Musiqiçilərimiz Tehranda çıxış ediblər
|
Muğam Teatrının solistləri xalq musiqilərimizi səsləndiriblər
Şənbə, 03.07.2010
|
|
İyun ayının 24-dən 26-dək İran Mədəniyyət və İslami İrşad Nazirliyinin dəvəti və ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muğam Teatrının ansamblı Tehran şəhərində qastrol səfərində olub. Muğam Teatrının direktoru və bədii rəhbəri Arif Qazıyevin bildirdiyinə görə, səfər çərçivəsində Tehran şəhərində konsert proqramı təşkil edilib. Teatrın rəhbəri qeyd edib ki, konsert proqramında teatrın solistləri ilə yanaşı, rəqs kollektivi də iştirak edib. İyunun 25-də Tehranın "Vəhdət" sarayında baş tutan konsert proqramında Azərbaycan sənətçilərinin iştirakı ilə xalq mahnıları və klassiklərin musiqiləri səsləndirilib.
Teatrın solistlərindən Zeynəb Behbudova, Vəsilə İbrahimova, Ülviyyə Rəhimova, Vüsal Zamanov və İlkin Əhmədovun çıxışı böyük maraqla qarşılanıb. Musiqiçilərimiz ayın 1-də vətənə qayıdıblar.
|
|
|
Oxşar xəbərlər:
"Casus oyuncaqlar", italyan qadın geyimləri, "Ağacdələn", bəhailər...
İran: öldürülənlərin sayı artmaqdadır
Əhmədinijat uçan kəpənəyi tuta bilmədi
"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib
Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif
|
|
|