Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Corc Fridman: "Klinton Ermənistanla bağlı məsələnin üstündən keçə bilər"
Corc Fridman: "Klinton Ermənistanla bağlı məsələnin üstündən keçə bilər"
Vəziyyət Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər
Şənbə, 03.07.2010

C.Məzahiroğlu mətn ölçüsü  

"Vaşinqton Bakının regiondakı əsas dövlətlərlə münasibətlərini başa düşmək istəyir". Bunu APA-ya müsahibəsində "Stratfor" Qlobal Analitik Şirkətinin prezidenti Corc Fridman bildirib. Onun sözlərinə görə, ABŞ-ın maraqlandığı Bakının üç ölkə - İran, Rusiya və Türkiyə ilə münasibətləridir.

"Məncə, ABŞ xüsusilə Bakının Ankara ilə münasibətlərini başa düşmək istəyəcək. Türkiyənin xarici siyasəti dəyişir və ABŞ Azərbaycanın bununla bağlı mövqeyini öyrənmək istəyəcək. İkincisi, Vaşinqton Bakının Mərkəzi Asiya ilə bağlı mövqeyini öyrənmək istəyəcək. Və nəhayət, ABŞ-ın İranla dialoq aparmaq üçün əsas axtarmaqda maraqlı olduğunu, Azərbaycanın İrana münasibətdə vahid mövqeyini nəzərə alaraq, ABŞ Tehrandakı vəziyyət və dialoq imkanları ilə bağlı Bakının fikrini öyrənmək niyyətindədir. Ermənistanla bağlı məsələ yalnız Azərbaycanın istəyəcəyi təqdirdə gündəmə gətiriləcək. Bu, Klintonun əgər mümkün olsa, üstündən keçmək istəyəcəyi məsələdir".

Onun fikrincə, Robert Geytsin səfərinin ardınca, ABŞ Azərbaycana iki xarici siyasət xadimini göndərməsi bir sıra məsələlərlə şərtlənir. Fridman hesab edir ki, ABŞ üçün Azərbaycanın Əfqanıstana maddi-texniki dəstəyi, Azərbaycanın neft sektorunda iştirak və ölkənin Rusiya ilə İran arasında coğrafi mövqedə yerləşməsi mühüm əhəmiyyət kəsb edir.

"Azərbaycanın bu təhlükəli ərazidə öz müstəqilliyinin təminatı üçün Amerikanın dəstəyinə ehtiyacı var. Gələcək həmişə qeyri-müəyyən olur. Bu iki ölkə arasında qarşılıqlı maraqlar var. Azərbaycan üçün ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Bu, ABŞ üçün vacib məsələ deyil. Özünün geniş Qafqaz strategiyasında ABŞ regionda Ermənistan və Azərbaycanla münasibətlərini böhrana yol vermədən qoruyub saxlamaq istəyir. Ona görə də maraqlısı odur ki, Azərbaycan Amerikanı bu məsələdə nə dərəcədə sınağa çəkəcək? Məncə, Hillari Klinton danışıqları böhran həddinə çatdırmadan regionla bağlı müzakirələri canlandırmağa cəhd etməyə hazırdır. Ona görə də dövlət katibi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ-la əlaqələrini təhlükə altına qoymaq həvəsi ilə üzləşməlidir. Beləliklə də, Klinton vəziyyəti sakitləşdirmək üçün regiona səfər edəcək. Maraqlı olan budur ki, Azərbaycan buna imkan verəcək, yoxsa yox? Mən bu görüşdə iştirak etsəydim, daha çox Azərbaycanın mövqeyi ilə maraqlanardım", - deyə o bildirib.

ABŞ-Azərbaycan əlaqələrindəki gərginliyin sona çatma ehtimalı ilə bağlı suala cavabında Fridman bildirib ki, dövlətlər arasındakı gərginliklər heç vaxt bitmir:

"Onlar artır və azalır, yeni məsələlər ortaya çıxır. Əfqanıstanla bağlı ABŞ-ın Azərbaycandan artan asılılığı Azərbaycana Amerika ilə danışıqlarda istifadə etmək üçün təsir imkanı verir. Mən deyərdim ki, ölkələr arasındakı gərginliklər heç də həmişə pis olmur, çünki bu, münasibətləri inkişaf etdirməyə imkan verir. İndiki halda iki ölkə arasında aydınlıq gətiriləsi real məsələlər var və bu məsələləri həll etmədən gərginlik azala bilməz".

"Stratfor" prezidentinin fikrincə, Azərbaycanla münasibətlərdə gərginliyin azalması ABŞ üçün daha yaxşı olar, bu, Dağlıq Qarabağ kimi məsələlərə marağı azaldar və ya həmin məsələlərdə təzyiqi təxirə salar.

"Gərginliyin dərəcəsi hal-hazırda Azərbaycanın bu məsələyə diqqət ayırmağı təxirə salmağa hazır olub-olmamağından asılıdır. Bu, gərginliyi azaldar, lakin əlbəttə ki, bu durum Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər", - deyə o bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"STRATFOR" sərhədlərin açılacağını proqnozlaşdırmır

Klinton Sarqsyanı məlumatlandırıb

Bloggerlərin apeliyasiya şikayətinə baxılma təxirə salındı

ABŞ Azərbaycana səfir göndərməyə tələsmir

Klinton və Davudoğlu arasında telefon danışığı

Bölmənin digər xəbərləri
 
Qarabağ danışıqlarında temp yüksəlir
Minsk Qrupu həmsədrləri Bakıda Klintonla görüşəcəklər

Bu gün paytaxtda etiraz aksiyaları keçiriləcək
"Azadlıq" bloku meriyanın, Müsavat isə Elmlər Akademiyasının qarşısını seçib

Azərbaycanlılar ABŞ Konqresindən narazıdır
Obama ermənilərə vədini yerinə yetirməyə başlayıb

Azərbaycanla AB arasında danışıqlar başlayır
Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ sazişin imzalanmasına dair danışıqların vaxtı dəqiqləşib.

Barrozu Azərbaycana payızda gələcək
Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində həyata keçiriləcək.

Brayzanın təyinatının tezləşməsini istəyirlər
Bir qrup amerikalı konqresmen Metyu Brayzanın ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri postuna təyinatını dəstəkləyib.

Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu
Dünyanı düşündürən bu mövzu Bakıda müzakirə olundu

Vətəndaş Cəmiyyətinin İnkişafı Konsepsiyası hazırlanıb
QHT-lərə dair siyasətin yumşaldılmasına ciddi ehtiyac görülür

Rumıniya daha 2 il NATO-nu Azərbaycanda təmsil edəcək
Rumıniya səfirliyi daha 2 il müddətində NATO-nun Azərbaycanda koordinatoru funksiyasını yerinə yetirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər