Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Almaz Ələsgərli: "Ürəyim çox şeydən sınıb"
Amma ailənin düşdüyü stress arxada qalmışdır
Şənbə, 03.07.2010

Z.Rəhimqızı mətn ölçüsü  

Əməkdar artist Almaz Ələsgərlinin məlum ailə olayından sonra az-az görünməyi onun hələ də təsir altında olduğunu, yaxud bərk incidiyini göstərir. Xatırladaq ki, onun hər iki qızının ailə həyatı qurandan az sonra boşandıqları xəbəri və bunun ətrafında xoşagəlməz fikirlər yayıldı. Qudalar təqsirkar tərəf olaraq Almaz xanımı görürdülər. Almaz xanım isə deyilənləri təkzib edərək, bunu tale və qismətlə bağlayır:

- Ürəyim çox şeydən sınıb. Amma özümdən, sənətimdən yox. Əsasən televiziya kanallarından incimişəm. Bu gün insanlara, sənətə hörmət qalmayıb. Sənəti olan və olmayan eyni tərəzinin gözündən keçirilir. Səviyyə itib. Kim necə bacarır, özünü irəli, meydana atır. Telekanallarda da aləm qarışıb bir-birinə. Mənim ailə məsələmi xoşagəlməz səviyyədə efirə çıxardılar. Bu məni çox narahat etdi.

- Bu səbəbdən efirlərə çıxmırdınız?

- Əslində ürəyim istəyir efirə çıxım. Bəziləri deyir ki, "qadağadasan". Soruşuram nəyə görə? Xəbər gəlir ki, "yox, qadağa yoxdur".

REKLAM

Sənətçi ilə oyun oynayırlar. İndi də eşidirəm ki, filan verilişlər pulludur. Hətta sənətçiyə qiymət də oxuyurlar. Yəni filankəsin qiyməti bu qədərdirsə, mənə bir az aşağı məbləğ oxuyurlar. Nə bilim. İnanın, sənətə də marağım qalmayıb. Başımı aşağı salıb qazanc yoluna düşmüşəm. Toylarda oxuyuram. Məni sevənlər çoxdur və bilirəm ki, qazancım az-çox olar. Bu proses nə vaxta kimi uzanacaqsa, bir o qədər də gözləməli olacam.

- Sizin sadaladığınız efir problemləri dünənin mövzusu deyil. Amma siz bu qərarı qızlarınızın boşanaraq ana evinə qayıtdığı xəbərindən sonra ortaya atmısınız. Çünki bir müddət əvvəl özünüz də ailə həyatı qurmuşdunuz və uzun zaman efirdə görünmədiniz. Münasibətlər normal davam etmədiyi üçün ayrılmaq xəbərinizi eşitdik və yenidən efirlərə qayıdış etdiniz. Amma o vaxt eyni problem ola-ola indiki kimi şikayət etmirdiniz. Mənə elə gəlir ki, sizi sındırmağa çalışdılar.

- Bu həmin insanların səviyyəsindən irəli gəlir. Əslində, özümü sınmış hiss etmirəm. Mən Almazam. Sadəcə, öz qərarımla kənara çəkilmişəm. Səhnədə baş verən hadisələri kənardan müşahidə edirəm. Görüm məndən sonra nə edirlər? Kimləri yıxırlar, kimlərə ağzına gələni deyirlər? Bu vəziyyətin bir sonu olacaq. Amma kimlərinsə təsiri altına düşüb, sənətimi atmaq istəmirəm. Çünki artıq püxtələşmiş bir sənətçiyəm və çörəyimi müğənni kimi peşəmdən qazanıram. Dursam ayağa, bilirəm ki, hamını yıxacam. Amma yavaş-yavaş dururam.

- Söhbət sənətdən gedir, yoxsa...

- Bəli sənət haqqında danışıram. Hazırda Gövhər Həsənzadənin Cəlal Qurbanovun sözlərinə yazdığı mükəmməl bir mahnısı üzərində çalışıram.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Uşaqlara həsr edilən teatr ömrü

Kim neçə dəfə nikaha girib?

Ailə qurmaq istəyirdi, adam öldürdü

Almaz Ələsgərli özünə qadağa qoydu

Evlənmək istəyənlər həkimdən keçməli olacaq

Bölmənin digər xəbərləri
 
Aygün Kazımova "Best Model of Azerbaiyan-2010"a rəhbərlik edəcək
Xəbər nə təsdiq, nə təkzib olunur

Aysel Teymurzadə - qırmızı diplomlu məzun
Sənətçi karyera qurmağa hazırlaşır

Hüseyn Dərya Həccə gedir
Bu, reperə yubiley hədiyyəsi olub

Kərimin toyu payıza qaldı
Qoy isti yay günləri geridə qalsın

Röya və Zamiq kənd camaatının qapısını döyəcək
Sənətçilərin "Doğma diyar" kampaniyasına start verilib

Səfurə Əlizadə imtahan qorxusu yaşamır
Sənətçi bu il ali məktəb tələbəsi olacağına inanır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər