DİN və prokurorluq hesabat verib
 |
2010-cu ilin ilk yarısında xeyli cinayətin üstü açılıb
Şənbə, 03.07.2010
|
|
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ölkədə kriminogen durumla bağlı birgə açıqlama yayıblar. Bu barədə DİN mətbuat xidmətinin məlumatında deyilir ("Turan").
Məlumata görə, qəsdən adam öldürmə faktı üzrə 6 cinayət işi açılıb. Belə ki, ötən ilin oktyabrında paytaxt sakini Rauf Həsənovun qətli ilə bağlı Fərhad Süleymanov ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Ölkə hüdudlarından kənarda olan cinayətin digər iştirakçıları barədə axtarış elan edilib.
Bundan əlavə, 2010-cu il yanvarın 30-da Qax rayonunun Qaxingiloy kənd sakini Pərviz Məmmədovun öldürülməsi ilə əlaqədar həmkəndlisi Levani Dukaşvili tutularaq istintaqa cəlb olunub.
2010-cu il mayın 9-da Şəmkir rayon Dəllər qəsəbəsinin sakini Almaz Qurbanovanın "Vinçester" tipli silahdan atəş açaraq intihar etməsi barədə daxil olan məlumat üzrə aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində isə hadisədə qəsdən adam öldürmə cinayətinin əlamətləri müəyyən edilib. İstintaq hərəkətləri ilə Almaz Qurbanovanın ailə münaqişəsi zəminində həyat yoldaşı Fəxrəddin Rzayev tərəfindən qəsdən öldürüldüyü sübuta yetirilib.
2010-cu il mayın 30-da paytaxtın Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Famis İbrahimovun qətli ilə əlaqədar Cəlilabad sakini Şirvan Mirzəyev tutularaq istintaqa cəlb edilib. İstintaq-əməliyyat tədbirləri ilə onun daha iki qəsdən adam öldürmə cinayəti törətməsi sübuta yetirilib. Müəyyən edilib ki, Şirvan Mirzəyev 2007-ci ilin iyununda Qaradağ rayonunda yerləşən daş karxanalarının ərazisində Cəlilabad rayon sakini Xanoğlan Cəfərovu, 2008-ci ilin aprelində isə Füzuli sakini Oruc Nəcəfovu eyni üsulla qətlə yetirib.
Bu il mayın 31-də Şəki şəhərindəki istifadəsiz qalmış dördmərtəbəli binanın otaqlarından birində rayon sakini 14 yaşlı Sahib Lətifovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar başlanan cinayət işi üzrə aparılmış tədbirlər zamanı onunla bir məktəbdə oxuyan 16 yaşlı Natiq İbrahimov tutulub.
2010-cu il iyunun 10-da Sumqayıt şəhəri 10-cu mikrorayonundakı 42 nömrəli yaşayış binasının mərtəbələrarası pilləkən meydançasında kişi meyitinə məxsus ayrı-ayrı hissələrin tapılması faktı üzrə aparılan əl-barmaq izlərinin daktiloskopik eyniləşdirməsi onun əvvəllər məhkum olunmuş Əsgər Pirverdiyev olduğunu göstərib. Yüksək peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz və intensiv istintaq-əməliyyat tədbirlərin nəticəsində cinayəti törətmiş Lerik rayon sakini Südabə Kazımova saxlanaraq istintaqa cəlb edilib.
|
|
|
Oxşar xəbərlər:
Ronaldinyonu dietaya "oturtdular"
Orduda qəsdən adam öldürmə cinayətləri artıb
Əhmədinejada dini rəhbərdən xeyir-dua
Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır
Ərinin başını çəkiclə əzən qadına hökm oxundu
|
|
|