"Eurovision-2009"un iştirakçısı Aysel Teymurzadə ali məktəbin məzunu adını qazanıb. Onun "Ayna" qəzetinə bildirdiyinə görə, ötən gün təhsil aldığı Dillər Universitetinin məzunlar üçün keçirilən mərasimində iştirak edib. Ali məktəbin rektoru Səməd Seyidov sənətçiyə qırmızı diplom təqdim edib:
"Bu artıq mənim ikinci qırmızı diplomum sayıla bilər. Orta məktəbi də əla qiymətlərlə bitirmişəm. Universitetdə dərslərimi yaxşı oxumuşam və bütün qiymətlərim "əla" oldu. İngilis dilini bilməyim mənə bir çox məqamlarda yardımçı olub. Əsasən "Eurovision" müsabiqəsində mən insanlarla rahat şəkildə ünsiyyət qura bilirdim. Onu da qeyd edim ki, 2004-cü ildə mən ABŞ-da FLEX proqramı çərçivəsində təhsil almışam".
Xarici Dillər Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirdiyini söyləyən Aysel peşəsi ilə bağlı karyera qurmağı düşünür. Amma gələcək planlarının nədən ibarət olduğunu hələ konkretləşdirməyib.