Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Şamil Süleymanov: "Yuxusuz çəkilən filmin nə keyfiyyəti?"
Şamil Süleymanov: "Yuxusuz çəkilən filmin nə keyfiyyəti?"
O deyir ki, aktyorlar çəkiliş günləri daş kimi yatırlar
Şənbə, 03.07.2010

Xatun mətn ölçüsü  

Kinonun son durumundan danışarkən çox zaman bədbin notlara söykənən kino adamları bunu daha çox vəsait çatışmazlığı, yaxud da avadanlıqların işlək vəziyyətdə olmadığı ilə bağlayırlar. Amma həmsöhbətim, əməkdar artist Şamil Süleymanov məsələyə başqa prizmadan yanaşmağa çalışdı. Kinoaktyor deyir:

- Mən Azərbaycan kinosunda 35 il yol gələn Baladadaşı oynamışam. Tamaşaçı məni bu ilk rolumla qəbul edib. Mən öz yerini bilən adamam, heç kim tapılmayanda kinodan danışmağa mənim də haqqım çatır. Amma bilirəm ki, kinomuzda sanballı adamlar, adlar var: Rüstəm İbrahimbəyov, Fikrət Əliyev, Oqtay Mirqasımov, Fəxrəddin Manafov, Xamis Muradov, Vaqif Mustafayev... Bu adlara, onların xidmətlərinə görə bizim yubileylər keçirməyə, bayram etməyə haqqımız çatır. Kino haqqında danışmağa peşəkarların ixtiyarı var.

- Amma həmişə kölgədə qalanların da ürəyində sözü olur...

- Mən 1973-cü ildə "Baladadaşın məhəbbəti" filminə çəkilsəm də, kinostudiyaya 1977-ci ildə işə götürülmüşəm. Həmişə özümə dərd edirdim ki, qocalandan sonra nə edəcəyəm, kim məni filmə çəkər? Amma bu gün çəkiliş meydanındayam, kamera qarşısındayam, mənim üçün ən böyük xoşbəxtlik də budur. Azərbaycan mədəniyyətini sevənlər bir ara kinomuzun vəziyyətindən nigaran qaldılar. Prezidentin məlum sərəncamından sonra isə kinomuzda dirçəliş başlayıb. Hazırda 4-5 film çəkilir. Bundan gözəl nə olar?

- Çağdaş Azərbaycan rejissoru dünya səviyyəli film çəkməyə hazırdırmı, yoxsa onların da yeni məktəbə, əlavə təcrübəyə ehtiyacı var?

- Kino kollektiv sənətdir. Hər çəkiliş qrupu bir ailə deməkdir. Rejissor aktyoru balası kimi sevməyəndə sənət əsəri yaranmır.

REKLAM

Əgər film tamaşaçının xoşuna gəlirsə, bu, ilk növbədə rejissorun uğurudur. Biz aktyorlar əslində rejissorun artıq fikrində yaratdığı bir aləmi canlandırırıq. Bizim "Oskar"ı qazanan Rüstəm İbrahimbəyovumuz var. Həmin Rüstəm İbrahimbəyov özünün ali rejissor kursunu açıb, ora xaricdən böyük sənətkarları dəvət edir, onlar cavanlara təmənnasız dərs keçirlər.

- Bu gün Azərbaycan kinosunun ən böyük problemi nədir?

- Kinomuzun çatışmayan cəhətlərindən danışsaq, uzun bir siyahı alınar. Nəyimiz var, onu da desək, yenə eyni vəziyyət yaranar. Problemsiz sənət yoxdur. Ona görə də mən həmişə deyirəm: nə yaxşı ki, bizim kino sənətimizin problemi var və onları həll etməyə indi gücümüz çatır. Bu gün uzun fasilədən sonra "Cavad xan", "Hökmdarın taleyi", "Günaydın, mələyim", "Ehram TV" çəkilib. Düzdür, hələlik avadanlıqlar köhnədir, amma indi yenilənir. Bu gün işığımız yanır, başımıza yağış dammır, amma son vaxtlara qədər buna həsrət idik. Köhnə vaxtlardakı kimi artıq direktor studiyaya qalxır, nazir çəkilişə gəlir, kinostudiyada aktyorlar ora-bura qaçır. Təsəvvür edirsinizmi, biz bu həyat üçün nə qədər darıxmışdıq... Bəlkə də bunlar qəribə görünür, amma kino bizim bu həyatımızdan başlayır. Kino həm də fabrikdir, yəni kino yaradılmır, məhz istehsal olunur.

- Doğrudanmı, kinonun taleyini maliyyə müəyyənləşdirir?

- Başqa sənətləri deyə bilmərəm, amma kinoda maliyyə həlledicidir. Düzdür, böyük maliyyəni heçə endirmək, cüzi vəsait və böyük əziyyət hesabına uğur qazanmaq da olar. Kiçik maliyyə ilə gözəl ekran əsəri yaratmaq mümkündür, amma onu heç kim tanımayacaq. Atalar sözümüz var, yetim quzudan qoç olmur, yəni film çəkməklə iş qurtarmır, xərc çəkib onu festivallara aparmaq, beynəlxalq səviyyəyə çıxarmaq, reklamını təşkil etmək və sair bu kimi işləri də görmək lazımdır. Bütün bunları isə maliyyə həll edir. İndi kinomuza maliyyə ayrılır. Vaxt vardı, gözünün yaşını tökürdün ki, axı bu lazımdır. İndi özləri deyirlər ki, siz təkliflərinizi verin. Fərqi başa düşürsünüzmü? Uzun fasilədən sonra bu həyat bizə nağıl kimi görünür.

- Sizin belə bir fikriniz var ki, rolun böyük-kiçiyi yoxdur deyənlər qoy böyük rolu mənə versinlər. Sizi indi hansı filmə, necə rola dəvət edirlər?

- Fikrət Əliyevin çəkdiyi "Ölüm növbəsi" filmində baş rola çəkilmişəm. Bakı həyatından bəhs edən bu filmdə mən sevənlərə arxa-dayaq oluram. Adətən aktyorlar tamaşaçını çaşdırmaq, bəlkə də özünütərif məqsədilə deyirlər ki, çəkiliş vaxtı gecələr yatmadıq, gündüzlər dincəlmədik. Başa düşmürəm, yuxusuz çəkilən filmin nə keyfiyyəti? Mən çəkiliş vaxtı gecələr daş kimi yatıram. İnanın, elə hamı belə yatır. Və ya götürək rol məsələsini. Danışan deyir ki, rolun böyüyü-kiçiyi yoxdur, aktyorun böyüyü-kiçiyi var. Mən 35 ildir bu sənətdəyəm, hələ görməmişəm ki, bir aktyor böyük roldan imtina etsin. Hələ heç kim deməyib ki, mən epizodik rola çəkilmək istəyirəm, o böyük rolu Şamilə verin.

- Belə qeyri-səmimi söhbətlər nədən yaranır, aktyor özünü əlçatmaz göstərmək istəyir, yoxsa sənətini?

- Şair şeir yazanda öz hissləri ilə təkbətək olur, amma bu, o demək deyil ki, ömrü boyu heç kimi dindirib-danışdırmasın, deyib-gülməsin. Aktyor səhnədə, çəkiliş meydanında aktyordur. Müsahibə verəndə, danışanda, söhbət edəndə rol oynamaq, aktyorluq etmək nəyə lazımdır? İnsan bütün ömrünü artist kimi yaşasa, dəli olar. Bir ara ədəbiyyatımızda kənd həsrəti ilə şeirlər yazılırdı, guya, onları kəndə getməyə kim qoymurdu ki? Kənddən ötrü darıxan bilet almaq əvəzinə, oturub şeir yazırdı. Belə şeirlə ədəbiyyat yaratmaq nə qədər gülüncdürsə, "gecə yatmadıq", "çəkilişdə atdan yıxıldıq", "yağışa düşdük" söhbətləri ilə də kino haqqında təsəvvür yaratmaq istəyi o qədər yersizdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Kino ensiklopediyasının hazırlıqları başa çatır

"Qızıl Minbər"in proqramı hazırlanıb

Sənubər İsgəndərli rejissorluğa üz tutur

XI "Şərq-Qərb" Kino Festivalı gələn həftə başlayır

Ülviyyə Könül böyük ekran əsəri çəkir

Bölmənin digər xəbərləri
 
Seyid Əzim Şirvani - 175
Bu böyük müəllimi anmamaq olmaz

Musiqiçilərimiz Tehranda çıxış ediblər
Muğam Teatrının solistləri xalq musiqilərimizi səsləndiriblər

Biz sınmadıq
Bunun müvəqqəti uğursuzluq olduğuna inanırıq

Şuşa teatrında "Cəhənnəm sakinləri"
Şuşa teatrından aldığımız bilgiyə görə, yazıçı-dramaturq Elçinin "Cəhənnəm sakinləri" əsəri əsasında yeni tamaşa hazırlanıb və onun premyerası olacaq.

Fərhad Bədəlbəyli Londonda çıxış edəcək
SSRİ xalq artisti, ünlü pianoçu Fərhad Bədəlbəyli Londona səfərə hazırlaşır.

Şəkililər Koreya festivalına yollanır
Şəki şəhəri bu il sentyabrın 18-dən oktyabrın 17-dək Cənubi Koreyada "Böyük Bekcə" Dünya Festivalında ("Great Baekye World Festival-2010") iştirak edəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər