziləri azad edildikdən sonra onların bərpası üçün şərait yaradıldıqdan, kommunikasiyalar bərpa edildikdən, əhali öz daimi yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtdıqdan sonra bu əsasda işləməyə hazırdır. Bu isə öz növbəsində Dağlıq Qarabağ regionunda icmaların birgə yaşayışına, onların qarşılıqlı və sülhpərvər yaradıcı fəaliyyətinə və Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının tərkibində hüquqi statusunun müəyyənləşməsinə yol açacaq".

A.Əzimov bildirib ki, ATƏT Minsk Qrupuna həmsədrlik edən üç ölkə prezidentlərinin birgə bəyanatı mahiyyətcə münaqişənin sülh yolu ilə nizamlanması barədə sazişin hazırlanmasına başlamaq üçün əsas yaradır:

"Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qərar və sənədləri, Mayndorf Bəyannaməsi və ATƏT Minsk Qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərinin bəyanatlarından ibarət mövcud sanballı hüquqi bazanın olduğunu nəzərə alsaq, əsas sazişin hazırlanması üçün bir növ keçid xarakteri daşıyan baza prinsiplərinin hazırlanmasının zəruriliyi aradan qalxır. Hesab edirəm ki, prinsipcə beynəlxalq ictimaiyyətin mövqeyinin dəqiq və aydın şəkildə ifadə olunduğunu nəzərə alaraq, tərəflər həmsədrlərin köməyi ilə əlavə vaxt və enerji itirmədən dərhal münaqişənin sülh yolu ilə nizamlanmasına dair saziş layihəsinin müddəalarının razılaşdırılmasına keçə bilərlər. Əks təqdirdə, proses daha da uzanacaq, çünki baza prinsiplərinin işlənib hazırlanması nizamlanma istiqamətində heç bir praktiki nəticə verməməkdədir, qarşıda isə nizamlanma barədə saziş hazırlamaq lazım gələcək. Azərbaycan sazişin tez bir zamanda hazırlanması və yuxarıda qeyd olunan əsaslarda reallaşdırılmasında maraqlıdır".

Rusiya Federasiya Şurasının spikeri Sergey Mironov isə Dağlıq Qarabağa Rusiya sülhməramlılarının göndərilməsi ideyasına qarşı olduğunu bəyan edib. APA-nın "Exo Moskvı" radiostansiyasına istinadən yaydığı məlumata görə, S.Mironov bildirib ki, bu münaqişə iki tərəfin - Azərbaycan və Ermənistanın problemidir:

"Bu problemlə məşğul olan "altılıq" var, Azərbaycan və Ermənistan rəhbərlərinin Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşünün keçirildiyi maraqlı format var. Ümidvaram ki, bu format davam edəcək. Burada Rusiyanın çox pozitiv rolu var. Bu problemi yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu düzgün olmazdı".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

Qarabağla bağlı forum keçirilib

Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər

Şayiələr Aygünlə Namiq Qaraçuxurlunu daha da mehribanlaşdırdı

Araz Əzimov: "Sərhədlərin açılması Cənubi Qafqaza ziyan gətirəcək"

Bölmənin digər xəbərləri
 
Corc Fridman: "Klinton Ermənistanla bağlı məsələnin üstündən keçə bilər"
Vəziyyət Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər

Bu gün paytaxtda etiraz aksiyaları keçiriləcək
"Azadlıq" bloku meriyanın, Müsavat isə Elmlər Akademiyasının qarşısını seçib

Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Obama ermənilərə vədini yerinə yetirməyə başlayıb

Azərbaycanla AB arasında danışıqlar başlayır
Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmasına dair danışıqların vaxtı dəqiqləşib.

Barrozu Azərbaycana payızda gələcək
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində həyata keçiriləcək.

Brayzanın təyinatının tezləşməsini istəyirlər
Bir qrup amerikalı konqresmen Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postuna təyinatını dəstəkləyib.

Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu
Dünyanı düşündürən bu mövzu Bakıda müzakirə olundu

Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası hazırlanıb
QHT-lərə dair siyasətin yumşaldılmasına ciddi ehtiyac görülür

Rumıniya daha 2 il NATO-nu Azərbaycanda təmsil edəcək
Rumıniya səfirliyi daha 2 il müddətində NATO-nun Azərbaycanda koordinatoru funksiyasını yerinə yetirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər