Hal-hazırda Ayna qəzetinin 03.07.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 03.07.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Özəl təhsil ocaqları elmi tədqiqatla məşğul olacaqlar
Özəl təhsil ocaqları elmi tədqiqatla məşğul olacaqlar
Qanuna dəyişiklik edilərsə, onlar gəlirlərinin 2 faizini bu sahəyə yönəldəcəklər
Şənbə, 03.07.2010

A.Əhmədova mətn ölçüsü  

Avropa ölkələrində ali təhsil ocaqlarına nüfuzu başlıca olaraq keyfiyyətli təhsil qazandırır. Universitetlər eyni zamanda elmi tədqiqatlar aparmaqla, elmdə yeni kəşflər etməklə də nüfuzun üstünə nüfuz gətirirlər. Azərbaycanda isə əfsuslar olsun ki, universitet və institutlarda həm təhsilin keyfiyyəti aşağıdır, həm də elmi tədqiqat işləri taleyin ümidinə buraxılmışdır. Halbuki hər bir təhsil müəssisəsində elmi tədqiqatların aparılması vacib şərtdir.

Dövlət öz tabeliyində olan ali məktəblərə bununla bağlı tapşırıqlar verir və vəsait ayırır. Özəl universitetlərə isə belə tapşırıq vermək hüququ yoxdur. Qanunvericiliyə görə, dövlət bununla bağlı özəl ali məktəblərə yalnız tövsiyələr verə bilər.

Əgər Milli Məclis "Təhsil haqqında" qanuna əlavələr və dəyişikliklər edərsə, özəl ali məktəblər gəlirlərinin ən azı 2 faizini elmi tədqiqatlara yönəltməli olacaqlar. Özəl təhsil müəssisələrinin elmi araşdırmalara yönəltdiyi vəsait qrant formasında ayrılacaq. Qrantların verilmə qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Milli Məclis bununla bağlı "Təhsil haqqında" qanuna əlavələr etməyi planlaşdırır.

Təklif olunan əlavə isə dövlətə özəl ali məktəblərdən də tədqiqatlara pul ayırmaq imkanı yaradır. Mütəxəssislər hesab edir ki, qanuna edilən bu əlavə gələcəkdə Azərbaycanın dövlət büdcəsində elm xərclərinin 2 faiz səviyyəsinə çatdırılması üçün stimul rolunu oynaya bilər.

Parlamentin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev təklif olunan əlavənin çox mütərəqqi xarakter daşıdığını deyir və buna tərəfdardır ki, özəl ali təhsil müəssisələri də mütləq elmi tədqiqatlarla məşğul olmalıdırlar.

Keçən il qüvvəyə minən "Təhsil haqqında" qanun özəl universitetlərə bu hüququ verir. Amma həmin müəssisələrdə elmi tədqiqatların hansı mənbədən maliyyələşdiriləcəyi əksini tapmayıb. Təklif olunan əlavə bu hüquqi boşluğun aradan qaldırılmasına yönəlmişdir.

Son vaxtlar dövlət tərəfindən elmin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi istiqamətində düşünməyə başlamışlar. Heç olmamaqdansa, gec olması yaxşıdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Mərasimləri tənzimləməyin yolu tapılmır

Bölmənin digər xəbərləri
 
Açıq küçə ticarəti şəhəri bürüyüb
Guya polis "xüsusi tədbirlər planı" hazırlayıb

"Avro-2" standartı qüvvəyə mindi
Lakin onun real tətbiqi vaxt tələb edir

Ucqar kəndlərdə işləmək istəyənlərə güzəştlər
Yardım, pulsuz torpaq sahəsi, ipoteka kreditləri...

Plyonkalardan istifadəyə icazə verilir
Lakin Ramil Usubov sürücülük mədəniyyətinin səviyyəsindən narazıdır

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları dəyişdirilir
Şərtlər tam və konkret şəkildə gələn həftə açıqlanacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər