Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Mənzillər sentyabrda bahalaşacaq
Hələlik isə qiymətlər düşməkdədir
Şənbə, 03.07.2010

mətn ölçüsü  

Yaxın bir neçə ayda evlərin qiymətləri düşməkdə davam edəcək. Çünki yay aylarında bir qayda olaraq daşınmaz əmlak bazarında aktivlik aşağı düşür. Ekspert Rəşad Əliyev bildirib ki, daşınmaz əmlak bazarında qiymətlərin düşməsinin səbəbi təkcə yay fəsli deyil. Əslində prosesə təkan verən səbəblər çoxdur:

"Bir müddət əvvəl dünya bazarında neftin ucuzlaşması ixracın həcmini və büdcə daxilolmalarını azaltmaqla yanaşı, kommersiya şirkətlərində, o cümlədən neft şirkətlərində iş yerlərinin kütləvi ixtisarı və maaşların azaldılması ilə nəticələndi. Bu isə öz növbəsində həm əhalinin alıcılıq qabiliyyətini aşağı saldı, həm də daşınmaz əmlak bazarında aktivliyi kəskin azaltdı. Digər tərəfdən ölkədən kənarda yaşayan, xüsusən də Rusiyada işləyən soydaşlarımızın pul köçürmələrinin azalması, əhaliyə verilən kreditlərin həcminin azalması da bazara mənfi təsir göstərdi".

Beləliklə də böhrandan əvvəl bazarda qiymətlərin qeyri-normal templə artması nəticəsində qiymət korreksiyası gözlənilən idi. Ekspertlər deyir ki, qiymətlərin korreksiyasına 2007 (16,7%) və 2008-ci (20,8%) illərdə müşahidə edilən yüksək inflyasiya, ilkin bazarda xərclərin şişməsi, ipoteka proqramının icra olunması və s. mane olurdu.

R.Əliyevin fikrincə, ilkin və təkrar bazarda evlərin qiyməti pik həddindən bəri orta hesabla 35 faiz aşağı düşüb. Zonalar üzrə ucuzlaşma qeyri-bərabər olub. Məsələn, ilkin bazarda ən az ucuzlaşma şəhərin mərkəzində və aktiv ərazilərdə müşahidə edilib. Kommersiya təyinatlı daşınmaz əmlaklar təxminən 20-25% aşağı düşüb. Kommersiya obyektlərinin yaşayış evlərinə nisbətən az düşməsi birincinin gəlirliyi ilə əlaqəlidir.

Torpaq bazarına gəlincə, göstəricilər fərqli olub. İnvestisiya əhəmiyyətli obyektərin qiyməti yaşayış təyinatlı torpaqlarla müqayisədə çox ucuzlaşıb. Əslində daşınmaz əmlak bazarında qiymətlərin bərpası üçün iki şərtin olması vacibdir. Bunları ekspert açıqlayır:

"İqtisadi aktivliyin yaxşılaşması və daşınmaz əmlak bazarına nikbin əhval-ruhiyyənin qayıtması bazarı canlandıra bilər. Ancaq avqust ayının sonuna kimi bu iki amilin baş vermə ehtimalı çox aşağıdır. Yayda bir qayda olaraq, daşınmaz əmlak bazarında aktivlik aşağı düşür. Bu baxımdan avqusta qədər qiymətlər az da olsa, düşməkdə davam edəcək. Sentyabrda isə bazarda qiymətlərin sabitləşməsini müşahidə etmək olacaq. İqtisadi statistikada ciddi dəyişiklik baş verəcəyi təqdirdə bu proqnoza yenidən baxmaq olar".

Ekspertin açıqlamasına görə, bu vəziyyətdə kommersiya təyinatlı əmlakların qiyməti daha çox zərər çəkə bilər. "Kommersiya obyektləri 10%-ə qədər ucuzlaşa bilər. Mənzillərin qiyməti ipoteka kreditləşməsinin həcmindən asılı olacaq. Torpaq bazarında isə sakitlik hökm sürəcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Yerli müəssisələrin səhmləri ucuzlaşıb

Dəllallar üç ailəni evsiz qoyublar

Ermənistan bir dövlət kimi yox ola bilər

Qanunsuz əmlak sahiblərinə də kompensasiya ödəniləcək

Bölmənin digər xəbərləri
 
Əhali manata tam etibar etmir
Baxmayaraq ki, bank əmanətlərində manatın payı 60 faizə yüksəlib

Hansı avtomobil ölkəyə gətirilə bilər?
Siyahı dəqiqləşib

İpoteka kreditləri dayandırıla bilər
Bunun olmaması üçün büdcədənkənar vəsaitlər cəlb edilməlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər