Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
İran Qarabağ ermənilərinə kombayn satır
Bir kombaynın qiyməti - 51 min 700 dollar
Şənbə, 03.07.2010

S.Sədi mətn ölçüsü  

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin ehtiyaclarını aradan qaldırmaq üçün İran tərəfindən onlara xeyli kənd təsərrüfatı texnikası verilib. Ermənilər bunu çox vacib "siyasi addım" adlandırırlar ("Armeniya tudey").

"Sardarapat" adlı təşəbbüs qrupundan bildirilir ki, Tehran hakimiyyəti tərəfindən uyğun məsələ ilə bağlı məktub Ermənistana deyil, məhz Qarabağdakı erməni icmasına ünvanlanıb (erməni mənbələr buranı "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edirlər). Xatırladaq ki, bu qrupun əsas üzvləri İran erməniləridir. İrandan Qarabağ ermənilərinə göndərilən məktubda taxılyığan kombayn və bu sahədə istifadə olunan başqa texnika ilə bağlı təqdimat var.

Bundan başqa, mənbənin məlumatında bildirilib ki, "Sardarapat" üzvlərinin xəbərlərindən bəlli olur ki, İran rəsmiləri Qarabağ separatçılarının rəhbərləri ilə görüşüb gələcək əməkdaşlığın müzakirəsini önəmli sayırlar.

"Dağlıq Qarabağ Respublikasının rəhbərliyi (!?-S.S) hələlik bu təklifə münasibət bildirməyib. Stepanakertin (!?-S.S.) bu məsələyə sükutla yanaşması Yerevanın mövqeyi ilə bağlıdır. Çünki İrandan idxalat məsələsini xarici güclər yasaqlayıb və bu yolla İslam Respublikasına təzyiq edir", - deyə erməni mənbələri yazır.

Hələ bu ilin aprelində Dağlıq Qarabağdakı erməni icmasının təmsilçiləri bildirmişdi ki, İrandan 5 taxılyığan kombayn alıb gətiriblər və daha 25 kombayn alacaqlar. Bir kombaynın qiyməti isə 51 min 700 dollardır.

Təbii ki, bu alver təəccüblü görünmür. Axı onlar qardaşdırlar. Alverlərinə də təbii baxmaq lazım gəlir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Bəsiclər təriflənir, əhali ələ alınır
Hakimiyyət ictimai dayaqları sarıdan rahatsızdır

Dünyada İranın mənfi imici formalaşıb
İslam ölkələri də İranı pis gözdə görür



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər