Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əhali manata tam etibar etmir
Əhali manata tam etibar etmir
Baxmayaraq ki, bank əmanətlərində manatın payı 60 faizə yüksəlib
Şənbə, 03.07.2010

Banu mətn ölçüsü  

Xarici valyutada olan kreditləşmənin yüksək səviyyəsi MDB, Mərkəzi və Şərqi Avropa banklarının reytinqinə mənfi təsir göstərir. "İqtisadi forum" jurnalı "Moodys Investors Service" reytinq agentliyinin hesabatına istinadən məlumat verir ki, analitiklər Rusiya, Ukrayna, Qazaxıstan, Macarıstan və Polşada fəaliyyət göstərən bankların kredit fəaliyyətini analiz edərək bu qənaətə gəliblər. Bununla yanaşı, hesabatda adıçəkilən ölkələrdə bankların fəaliyyətinin analizinin onların kredit portfelində ənənəvi olaraq xarici valyutaların yüksək paya malik olması ilə bağlı aparıldığı göstərilir.

"Moodys" ekspertlərinin fikrincə, Rusiyada məcmu kreditlərdə xarici valyutalar 30 faiz təşkil etdiyi halda, Macarıstanda bu göstərici 70 faizə çatır. Müxtəlif bankların kredit siyasəti analiz olunan hesabatda milli valyuta ilə müqayisədə xarici valyuta ilə alınmış kreditlərdə böyük itkilərin olduğu vurğulanır. "Bu da öz növbəsində bütün bank sistemi üçün əlavə kredit itkisi deməkdir", - deyə hesabatda qeyd edilir.

Bu baxımdan, agentliyin proqnozuna görə, xarici valyuta ilə verilmiş kreditlərdə bankların itkisi Rusiyada ümumi kredit portfelinin 2,4 faizi, Qazaxıstanda isə 5 faizi həddindədir. Macarıstan və Polşada bu göstərici uyğun olaraq 0,5 faiz və 0,3 faiz təşkil edir. Agentliyin mütəxəssislərinə görə, tədqiqat aparılan ölkələrdə xarici valyuta kreditlərin həcminin artımının əsas səbəbi milli və xarici valyutada verilmiş kreditlərin faiz dərəcələri arasında kəskin fərqin olmasındadır.

Ekspertlər hesab edirlər ki, bu, ucuz xarici maliyyə vəsaitlərinin mövcudluğu, o cümlədən xarici valyutalarda risklərin tam qiymətləndirilməməsi ilə bağlıdır. Hesabatda qeyd edilir:

"Ancaq dünya maliyyə böhranı MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin milli valyutalarının ucuzlaşmasını şərtləndirdi. Bunun nəticəsi olaraq kredit götürənlərin bir çoxu borclarını ödəmək iqtidarında olmadılar və bankların gəlirliyinə mənfi təsir göstərdilər".

Buna baxmayaraq, "Moodys" 2011-ci ildən başlayaraq bankların maliyyə vəziyyətində xarici valyutada olan kreditlərin yükünün azalacağını proqnozlaşdırır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, Azərbaycanda məcmu kreditlərdə manat üstünlük təşkil edir və onun payı son 10 ildə 2 dəfəyədək artıb:

"Azərbaycanın kredit bazarında xarici valyutanın təzyiqi müşahidə edilmir. Əgər 2001-ci ildə ölkə üzrə kredit qoyuluşunda milli valyutanın payı 36 faiz təşkil edirdisə, hazırda bu rəqəm 60 faizə qədər yüksəlib. Bu o deməkdir ki, xarici valyutanın payı 40 faizdir".

Ekspert bunu manata inamdan çox xarici valyutaların, xüsusən də ABŞ dollarının son 10 ildə nümayiş etdirdiyi qeyri-sabitlik, o cümlədən ucuzlaşma tendensiyası ilə əsaslandırır:

"2000-ci ildən başlayaraq dünyanın əsas ehtiyat valyutası olan ABŞ dolları ucuzlaşmağa doğru getdi. Hətta elə bir dövr yarandı ki, mən 2009-cu ili nəzərdə tuturam, dollardan kütləvi imtina genişləndi. 2009-cu ilin ortalarından başlayaraq avro oxşar vəziyyətə düşüb. Kredit verən banklar isə xarici valyutalarda müşahidə edilən qeyri-müəyyənlikdən sığortalanmaq üçün milli valyutaya üstünlük verirlər. Xüsusən də bir çox ölkələr devalvasiyaya getdiyi halda Azərbaycan pulunun sabit qalması bankları manatla kredit verməyə stimullaşdırdı".

Samir Əliyevin fikrincə, kreditlərdən fərqli olaraq xarici valyutaların təzyiqi əhalinin əmanətlərində müşahidə edilir.

"Əgər 2008-ci ildə manatla yatırılan əmanətlərin payı 55 faizə yaxın idisə, hazırda onun xüsusi çəkisi 43 faizə düşüb. Hətta 2009-cu ilin əvvəllərində devalvasiya məsələsi gündəmə gələndə əhali manatla yerləşdirdiyi əmanətləri geri götürməyə və ya xarici valyutaya çevirməyə üstünlük verdilər. Nəticədə manatın payı 37 faizə düşdü. Banklardan fərqli olaraq əhali hələ də manata tam etibar etmir. Bu isə xarici valyutaların əmanət bazarına təzyiqinin göstəricisidir".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

BMT Azərbaycan hökumətini tənqid etdi

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

İlhamə Quliyeva hesabata hazırlaşır

Manat gələn il də sabit qalacaq

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Bölmənin digər xəbərləri
 
Hansı avtomobil ölkəyə gətirilə bilər?
Siyahı dəqiqləşib

İpoteka kreditləri dayandırıla bilər
Bunun olmaması üçün büdcədənkənar vəsaitlər cəlb edilməlidir

Mənzillər sentyabrda bahalaşacaq
Hələlik isə qiymətlər düşməkdədir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər