Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Hüseyn Dərya Həccə gedir
Hüseyn Dərya Həccə gedir
Bu, reperə yubiley hədiyyəsi olub
Şənbə, 03.07.2010

Zəminə Rüstəmova mətn ölçüsü  

Bu günlərdə paytaxt restoranlarının birində Hüseyn Dəryanın 35 yaşı qeyd edilib. Reperin həyat yoldaşı Sona xanım fanatları ilə birlikdə əvvəlcədən ona ad günü sürprizi hazırlayıb və yubiley sürprizi baş tutub. Sona xanımın qəzetimizə bildirdiyinə görə, gecəyə bir neçə saat qalmış Hüseyn Dəryaya fanatlarından biri telefon açaraq "Flaminqo" restoranında toya dəvət etdiyini bildirib. Yubiley günündə iş başında olmağa qərar verən reper həmin məkana yollanıb və başqa mənzərənin şahidi olub. O, atəşfəşanlıq və ad gününü tərənnüm edən mahnının sədaları altında qarşılanıb. Məsələdən agah olandan sonra yubiley gecə saatlarına qədər davam edib.

"Ad gününə Hüseynin həmkarlarından daha çox, yaxın dostu olan müğənni Mehri, prodüser Ronald, teleaparıcı Samir və başqalarını dəvət etmişdik. İstədik ki, onun ətrafında ən sevimli insanlar olsunlar", - deyə reperin həyat yoldaşı bildirdi.

Sona xanımın sözlərinə görə, gecədə onun üçün də sürpriz olub. Belə ki, ailənin tanıdığı hacılardan biri Hüseynə ailəsi ilə birlikdə Həccə getmək imkanı yaratdığını deyib. Sona xanım ailənin maddi dəstəyi hesabına sentyabrda Hüseynlə birlikdə Həcc ziyarətində olacağını bildirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Amma ailənin düşdüyü stress arxada qalmışdır

Aygün Kazımova "Best Model of Azerbaiyan-2010"a rəhbərlik edəcək
Xəbər nə təsdiq, nə təkzib olunur

Aysel Teymurzadə - qırmızı diplomlu məzun
Sənətçi karyera qurmağa hazırlaşır

Kərimin toyu payıza qaldı
Qoy isti yay günləri geridə qalsın

Röya və Zamiq kənd camaatının qapısını döyəcək
Sənətçilərin "Doğma diyar" kampaniyasına start verilib

Səfurə Əlizadə imtahan qorxusu yaşamır
Sənətçi bu il ali məktəb tələbəsi olacağına inanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər