Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Səfurə Əlizadə imtahan qorxusu yaşamır
Səfurə Əlizadə imtahan qorxusu yaşamır
Sənətçi bu il ali məktəb tələbəsi olacağına inanır
Şənbə, 03.07.2010

Zəminə mətn ölçüsü  

Ölkə başçısının sərəncamına əsasən, olimpiya çempionu olan və ya nüfuzlu müsabiqələrdə birincilik qazanan iştirakçılara ali məktəbə birbaşa daxil olmaq şansı verilir. Xatırladaq ki, "Eurovosion"a namizəd olan Səfurə Əlizadə də belə bir şansı qazanmaq niyyətində idi. Çünki bu il orta məktəb məzunu olan təmsilçi sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verib. Amma müsabiqədə 5-ci yerə çıxdığından ali məktəbə birbaşa qəbul olmaq imkanı sıfıra enib. Yəni sənətçi ali məktəbin tələbəsi adını qazanması üçün bu ay keçiriləcək imtahanlarda iştirak etməlidir.

Xatırladaq ki, Mədəniyyət və İncəsənət Universitetində 1 yox, 3 imtahan mərhələsi var. Birinci seçilən peşə üzrə qabiliyyət, ikinci musiqi nəzəriyyəsi, üçüncü isə test imtahanıdır. Lakin xəbər verdiyimiz kimi, Səfurə promo-turları üçün hazırda İsveçdədir və onun Bakıya nə vaxt dönəcəyi bəlli deyil. O, bir müddət İsveçdə məşqlər edəcək və gələn aydan onun bir çox ölkələrə turnesi başlayacaq. Onun hər üç imtahanda iştirak edib-etməyəcəyi isə sual altındadır. Məsələyə aydınlıq gətirən Səfurə Əlizadə bildirdi ki, imtahanların hər üçündə iştirak üçün lazımi gündə Bakıya dönəcək:

"Əgər mən "Eurovision" kimi mötəbər yarışmada təmsil olunub, irəli sıralara çıxmışamsa, qabiliyyət imtahanından keçmək bir o qədər çətin olmaz. Bunu yəqin imtahanda əyləşən komissiya üzvləri də nəzərə alarlar. Musiqi nəzəriyyəsindən də savadım qənaətbəxşdir. Çünki mən notu bilirəm və saksafonda ifanı bacarıram. Qaldı test imtahanına, musiqiçilər üçün yüksək bal tələb olunmur deyə, bu ərəfələrdə hazırlaşmağa ehtiyac görmürəm. Həm də orta məktəbdə aldığım savada güvənərək, hətta yüksək bal tələb edən digər ali məktəb imtahanlarından da keçə biləcəyimə əminəm", - deyən Səfurə Əlizadə Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsində təhsil almaq arzusunda olduğunu bildirdi. Daxil olduğu təqdirdə isə müəllim seçimi etməyəcək. Yəni kimin sinfinə düşsə, orada da musiqi təhsilini ali pilləyə qaldırmağa çalışacaq.

"Mən bu günə qədər Vaqif Gərayzadə, Mübariz Tağıyev və bir sıra sənətkarlardan dərs almışam. Onlar məni ali məktəb səviyyəsində savadlandırıblar. Eyni zamanda, xaricdə olduğum müddətdə peşəkar musiqiçilərdən bəhrələnmişəm. Artıq mən sıfırdan başlamağa ehtiyac görmürəm", - deyə S.Əlizadə söylədi.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Azərbaycanla Polşa arasında bir neçə saziş imzalanıb

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Türkiyə Naxçıvandakı hərbi hissələrə yardım göstərəcək

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

Bölmənin digər xəbərləri
 
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Amma ailənin düşdüyü stress arxada qalmışdır

Aygün Kazımova "Best Model of Azerbaiyan-2010"a rəhbərlik edəcək
Xəbər nə təsdiq, nə təkzib olunur

Aysel Teymurzadə - qırmızı diplomlu məzun
Sənətçi karyera qurmağa hazırlaşır

Hüseyn Dərya Həccə gedir
Bu, reperə yubiley hədiyyəsi olub

Kərimin toyu payıza qaldı
Qoy isti yay günləri geridə qalsın

Röya və Zamiq kənd camaatının qapısını döyəcək
Sənətçilərin "Doğma diyar" kampaniyasına start verilib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər