Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Plyonkalardan istifadəyə icazə verilir
Plyonkalardan istifadəyə icazə verilir
Lakin Ramil Usubov sürücülük mədəniyyətinin səviyyəsindən narazıdır
Şənbə, 03.07.2010

Eldəniz mətn ölçüsü  

Dünən Azərbaycan polisinin yaranmasının 92-ci ildönümü qeyd olunub. Peşə bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran daxili işlər naziri, general-polkovnik Ramil Usubov plyonkalar və pərdələrin istifadəsiylə bağlı bəzi avtomobil həvəskarlarının ürəyincə olan açıqlamalar verib: "Avtomobillərdə plyonkalardan və pərdədən istifadəyə icazə verilir".

Nazir bildirir ki, avtomobillərdə plyonka və pərdədən istifadəyə qaydalara əməl olunduğu halda icazə verilir: "Amma bəzən görürsən maşının ön hissəsinə plyonka vururlar, bu olmaz. Plyonka və pərdələr yalnız zavod istehsalı olduğu zaman istifadə edilə bilər".

Bəzi sürücülərin yol hərəkəti qaydalarına riayət etmədikləri üzündən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin çoxalmasından narahatlığını dilə gətirən nazir, təkcə ötən il minə yaxın ölüm və 3 mindən artıq yaralanma ilə nəticələnən 2792 yol-nəqliyyat hadisəsinin baş verdiyini xatırladıb:

"Bir çoxlarının ötmə və manevr etmə qaydalarını pozmaları, avtomobili yüksək sürətlə və sərxoş vəziyyətdə idarə etmələri, ara məsafəni saxlamamaları kimi inzibati xətalar törətmələri səbəbindən ötən il 930 nəfərin ölümü və 3040 nəfərin yaralanması ilə nəticələnən 2792 yol-nəqliyyat hadisəsi baş verib".

Nazir deyib ki, yol-nəqliyyat qəzalarının təhlili göstərir ki, sürücülərin intizamı və sürücülük mədəniyyəti hələ də istənilən səviyyədə deyil. Bu məsələlər barədə mətbu orqanlara müsahibə verən R.Usubov qeyd edib ki, respublikada avtomobil parkının yüksək sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin effektli təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir:

"Bu sahədə bir sıra zəruri islahatlar, eləcə də paytaxtda və respublika əhəmiyyətli avtomobil yollarında müvafiq tikinti-quruculuq işləri aparılmış, qanunvericilik bazası təkmilləşdirilmiş, bazar iqtisadiyyatının tələblərinə cavab verən digər məqsədyönlü işlər görülmüşdür. Həyata keçirilən tədbirlər, o cümlədən müvafiq dövlət proqramları çərçivəsində Dövlət Yol Polisi Xidmətinin maddi-texniki imkanlarının artırılması, elmi-texniki vasitələrdən daha geniş istifadə, İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna edilmiş dəyişikliklər hərəkətin təhlükəsizliyinin təmini işinə müsbət təsir göstərib".

R.Usubov deyib ki, sanksiyalar artırıldıqdan sonra belə, ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği əksər Avropa dövlətlərində tətbiq edilən analoji tənbeh tədbirlərinin məbləğindən dəfələrlə azdır:

"Məsələn, svetoforun qadağanedici işarəsində hərəkətin davam etdirilməsinə görə cərimənin məbləği Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulanla müqayisədə Norveçdə - 16 dəfə, İspaniyada - 7 dəfə, Almaniya və Danimarkada - 5 dəfə, Belçika, İsveçrə, Yunanıstanda - 4 dəfə, Böyük Britaniya, Avstriya, İtaliyada - 3 dəfə, Fransa, Niderland, İrlandiyada - 2 dəfə çoxdur. Aparılan təhlil və ümumiləşdirmələrlə müəyyən olunub ki, əvvəlki dövrlə müqayisədə sanksiyalar sərtləşdirildikdən sonra həm törədilən inzibati xətaların, həm də yol hərəkəti qaydalarının pozulması nəticəsində ölümlə sonuclanan yol-nəqliyyat qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb".

Yol-patrul xidməti əməkdaşlarının sürücünün görüntü dairəsindən kənarda xidmət aparması, sürətölçən radarların bir hissəsinin stasionar xarakter daşımaması hallarına rast gəlindiyi barədə suala cavab olaraq nazir deyib:

"Bu barədə də nazirliyə şikayətlər daxil olur. Təcrübə göstərir ki, avtomobili yüksək sürətlə idarə edən, qarşıdan gələn nəqliyyatın hərəkət istiqamətinə çıxmaqla qəza şəraiti yaradan əksər sürücülər yol-patrul xidməti postlarına yaxınlaşdıqda hərəkət sürətini azaldır, lakin bununla yalnız özlərini aldatmış olurlar. Sürücülük intizamına və mədəniyyətinə riayət etməyən belə şəxslər, əslində, özlərinin və başqalarının həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradırlar. Qanunvericiliyə zidd olan bu cür hərəkətlər çox vaxt ağır nəqliyyat qəzalarına, ən yaxşı halda, vətəndaşların əmlakına böyük zərər vurulmasına gətirib çıxarır. Hesab edirəm ki, hər bir şəxs yol hərəkəti qaydalarına şüurlu şəkildə riayət etməyə borcludur. Əgər bunu etmirsə, yol-patrul xidməti əməkdaşlarının da sürücünün gözləmədiyi yerlərdə qanun pozuntusunu aşkarlaması yalnız zərurətdən irəli gələn, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmininə yönəlmiş və vətəndaşlarımıza fayda gətirən bir vasitə kimi qiymətləndirilməlidir".

"Polis işçilərinin yaş senzi, polisdə xidmətin yaş məhdudiyyəti artırıla bilərmi" sualına cavab olaraq nazir deyir:

"Ümumiyyətlə, polisdə xidmət 50 yaşa qədər olub. 1998-ci ildə "Polisdə xidmət keçmə haqqında" qanun qəbul olunandan sonra bu hədd 55 yaşa qədər artırıldı. Bundan başqa, Daxili İşlər Nazirliyinin hüququ var ki, nümunəvi xidmət keçən əməkdaşlarının yaş müddətini daha 5 il artırsın. Bu, kifayət qədər normal yaş həddidir. Amma gələcəkdə buna yenidən baxmaq olar".

"Polisin əməkhaqqı artırıla bilərmi" sualına cavab olaraq isə nazir bu gün Azərbaycan polisinin kifayət qədər yüksək maaş aldığını deyib:

"Son 10 ildə daxili işlər orqanlarında çalışanların əməkhaqqı 5 dəfədən çox artırılıb. Azərbaycanda iqtisadiyyat inkişaf edir və gələcəkdə də ola bilər ki, bu məsələ gündəmə gəlsin".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Euro-2" standartı əlçatmaz olub

Sürücülərə yeni cərimələr gəldi

Bölmənin digər xəbərləri
 
Açıq küçə ticarəti şəhəri bürüyüb
Guya polis "xüsusi tədbirlər planı" hazırlayıb

"Avro-2" standartı qüvvəyə mindi
Lakin onun real tətbiqi vaxt tələb edir

Ucqar kəndlərdə işləmək istəyənlərə güzəştlər
Yardım, pulsuz torpaq sahəsi, ipoteka kreditləri...

Özəl təhsil ocaqları elmi tədqiqatla məşğul olacaqlar
Qanuna dəyişiklik edilərsə, onlar gəlirlərinin 2 faizini bu sahəyə yönəldəcəklər

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları dəyişdirilir
Şərtlər tam və konkret şəkildə gələn həftə açıqlanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər