Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"Qarabağ" avrokuboklara darmadağınla başladı
"Qarabağ" avrokuboklara darmadağınla başladı
"Xəzər-Lənkəran" icə səfər matçını əlverişli hesabla başa vurdu
Şənbə, 03.07.2010

İ.Rəfiyev mətn ölçüsü  

Ötən gün Çempionlar Liqası və Avropa Liqası turnirləri çərçivəsində keçirilən ilk oyunlarla avrokubok yarışlarına start verildi. Azərbaycanı qitənin ikinci dərəcəli qitə klub turnirində təmsil edən 3 klubdan ikisi mübarizəyə başlayıb. "Qarabağ" və "Xəzər-Lənkəran" klubları Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyunlarını keçiriblər. Komandaların hər ikisi oyunlarını əlverişli hesabla başa vurublar.

Ağdamı təmsil edən "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Makedoniyanın "Metallurq" klubunu qəbul edib. Cari mövsümdə Unibank Premyer Liqasının bürünc medallarını qazanaraq bu yarışda iştirak hüququ əldə etmiş "Qarabağ" rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Matçda ilk qolu 25-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən Rəşad Sadıqov vurub. Əfran İsmayılovun 45-ci dəqiqədə vurduğu qoldan sonra "Qarabağ" fasiləyə 2:0 üstünlüklə yollanıb. 51-ci dəqiqədə növbəti kobudluğa görə Admir Telinin meydançadan qovulmasından sonra komandamız azlıqda qalıb. Buna baxmayaraq, 84-cü dəqiqədə və ikinci hissəyə əlavə edilmiş vaxtda Emin İmaməliyevin və Georgi Adamiyanın qolları "Qarabağ"ı hesabda 4:0 önə çıxarıb. Qarşılaşmanın sonuncu dəqiqəsində isə "Metallurq" vurulan qollardan birinin əvəzinı çıxa bilib.

"Qarabağ"dan fərqli olaraq ilk sınağını doğma meydançada deyil, səfərdə keçirən "Xəzər-Lənkəran" Moldovanın "Olimpiya" klubu ilə qarşılaşıb. Kişinyovda baş tutan matç Ağasəlim Mircavadovun komandası üçün avrokuboklarda 7-ci olub. İndiyədək qitə arenasına çıxmayan Belts təmsilçisi ilə görüşdə Lənkəran komandası bu xoşbəxt rəqəmin həqiqətən düşərli olduğunu sübut edərək ilk səfər xalını qazanıb - 0:0.

"Qarabağ" və "Xəzər-Lənkəran" cavab matçlarını bir həftədən sonra keçirəcəklər. Qurban Qurbanovun başçılıq etdiyi "Qarabağ" Skopyedə, "Xəzər-Lənkəran" isə Lənkəranda rəqiblə üz-üzə gələcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Rusenborq"u yola saldıq, növbə "Honka"nındır

"Bazel" və "Tvente" Bakıya gəlir

Azərbaycan klubları startda

Bölmənin digər xəbərləri
 
Mahmud Qurbanov: "Mən futboldan doymuram"
"Professor" artıq məşqçiliyə başlamağı düşünür

Güləş yığmamız Fərid Mansurova tapşırıldı
İkiqat dünya və olimpiya çempionu Fərid Mansurov yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi təyin olunub.

"Tvente" Vaqifə inanmağa başlayıb
Azərbaycan milli komandasının gənc hücumçusu Vaqif Cavadovun Hollandiyanın "Tvente" klubunda hazırlığı yaxşı məcrada davam edir.

Cənubi Koreya yığması başsız qaldı
Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə dünya çempionatında mübarizəni dayandıran daha bir yığma komandanın baş məşqçisi postunu tərk edib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər